Erməni kilsəsinin DİASPOR PLANI: 2022-ci ildə hansı təxribatlar gözlənilir? - İNCƏLƏMƏ...
Dunya
Oxunub: 660
11 yan 2022 | 20:43
Erməni kilsəsinin DİASPOR PLANI: 2022-ci ildə hansı təxribatlar gözlənilir? - İNCƏLƏMƏ...


Kilikiyanın Böyük Evinin katolikosu I Aram 2022-ci ili “Diaspor ili” elan edib.

I Aram onu da qeyd edib ki, diasporun yenidən təşkili, yəni onun güclənməsi Ermənistan və Qarabağın güclənməsinə bərabərdir.

Açıqlamada da əks olunduğu kimi, erməni diasporunun son dönəmlərdə əsas fəaliyyəti qismində Qarabağ məsələsinin dirildilməsi cəhdləri diqqət çəkir. Erməni cəmiyyəti və diasporu üzərində ciddi təsir imkanlarına malik olan kilsənin bu cür ideya ilə çıxış etməsi isə, regional sabitliyə zərbə vuracaq planların qurulması şübhələrini daha da artırıb. DİA.AZ xəbər verir ki, mövzunu Bizim.Media-ya şərh edən politoloq Qabil Hüseynlinin qənaətinə görə, Ermənistan dövlətçiliyinin olmadığı dövrlərdə, bu funkisyanı Erməni kilsəsi yerinə yetirib.

“O zamandan bəri, ermənilərin yaddaşında, dini idarələrin, katalikosun mühüm yeri olub”, - deyə Qabil Hüseynli bildirib.

Politoloq erməni diasporunun milliyyətçi ideyaların yayılması üçün rupor rolunu oynamasına da diqqət çəkib:

“Dünya ictimai rəyinin ermənilərin xeyrinə formalaşdırılmasında, hətta ən təcavüzkar niyyətlərin belə populyarlaşmasında və bəzən də ermənilərin “məşəqqətlər çəkmiş”, “əzabkeş” obrazının yaradılmasında diaspor önəmli rol oynayıb. Ermənilərin toxum kimi dünyanın bir sıra yerlərinə yayılması da diasporun oynadığı rolla bağlıdır.

Onlarda diaspor, az qala xarici işlər nazirliyi kimi çıxış edir. Ermənistan dövləti bütün təbliğat, təşviqat fəaliyyətlərini də məhz diasporun vasitəçiliyi ilə dünyaya transfer edir”.

Kilsənin ikili məqsədi

“Erməni katolikos 2022-ci ili diaspor ili elan etməklə, bütün dünyada Ermənistanla bağlı ideya və fikirlərin yayılmasında, xaricdə yaşayan soydaşlarının gücündən istifadə etməyə çalışır.
Digər tərəfdən, diaspor Ermənistanın ən önəmli maliyyə qaynağıdır. Ermənistana gələn pullar həm təcavüzkar niyyətlərin reallaşdırılmasında, həm də əhalinin maddi durumunun yaxşılaşdırılmasında önəmli rollardan birini oynayır. Bu pullar Ermənistan büdcəsinin, mühüm bir hissəsini təşkil edir”.

Politoloq kilsənin bu addımın Qarabağ məsələsini yenidən gündəmə gətirmək məqsədlərinə xidmət edə biləcəyini də diqqətə çatdırıb:

“Erməni lobbisi Qarabağ məsələsinin həm siyasi gündəmə daşınmasında, həm də onun beynəlxalq təşkilatlarının gündəliyinə salınmasında böyük rol oynayıb.

Sözsüz ki, erməni diasporunun bir funksiyası soydaşlarının cinayətlərinə bəraət qazandırmaqdırsa, digər missiyası Azərbaycan torpaqlarında 2-ci erməni dövlətinin yaradılması üçün müəyyən ictimai-siyasi xətlərin hazırlanmasını təmin etməkdən ibarətdir. Bu səbəbdən də diaspor ilinin elan olunması, müxtəlif fəsadlarla, qondarma yalanlarla, həm Türkiyə, həm də Azərbaycan əlehinə müxtəlif uydurma şaiyələrin yayılması ilə müşayət olunacaq”.
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər