Müdafiə naziri Sarkisyanı döyübmüş... - İLGİNC FAKTLAR
Dunya
Oxunub: 263
24 yan 2022 | 11:30
Müdafiə naziri Sarkisyanı döyübmüş... - İLGİNC FAKTLAR


Xəbər verdiyimiz kimi, bu gün Ermənistan prezidenti Armen Sarkisyan vəzifəsindən istefa verib. O, qəfil istefasını daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib. A.Sarkisyan, bildirib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb və prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur.

Gözlənilməz istefası ilə Ermənistanın siyasi gündəmini dəyişən Armen Sarkisyan kimdir?

Modern.az bildirir ki, Sarkisyan 1953-cü ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Nəzəri fizika-riyaziyyat fakültəsini bitirib. Sovet illərində bir neçə universitetdə elmi işçi, daha sonra Kembric Universitetində, London Universitetinin Riyaziyyat İnstitutunda professor vəzifəsində çalışıb.

A.Sarkisyan 1992-1995-ci illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb. Eyni zamanda, o, Avropada “Baş səfir”, Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda (1999-cu ilə qədər) səfir olub.

Xatırladaq ki, 1996-cı ilin sonunda o vaxtkı Ermənistan prezidenti Levon Ter-Petrosyan ciddi kadr dəyişiklikləri etməyə qərar verib. 1996-cı ilin çaxnaşmalı prezident seçkilərinin izlərini təmizləməyə çalışan Petrosyan 1996-cı ilin noyabrında gözlənilmədən ölkənin Baş naziri Hrant Baqratyanı istefaya göndərib və Armen Sarkisyanı bu vəzifəyə təyin edib. O zaman qəribə qəbul edilsə də, bu təyinat kifayət qədər müsbət hesab olunurdu. Avropada təhsil almış və orada yaşayan gənc Ermənistan üçün yeni nəfəs ola, islahatlar apara, daxili siyasi gərginliyi azalda bilərdi. Amma ehtimallar baş vermədi. Həmin vaxt hakim siyasi qüvvə hesab olunan Erməni Milli Hərəkatı birmənalı şəkildə Sarkisyanı qəbul etmədi. Tezliklə o və Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan arasında gərginlik yarandı. Beləliklə, Sarkisyan vəzifəyə təyin olunandan cəmi 4 ay sonra istefaya getdi.

Ümidləri doğrultmayan Armen buna səbəb kimi sağlamlıq problemlərini göstərirdi. Amma Sarkisyanın istefasına müdafiə naziri ilə mübahisənin səbəb olması daha inandırıcı variant hesab olunurdu. Həmin vaxt mətbuatda yer alan silsilə məlumatlar görə, Vazgen Sarkisyan mübahisə zəminində onu döyübmüş. Lakin Sarkisyanın özü bu məlumatı təkzib etsə də, yerli media müdafiə nazirinin baş nazirə sillə vurması barədə kifayət qədər tutarlı faktları ictimaiyyətə təqdim etmişdi.

Onu da qeyd edək ki, 1997-ci ildə Armen Sarkisyanın istefasından sonra Robert Koçaryan Ermənistanın baş naziri vəzifəsinə təyin olundu. Bundan bir il sonra Levon Ter-Petrosyan istefa verdi və beləliklə, Ermənistanda "Qarabağ klanı" adlandırılan siyasətçilərin hakimiyyəti başladı...
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"