Paşinyan Qarabağdan əlini çəkib - dəyərləndirmə...
Dunya
Oxunub: 669
25 dek 2021 | 20:24
 Paşinyan Qarabağdan əlini çəkib - dəyərləndirmə...


Politoloq Cümşüd Nuriyevlə hafta.az üçün budəfəki söhbətimizdə 44 günlük savaşdan sonra, Azərbaycan dövlətinin Qarabağda həll edilməli olan problemlərindən və onların həll yollarından danışdıq. Həmin müsahibəni təqdim edirik:

- Cümşüd bəy, 44 günlük savaşdan sonrakı proseslərə səbir və təmkinlə yanaşsaq da bilirik ki, Azərbaycanın faktiki olaraq Qarabağda xeyli yarımçıq işləri qalıb...

- Əslində, Qarabağdakı qalan işlərimizə “yarımçıq” deməzdim mən... Buna bir qədər siyasi yanaşmaq gərəkdir. 30 il işğal altında qalmış 4 min kv.km.-lik ərazidə birdən-birə bütün dövlətçilik məsələlərini həll etmək mümkün deyil. Əlbəttə, Azərbaycan xalqının, dövlətinin qarşısında duran əsas məsələlərdən biri 44 günlük savaş nəticəsində azad etdiyimiz torpaqlara qayıdıb orada daimi məskunlaşmağımızdır. Nə qədər ki, biz Ağdama, Şuşaya, Kəlbəcərə, Laçının kəndlərinə qayıtmamışıq, Xocalıya, Xankəndinə, Ağdərəyə və s. qayıtmaq məsələsi hələlik gündəmdə olmayacaq və düşmənlərimizin əl-qolu bağlanmayacaq...

Məni narahat edən əsas Laçın məsələsidir. Laçın məsələsi həll olunmalıdır. Azərbaycan alternativ yolu çəkməli və Laçın şəhəri “dəhliz” ərazisindən çıxmalıdır ki, soydaşlarımız oraya və ətraf kəndlərə qayıtsın... Bir məsələni qeyd edim ki, Brüsseldə Prezident İlham Əliyev çox ağıllı bir bəyanat verdi. Dövlət başçısı bildirdi ki, əgər Zəngəzur dəhliz olmayacaqsa, Laçın da dəhliz olmayacaq və orada Azərbaycanın gömrük postları qurulacaq. Laçın yolunda yalnız gömrük postunun qoyulmasından söhbət getmir. Laçında öncə avtomatik olaraq dövlət sərhəd xidmətinin postu yerləşməlidir. Əgər orada sərhəd-keçid məntəqəsi yaradılsa, Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidir, ya da Azərbaycan torpaqlarını tərk etməlidir. Qarabağa gəlmək istəyən Ermənistan vətəndaşları isə bunun üçün Azərbaycan hökumətindən viza almalıdırlar. Bu, çox ağıllı bir gedişdir...

Ümumiyyətlə, Qarabağda görülən işlərin gələcəyindən narahat deyiləm. Zənnimcə, indiki şəraitdə ən ideal variant budur ki, biz hələlik Xankəndi, Xocalı, Əsgəran, Ağdərə məsələlərini çox da şişirtməyək. Bizim həm maddi imkanlarımız o qədər çox deyil... Digər tərəfdən, rəhmətlik Üzeyir bəy demiş, ermənilər siçan yaradanda biz artıq fil yaratmaq istəyirik. Hələ əldə etdiklərimiz tam mənada bizim olsun deyə, bir az səbir etməliyik. Vətən o vaxt vətən olur ki, orada daimi məskunlaşırsan. Xankəndi, Xocalı məsələləri də tədricən həllini tapacaq. Sadəcə, hər şeyi ağıl və təmkinlə etmək lazımdır. Bu gün bəziləri İlham Əliyevi Xankəndinə, Xocalıya görə ittiham edir. İnanın ki, Xocalı da faktiki və hüquqi cəhətdən bizim olacaq, Xankəndi də...

- Dediyiniz kimi, Laçın dəhlizi məsələsi də müəmmalıdır. Belə çıxır ki, Zəngəzur yolu açılsa da, biz Rusiya hərbi kontingenti Laçın dəhlizindən çıxan müddətədək oraya tam mənada dövlət kimi nəzarət edə bilməyəcəyik. Yəni ermənilər də, Rusiya hərbçiləri də son bir ildəki kimi, sərbəst şəkildə İrəvandan Xankəndinə və geriyə gedib-gələcəklər. Bizim də sərhədimizdən torpaqlarımıza konkret olaraq kimlərin keçdiyini və onların nə daşıdıqlarını bilməyəcəyik...

