Paşinyan da “Zəngəzur dəhlizi”nə böyük önəm verir - Ermənistan KİV
Dunya
Oxunub: 342
17 yan 2022 | 17:24
Paşinyan da “Zəngəzur dəhlizi”nə böyük önəm verir - Ermənistan KİV


Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Arazdəyən-Horadiz dəmir yolu xəttinin Mehridən hissəsinin bərpası üçün işçi qrup yaradılıb.

İşçi qrup Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzərində işləyəcək və qrupun rəhbəri 3 ayda bir dəfə görülən işlər barədə Paşinyana məlumat verəcək.

10 nəfərdən ibarət işçi qrupuna Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edəcək. DİA.AZ modern.az-a istinadən xəbər verir ki, Ermənistan KİV-ləri Paşinyanın dünənki qərarına da birmənalı yanaşmayıb. Müxalifət isə onu Azərbaycanın "Zəngəzur dəhlizi" ilə bağlı tələbinə əməl etməkdə suçlayıb.

Xatırladaq ki, Paşinyan dekabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Ermənistanın Zəngəzur bölgəsindən keçməklə Azərbaycandan Naxçıvana dəmir yolunun çəkilməsinə dair razılaşmanın təsdiqləndiyini bildirib.

“Brüsseldə keçirilən görüşdə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar və razılaşmanı təsdiqlədik. Bu razılıq Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi komissiyası çərçivəsində əldə olunub. Bu razılaşma Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə keçirilən görüşdə müəyyən edilib və Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə təsdiqlənib”, - Paşinyan hökumətin iclasında deyib.

O qeyd edib ki, dəmir yolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcək, Ermənistan bu dəmir yolu vasitəsilə İran və Rusiyaya, Azərbaycandan isə Naxçıvana çıxış əldə edəcək.

“Türkiyə ilə effektiv dialoq qura bilsək, sərhəd və kommunikasiyaların açılmasına nail olsaq, bu layihə böyük əhəmiyyət kəsb edə bilər”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi regionda iqtisadi, investisiya və siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək.
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO