"İrəvan vaxtı uzatmağa çalışır ki, şərtləri yerinə yetirməkdən yayınsın" - FAKT BUDUR!
Dunya
Oxunub: 283
22 yan 2022 | 18:20
"İrəvan vaxtı uzatmağa çalışır ki, şərtləri yerinə yetirməkdən yayınsın" - FAKT BUDUR!


“Ermənistan Azərbaycana sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün yazılı təkliflər göndərib”. “Yeni Müsavat” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Təkliflər sərhəddə prosesin başlanmasını asanlaşdıracaq vəziyyətin yaradılmasına aiddir.

“Bu, xəritələr və ya sovet dövrünün xəritəsi nəzərə alınmaqla, qoşunların ”güzgü prinsipi" ilə çıxarılmasına və sərhəd qoşunlarının sərhəd boyu yerləşdirilməsinə aiddir", - Qriqoryan deyib. Qeyd olunur ki, Azərbaycandan buna, hələ ki, yazılı reaksiya olmayıb. Lakin çox keçmədən İrəvan bu açıqlamanı geri oxuyur və Bakıya hər hansı şərt irəli sürülmədiyini açıqlayır.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan deyib ki, sərhədin demarkasiyası məsələsində heç bir ilkin şərti yoxdur. O mövzu ilə bağlı müəyyən anlaşılmazlıq olduğunu söyləyib. “Düşünürəm ki, müəyyən anlaşılmazlıq var. Demarkasiya məsələsində Ermənistan tərəfinin heç bir şərti yoxdur. Söhbət müqavilələrdən gedir. Noyabrın 26-da Soçidə Ermənistanın Baş naziri, Rusiya və Azərbaycan prezidentləri tərəfindən qəbul edilmiş üçtərəfli bəyanatda qeyd olunur ki, tərəflər Azərbaycanda təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmaq barədə razılığa gəliblər. Ermənistan-Azərbaycan sərhədi və ikitərəfli demarkasiya və delimitasiya komissiyasının formalaşdırılması istiqamətində iş aparılır. Ermənistan demarkasiya prosesinə tez bir zamanda başlamağı planlaşdırır”, - deyə Hunanyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın təkliflərində söhbət razılaşmaların yerinə yetirilməsindən gedir: “Qoşunların geri çəkilməsi barədə razılaşma dekabrın 14-də Brüsseldə Avropa Şurası sədrinin, habelə Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli danışıqlarında qəbul olunub. Bundan çıxış edəndə Ermənistan tərəfinin təkliflərində söhbət ön şərtlərdən yox, əldə olunmuş razılaşmaların icrasından gedir. Ermənistan tərəfi hesab edir ki, sözügedən razılaşmalar əsasında delimitasiya prosesinə tez bir zamanda başlamaq lazımdır”.

Lakin rəsmi Bakı sərhəddən öz qoşunlarını geri çəkəcəyi haqda heç bir bəyanat, açıqlama verməyib. Brüsseldə guya belə bir razılıq əldə olunubsa, o zaman Azərbaycan tərəfinə təzədən yazılı şəkildə təklif (şərt) göndərmək, üstəlik, buna yazılı cavab gözləmək hansı zərurətdən və məntiqdən doğur?

Göründüyü kimi, məğlub ölkə yenə oyun oynayır, hətta qalib Azərbaycana şərt irəli sürür. Erməni həyasızlığı gerçəkdən də bitmir. Bakının cavabı isə indidən aydındır: şərt qəbul edilməyəcək. Çünki qoşunlarımız öz sərhədlərimizdə dayanıb - sovet xəritələri əsasında, Azərbaycan SSR-in sərhədlərində, BMT-nin tanıdığı sərhədlərdə! O zaman niyə “ağrımayan başımıza dəsmal bağlamalı”, delimitasiya bitənədək qoşunları “simmetrik qaydada” geri çəkməliyik? Üstəgəl, Gürcüstan, Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası zamanı belə bir anlaşma olmayıb.

Aydındır ki, bu yalnız Ermənistana sərf edə bilər. Çünki yenə ərazi ilhaqına ümid edir. Halbuki sərhədlər dəqiqləşsə, Ermənistan bizə hələ yenə torpaqlar qaytaracaq.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan 10 noyabr sənədində bir sıra öhdəlikləri yerinə yetirmir: “Bir ildən artıq müddət keçib və prosesin uzandığını müşahidə edirik. Əslində, sərhədlərin dəqiqləşdirilməsi üçün yalnız Azərbaycanın sovet xəritələrinə uyğun qoşunlarını sərhəddə yerləşdirməsinə şahid oluruq. Bu addımlar olmasaydı, Ermənistan tərəfindən sərhəd mövzusu gündəmə gəlməyəcəkdi. Məsələ aydındır, İrəvan vaxtı uzatmağa çalışır ki, şərtləri yerinə yetirməkdən yayınsın”.

AMİP lideri hesab edir ki, Ermənistan himayədarlarının dəstəyi ilə götürdüyü öhdəliklərdən boyun qaçırmağa səy göstərir: “Ona görə Azərbaycan zor gücünə şərtləri icra etdirə bilər. Çünki ermənilər başqa dildə anlamırlar. Azərbaycan məğlub Ermənistanı onların heç bir şərtinə məhəl qoymadan razılaşmanı icra etməyə məcbur eləməlidir”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Ermənistanın hər hansı şərt irəli sürməyə nə hüquqi, nə mənəvi haqqı çatır: “Üçtərəfli saziş var və götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Qoşunların ”güzgü prinsipi" ilə çıxarılması absurd yanaşmadır və ermənilərin yeni əraziləri öz nəzarətinə keçirmək niyyətidir. Amma Ermənistanın Xarici İşlər Nazirliyinin açıqlaması göstərdi ki, hakim komanda daxilində monolitlik yoxdur və hər ağızdan bir söz eşidilir. Ümumiyyətlə, Paşinyan hökumətinin oturuşmuş müstəqil siyasəti yoxdur. Onlar gah Rusiyanın, gah Fransanın, gah Amerikanın maraqlarından çıxış edirlər. İstənilən halda delimitasiya prosesi həyata keçiriləcək, amma bu, bir günün işi deyil, uzun zaman ala bilər".

Partiya sədrinin fikrincə, İrəvan təklif irəli sürə bilər, ancaq heç bir halda şərt qoya bilməz: “Sərhədlərin müəyyənləşdirilməsi üzrə İşçi Qrupu var və məsələlər orada həllini tapmalıdır. Ancaq biz prosesin olduqca ləng getdiyini görürük. Bu da Paşinyan hakimiyyətinə təzyiqlərdən irəli gəlir. Əgər delimitasiya başlasa, sovet xəritələrinə əsasən bəzi ərazilər bizim nəzarətimizə keçəcək, erməni müxalifəti isə o zaman Paşinyanı satqınlıqda ittiham edəcək. Ona görə hakimiyyət ictimai rəyi alışdırmağa çalışır. Eyni zamanda, sərhədlərin 1926, yoxsa 1972-ci illərin xəritələrinə istinadən çəkilməsi hələlik cavabsız qalmaqdadır”.

Erməni tərəfinin yeni təkliflərinin olduğunu və onların Bakıya çatdırılacağını ilk dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında demişdi. O bildirmişdi ki, Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycan üçün yeni təkliflər verib və Moskva bu təklifləri Bakıya təqdim edəcək. Lavrov elə həmin mətbuat konfransında xırdalığına varmadan prosesin mürəkkəb olacağını da demişdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə Bakıya təkliflərin bəzi təfərrüatını açıqlamışdı. XİN başçısı bildirmişdi ki, İrəvan delimitasiya prosesinə başlanması üçün hər iki ölkənin silahlı qüvvələrinin sovet dövrü sərhədlərindən simmetrik geri çəkilməsini istəyir. Azərbaycan XİN başçısı Ceyhun Bayramov İrəvanın delimitasiyanın başlanması üçün irəli sürdüyü ön şərtlərin qeyri-məqbul olduğunu bildirmişdi...
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"