“SSRİ-nin ortaya atılması digər mövzuları gizlətmək məqsədi güdür” - HƏQİQƏTƏN DƏ...
Dunya
Oxunub: 511
11 yan 2022 | 19:49
“SSRİ-nin ortaya atılması digər mövzuları gizlətmək məqsədi güdür” - HƏQİQƏTƏN DƏ...


Qazaxıstandakı hadisələr fonunda SSRİ-nin bərpası bütün MDB ölkələrində aktuallaşıb.

- Bu nə dərəcədə realdır?

Suala cavabında eks xarici işlər naziri Tofiq Zülfüqarov Sovet İttifaqının bərpasının həqiqətə uyğun olmadığını bildirib. Çünki hansısa siyasi layihənin əsasında ideoloji əsaslar olmalıdır:

“Sovet İttifaqının əsasında kommunist ideologiyası dayanırdı. Çar Rusiyaya baxsaq, orada imperiya ideologiyası vardı. O ki qaldı Sovet İttifaqının ikinci versiyasına, hazırda postsovet məkanındakı əhalinin əksəriyyəti yeni nəsildir. Daha doğrusu, artıq iki nəsil postsovet məkanında yetişib və onlar müstəqillik şəraitindən fərqli bir quruluşu təsəvvür edə bilməzlər”.

DİA.AZ xəbər verir ki, Bizim.Media-ya müsahibəsində Tofiq Zülfüqarov vurğulayıb ki, yeni nəsilləri birləşdirmək üçün iqtisadiyyat və qoşun kifayət deyil. İdeoloji əsaslar olmalıdır. Hazırda bu dövlətləri birləşdirəcək ideologiya görünmür.

- Bəs Avrasiya İqtisadi İttifaqı, KTMT və Türk Dünyasının (TDT) bir araya gəlməsi ilə ideologiya yarana bilərmi?

“Çətin. Ümumiyyətlə, bu mövzunun – SSRİ-nin ortaya atılması digər mövzuları gizlətmək məqsədi güdür. Putinin məşhur bir bəyanatı var – deyir ki, “Sovet İttifaqının dağılmasına peşman olmayan (üzülməyən) insanın ürəyi yoxdur, bərpasını istəyənin isə ağılı yoxdur”. Hesab edirəm ki, Sovet İttifaqının bərpası əsassız mövzudur. Hətta ziyanlı mövzudur. Çünki istər-istəməz bizim ictimaiyyətdə bir növ Rusiya xofu yaratmaq cəhdi kimidir. Guya ki, SSRİ-ni tənqid edirlər, amma eyni zamanda psixoloji baxımdan aşılayır, təbliğ edirlər. Başqa məqsədləri var. II Qarabağ müharibəsindəki Zəfərdən sonra Azərbaycanda dövlətçiliyə, Silahlı Qüvvələrə böyük etimad yaranıb. Cəmiyyətdə birlik mövcuddur. Bu tip xoflar vasitəsilə ictimaiyyətin vəziyyətini gərginləşdirməyə çalışırlar”.

- Millət vəkili Tahir Mirkişilinin fikrincə, ABŞ, Avropa və Çin qütbləri ilə rəqabət üçün 4-cü qütb olmağa iki namizəd – Türk Birliyi və Rusiya (slavyanlar) var. Amma onlar ayrı-ayrılıqda nisbətən zəifdirlər. Əgər hər iki namizəd, yəni Türk Dünyası və Rusiya (müttəfiqləri) bir iqtisadi məkan altında birləşərsə, onda bu gücün 4-cü qütb olma imkanları çox yüksələr. Belə bir qütbün yaranması mümkündürmü?

“Bilirsiniz, ideologiyanı yada salanda onu nəzərdə tuturdum ki, postsovet məkanında hər bir insanın yanında bir əsgər qoya bilməzsiniz axı. O insanın şüurunu dəyişdirmək üçün əsaslar yoxdur. Napaleonun köhnə kəlamı var – o deyir ki, “Süngü ilə çox şey etmək olar, amma onun üstündə oturmaq olmaz”.

Yəni hərbi baxımdan nəticə əldə oluna bilər, bəs bunun davamı nə olacaq? Yarım ildən sonra qazaxlar hər gün öz küçələrində işğalçı ordunu görəndə bu, birliyə töhfə verəcək? Təbii ki, yox. Rusiya da onları idarə etmək üçün imkanlarını sərf etməlidir. Güc imkanlarını? Burada iqtisadi resurslar lazımdır. Məsələn Avropa hər yerə əsgər yollamır ki, maliyyə ilə idarə edirlər. Bununla da öz modellərini cəlbedici formaya salırlar.

Amma indiki mərhələdə Rusiyanın cəlbedici xüsusiyyətini görmürəm. Ona görə də, SSRİ-nin bərpası mümkün deyil. Tutaq ki, birləşdilər. Böyük bir dövləti iqtisadi baxımdan saxlamaq lazımdır. Rusiya Krımda bir körpünü tikməklə az qala büdcə problemləri yaşayırdı”.
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib