NATO-nun Rusiyaya "Soyuq cavab"... 30 ilin ən genişmiqyaslı hərbi təlimi
Dunya
Oxunub: 264
29 mar 2022 | 13:27
NATO-nun Rusiyaya "Soyuq cavab"... 30 ilin ən genişmiqyaslı hərbi təlimi


NATO Rusiya-Ukrayna müharibəsindən sonra təxirəsalınmadan şəqr və şimal-şərq sərhəddində Rusiya tərəfindən gözlənilə biləcək istənilən təhlükənin qarşısını almaq üçün mövqelərini möhkəmləndirməkdədir. Bu məqsədlə Alyans şərq və şimal-şərq istiqamətində hərbi gücünü artırıb, ordunun döyüş hazırlıq səviyyəsini yüksək səviyyədə saxlamaq üçün genişmiqyaslı hərbi təlimlər keçirməkdədir.Hazırda NATO martın 14-dən etibarən Rusiyanın sərhəddində "Soyuq cavab" (Cold Response) adı altında Norveçdə son 30 ilin ən böyük və genişmiqyaslı soyuq hava şəraitində quru, hava və dəniz təlimləri hərbi təlimlərini keçriməkdədir. Təlimin adının seçilməsi də təsadüfi seçilməyib.

Hərbi təlimlərdə 27 ölkədən 30 min əsgər, 220 döyüş təyyarəsi və ikisi təyyarə gəmisi olmaqla 50 gəminin iştirakı ilə keçirilir. Təlimlər aprelin 1-dək başa çatdırılması planlaşdırılır.
NATO-nun bu təlimləri Moskva tərəfindən etirazla qarşılanıb, Rusiyaya qarşı təzyiq vasitəsi kimi dəyərləndirsə də, Alyans təlimlə bağlı yazılı açıqlamasında bildirib ki, "Soyuq cavab" adlanan əməliyyatın 8 ay əvvəldən planlaşdırıldığı və davamlı olaraq keçirilən təlim olduğunu, Rusiyanın Ukrayna hücumları ilə heç bir əlaqəsi yoxdur.

Lakin NATO-nun təlimlə bağlı açıqlamasında isə deyilir: "Soyuq cavab 2022" təlimlərində NATO müttəfiqləri və tərəfdaşlarından olan minlərlə hərbçini bir araya gətirərək, Norveçin sərhəd boyu quruda, havada və dənizdə soyuq hava şəraitində birgə işləmək bacarıqlarını test edən uzun müddətə planlaşdırılan təlimdir.

Müttəfiq və ortaq silahlı qüvvələr geniş səhrada yürüş edəcək, həqiqi yanğın təlimləri keçəcək, donmuş göllərə atılacaq. Bu, silahlı qüvvələrimizin istənilən təhlükə və ya böhrana cavab verməyə hazır olduğundan əmin olmaq üçün həyati bacarıqların öyrədilməsi ilə bağlıdır".
Növbəti bir məqam isə Almaniya kansleri Şolts bu günlərdə verdiyi açıqlamadır. Şolts bəyan edib ki, Putinin hərəkətləri NATO-nun Alyansın şərq cinahının müdafiəsini gücləndirməsinə də səbəb olub.

Təlimin Rusiyadan gözlənilən təhlükələrə qarşı keçirildiyi ilə bağlı olduğunu . NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO-nun fövqəladə Zirvə toplantısından sonra martın 25-də Norveçdə keçirilən təlimdə əsgərləri ziyarət edərək verdiyi açıqlamanı diqqət yetirmək lazımdır.

Belə ki, Stoltenberq açıqlamasında Arktikanın NATO üçün strateji əhəmiyyətli bir bölgə olduğunu və son illərdə Rusiyanın bölgədəki hərbi fəaliyyətlərində əhəmiyyətli dərəcədə artdığıan diqqət çəkərək əlavə edib ki, Alyansın bölgədə mövcudluğunun münaqişə yaratmaq üçün deyil, münaqişənin qarşısını almaq və sülhü qorumaq məqsədi daşıyır. O baxımdan təlimlərin birbaşa Rusiyadan gözlənilən təhlükələrə qarşı priventiv tədbiri kimi qiymətləndirmək olar.

Təlimin digər diqqət çəkən məqamı ondan ibarətdir ki, təlimlərin Rusiya ilə həmsərhəd olan Norveçdə və NATO üzvü olmayan Finlandiyanın da iştirak etməsi, o cümlədən Arktikada son 30 ilin ən böyük təlimi olmasıdır.

Bu təlimi həm də bir nəbz yoxlanışı kimi dəyərləndirmək olar.

Onu da qeyd edək ki, NATO-nun iyun ayında Madriddə keçiriləcək sammitində İsveç və Finlandiyanın Alyansa üzvlüyünün qiymətləndiriləcəyi bildirilir. Belə olan halda Rusiyanın şimal cinahında, 1300 kilometrlik sərhəddə yeni NATO üzvü olacaq.

Bu da təbii ki, Moskva ilə NATO arasındakı münasibətlərdə əlavə gərginlik yaradacaq. Ancaq yaranmış durumda Moskvanın Finlandiya və İsveçin NATO-ya üzvlüyünə ciddi müqavimət göstərə biləcəyi ehtimalı azalmaqdadır və bu müqavimət Rusiya-Ukryana müharibəsi davam etdikcə daha da zəifləyəcək. NATO-nun Rusiya-Ukryana müharibəsi fonunda ilkin olaraq Finlandiya və İsveçi Alyansa üzv qəbul etməklə həm Mosvanın nəbzini yoxlayacaqlar, həm də Ukrayna, Gürcüstanla bağlı gələcək addımlarını müəyyənləşdirəcəklər.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik