“Moskva Minsk Qrupunun “dirildilməsindən” Bakıya qarşı istifadə edir” - FAKT BUDUR!
Dunya
Oxunub: 252
24 yan 2022 | 17:24
“Moskva Minsk Qrupunun “dirildilməsindən” Bakıya qarşı istifadə edir” - FAKT BUDUR!


ATƏT-in Minsk Qrupunun Qarabağa dair nizamlanma prosesində fəaliyyətini bərpa etməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Hansı ki, İkinci Qarabağ müharibəsindən sonra həmsədrlər qeyri-rəsmi şəkildə fəaliyyətlərini dayandırıblar. Rəsmi Bakı isə bir neçə dəfə bəyan edib ki, Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur.

Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə münasibət bildirərkən belə deyib: "Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də, hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər".

Buna baxmayaraq, Minsk Qrupunun həmsədri olan ölkələrdən biri - Rusiya Qrupun fəaliyyətinin bərpasında maraqlı olduğunu açıqlayıb. Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi strukturun mandatına uyğun olaraq, 2020-ci ildən sonra yaranmış reallıqları nəzərə alaraq işinin davam etdirilməsinin tərəfdarıdır.

“Bu yanaşmanı Minsk Qrupunun tərəfdaşları bölüşürlər ki, bu da ötən il dekabrın 7-dəki bəyanatda öz əksini tapıb. Hazırda Minsk Qrupu vəziyyətlə yerində tanış olmaq üçün münaqişə tərəflərindən vasitəçilərin regiona səfərlərini bərpa etmək çağırışına rəsmi cavab gözləyir”, - deyə o bildirib.

Minsk Qrupunun "dirildilməsində" maraqlı tərəf olan rəsmi İrəvan, görünür, Moskvadan verilən bəyanatdan həvəsə gəlib. Belə ki, Zaxarovanın açıqlamasından bir neçə saat sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, həmsədrlərin regiona səfərini səbirsizliklə gözləyirlər: "Çünki beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin həll olunmadığını və Minsk Qrupunun onun həlli üçün mühüm platforma olduğunu düşünür. Biz gözləyirik ki, həmsədrlərin regiona səfəri və gələcək addımlar Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həlli üçün imkan yaradacaq”.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan hərtərəfli sülh sazişinin bağlanması istiqamətində fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, sazişin imzalanması üçün Qarabağ münaqişəsinin nizamlanması lazımdır.

Qriqoryanın fikrincə, Minsk Qrupu çərçivəsində danışıqlar və siyasi alətlərlə həll yollarını tapmağa çalışmaq lazımdır: "Azərbaycanla Ermənistan arasında bir çox başqa məsələlər var. Kommunikasiyaların açılması, delimitasiya, demarkasiya. Bu məsələlərin həlli sülh müqaviləsinin əsasını qoyacaq”.

““Qarabağ Respublikası”nın (dırnaq işarəsi redaksiyaya aiddir – A.B.)statusu ilə bağlı heç bir məhdudiyyət olmamalıdır, münaqişənin həlli ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında danışıqlar yolu ilə tapılmalıdır”, - deyə Qriqoryan əlavə edib. DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-ya danışan siyasi icmalçı Asif Nərimanlı deyib ki, Minsk Qrupunu yenidən "diriltmək" istəyi açıq şəkildə görünür.

- Zaxarova açıqlamasında bildirib ki, Rusiya həmsədrlərin fəaliyyətinin bərpasında maraqlıdır. Bunun ardınca Mqer Qriqoryan açıqlama verib ki, Qrupu səbrsizliklə gözləyirlər. Azərbaycanın mövqeyi isə bəllidir. Prezident son müsahibəsində həmsədrlərin Qarabağ məsələsi ilə məşğul olmamalı olduğunu açıqladı. Belə vəziyyətdə Minsk Qrupunun taleyi necə olacaq?

- Minsk Qrupunun taleyinin necə olacağını tərəflərin güc balansı müəyyən edəcək. Tərəflərdən biri iki həmsədr ölkə - ABŞ və Fransa, eləcə də Ermənistan, digəri Rusiya, Azərbaycan və Türkiyədir. Müharibədə Azərbaycan qələbə qazanıb, regiondakı reallıqlar balansı bizim xeyrimizə dəyişib və rəsmi Bakı Minsk Qrupunun fəaliyyəti ilə bağlı yol xəritəsini göstərib. Həmsədr ölkələr postmünaqişə dövründə daha çox Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, humanitar məsələlərin həllində iştirak edə bilər. Hələlik reallıq baxımından bu mövqe daha güclüdür. Fikrimcə, Minsk Qrupu formatının münaqişənin həllindən əvvəlki vəziyyətdə fəaliyyəti mümkün olmayacaq. Bu məsələdə Rusiyanın mövqeyi də həlledici faktordur. Moskva həmsədrlərin fəaliyyətinin bərpasından danışır, lakin iki şərt də irəli sürür:

Birincisi, həmsədrlərin bölgəyə səfərinin yenilənməsi üçün Bakıdan və İrəvandan rəsmi cavab gözlədiyini açıqladı. Bu, Moskvanın “pas”ı Bakı və İrəvana ötürməsi deməkdir və Bakıya “səfər hansı şərtlər çərçivəsində olmalıdır” mövqeyini irəli sürməyə imkan verir.

İkincisi, “Rusiya Minsk Qrupu formatının işinin davam etməsini 2020-ci ildən sonra yaranan regional reallıqların nəzərə alınması ilə dəstəkləyir”. Bununla Moskva həmsədrlərə fəaliyyətin müharibədən sonrakı reallıq çərçivəsində mümkün olduğu mesajını verir. Ötən ay keçirilən ATƏT-in XİN rəhbərlərinin görüşündə də bu mövqe böyük ölçüdə qəbul edildi.

Minsk Qrupu formatının gələcəyi ilə bağlı Bakı, Moskva və Ankaranın mövqeyi yaxındır. Sadəcə olaraq, Rusiyanın bu format üzərindən fərqli maraqları da var.

- Rusiya həmsədrlərin fəaliyyətində niyə maraqlı görünür? Onsuz da, indiki halda Rusiya danışıqların vasitəçisidir. Həqiqətənmi Moskva ABŞ və Fransanın prosesə cəlbində maraqlıdır?

- Rusiya münaqişənin həllində ABŞ və Fransanı oyundankənar vəziyyətə salmaqla bölgədə öz mövqeyini qorudu, iki həmsədr ölkənin əvəzinə bölgədə təsir imkanlarını Türkiyə ilə paylaşdı. Hərçənd, uzun illər fəaliyyət göstərən Minsk Qrupunda Rusiyanın da öhdəlikləri var idi. Moskva Vaşinqton və Parisə həmsədrlərin fəaliyyətə başlamasına razı olduğunu deməklə bölgədəki reallığa qarşı riskləri azaltmağa və vəziyyətin qəbul etdirilməsinə çalışır. Burada da məsuliyyəti dolayısı ilə tərəflərin, daha dəqiq desək, Bakının üzərinə atır. Əslində bu yanaşmalar daha çox diplomatik manevrlərdir.

Moskva Minsk Qrupu formatının "dirildilməsi" məsələsindən Bakıya qarşı da istifadə edir. Bununla Azərbaycana göstərir ki, “mən olmasam, münaqişəni əvvəlki vəziyyətə qaytarmaq istəyənlər olacaq” və bununla Qarabağda mövcudluğundan tutmuş, Bakının siyasi kursuna qədər bir çox məsələdə öz maraqlarının nəzərə alınmasına çalışır. Fransa və ABŞ-ın prosesə cəlb edilməsində isə maraqlı deyil. Postmünaqişə dövrünün reallıqları üzərində fəaliyyət təklif edir ki, fikrimcə, buna da Vaşinqton və Paris razı deyil. Əslində, Əliyevlə Paşinyanın Brüssel görüşünə Moskvanın razı olması Qərbdə Avropa İttifaqının Minsk Qrupuna qarşı alternativ kimi istifadə edilməsi gedişi idi və bu məsələdə Bakı ilə Moskva eyni hədəfə oynadı.

- Azərbaycan Minsk Qrupunun məsələyə müdaxiləsinə yol verməyəcəyini açıq şəkildə bildirib. Bu imtinaya görə Bakı beynəlxalq təzyiqə məruz qala bilərmi?

- Moskvanın məsuliyyəti Bakının üzərinə qoyması belə risklər yaradır. Lakin Azərbaycan öz marağını qorumaq üçün buna hazır olmalıdır. Vaşinqtondan belə təzyiqlər müəyyən qədər edilə bilər. Bu, siyasi bəyanatların verilməsi, yaxud ayrılan maliyyənin azaldılması və ya ləğv edilməsi kimi addımlardan ibarət ola bilər. Erməni diasporu/lobbisi onsuz da zaman-zaman buna nail olur. ABŞ-ın Azərbaycana qarşı daha sərt addımlar atacağı ehtimalı azdır. Vaşinqton həmişə balansı qoruyan siyasət yürüdür. Biz Fransanın fəallığını daha çox görə bilərik. İstisna deyil ki, insan haqları, demokratiya kimi məsələlər üzərindən Azərbaycanla bağlı qətnamələr, qərarlar qəbul edilsin və s. Belə addımların da təsir effekti güclü deyil.

- Minsk Qrupunun fəaliyyəti bərpa olunarsa, formatı dəyişib, Türkiyənin həmsədrlikdə təmsilçiliyini mümkün etmək olarmı?

- Türkiyənin Minsk Qrupu formatında təmsilçiliyi gözləntisi azdır. Təkcə ona görə yox ki, digər həmsədrlər bunu qəbul etməyəcək. Nəzərə almaq lazımdır ki, Bakı ümumiyyətlə, bu formatın əvvəlki fəaliyyətinin bərpasına qarşıdır. Bu baxımdan, yeni formatların irəli sürülməsi daha doğru addım ola bilər. Fikrimcə, bu gözlənti daha güclüdür. Avropa İttifaqının oyuna daxil edilməsi ilə ilk gediş edildi. Mümkündür ki, "3+3" formatı əsas alternativ olsun və Azərbaycan-Ermənistan münasibətləri bu formatda müzakirə olunsun. Bu, təkcə Azərbaycana yox, Rusiyaya da, Türkiyəyə də sərf edir. O cümlədən, regional proseslərdə iştirak etmək istəyən İran da bu məsələdə maraqlı ola bilər.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"