- Xeyr. Əvvəla, ermənilər əvvəlki kimi rahat gedib-gələ bilmirlər. İkincisi, fikir verdinizsə, Brüsseldən qayıdan kimi Paşinyan Araik Arutyunyanı çağırıb ona tapşırıqlar verməsi və bundan sonra Ermənistan İstintaq Komitəsi sədrinin Qarabağa gəlməsi o deməkdir ki, Paşinyan Qarabağdan əlini çəkib. Onun verdiyi komanda da rusları sakitləşdirmək üçündür.

- Hansı komandadan söhbət gedir?

- Yəni Araikə göstəriş verilib ki, Qarabağın statusundan–filandan danışılmasın. Bu da dediyim kimi, o deməkdir ki, Paşinyan Qarabağdan əlini çəkib. Ancaq Laçından əlini çəkməyib, buna da ruslar imkan vermir. Hələ Paşinyanın İlham Əliyevlə 2 saatdan çox nəyi müzakirə etdiyini biz bilmirik axı... Bizim Prezident peşəkar bir siyasətçi, Paşinyan isə “şparqalka” ilə danışan həvəskar bir siyasətçi... Brüsseldə konkret daha nələr masaya yatızdırılıb, bunu deyə bilmərik, bunlar konfidensial məsələlərdir. Ermənistanın bir dövlət kimi atdığı addımlar onu göstərir ki, Paşinyan Qarabağla bağlı iddialarından əl çəkib və maraqlıdır ki, Ermənistan blokadadan çıxsın. O, Qarabağa görə qurban vermək istəmir. Digər tərəfdən, Türkiyənin Ermənistanla əlaqələrin bərpası istiqamətində addımlar atması yaxın gələcəkdə Ermənistanın Rusiyanın siyasi nəzarətindən çıxmasına hesablanıb. Bu, birmənalıdır. Paşinyanın başqa yolu qalmayıb, o, Ermənistanı blokadadan çıxarmalıdır. Onun guya Zəngəzur dəhlizinin əleyhinə deyilən bəzi açıqlamaları daxildəki revanşist qüvvələrin sakitləşdirilməsinə hesablanıb. Əslində, Paşinyanın belə açıqlamaları İlham Əliyevə şərait yaratdı ki, Laçında gömrük postlarının qurulmasıyla bağlı məsələni ortalığa atsın. Yəni əgər Laçında sərhəd-keçid və gömrük postları qurularsa, artıq Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq. Düzdür, indi də Rusiya hərbçilərinin Azərbaycan torpaqlarında qalmasının heç bir hüquqi əsası yoxdur. 10 noyabrda hüquqi qüvvəsi olan saziş imzalanmayıb, sadəcə, bəyanat verilib. Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişelin də Ermənistanla bağlı aparılan işlərdən razı qalması onu göstərir ki, İlham Əliyev çox uzaqgedən bir strategiyanı həyata keçirir. Söhbət Qafqazın Avropaya açılmasından gedir. Taktiki gedişlər zaman-zaman dəyişə bilər. Prezident həmişə dönə-dönə deyir ki, biz Zəngəzur dəhlizini zor gücünə də olsa açacağıq. Görün, neçə illər İlham Əliyev dedi ki, Azərbaycan Bayrağını Qarabağa sancacağıq, hər dəfə bunu eşitdik. O qədər dedi ki, sonda biz bunu ciddi qəbul etmədik. Bayrağımız Şuşaya, Kəlbəcərə, Ağdama sancılandan sonra bu məsələlərin ciddiliyinə əmin olduq. Yəni hesab edirəm, indi də Zəngəzur dəhlizi məsələsi zamanında həllini tapacaq. İlham Əliyev deyibsə, deməli, bu olacaq. Buna şübhəm yoxdur...

- Onda belə çıxır ki, Paşinyan Qarabağın üzərindən əlini götürübsə, Araik Azərbaycan torpaqlarındakı qanunsuz silahlı qüvvələri də yığışdıracaq?..

- Xeyr, Araik bunu edə bilməyəcək. Buna Rusiya imkan verməyəcək. Qarabağda “Arabo”, “Daşnaksütyun” kimi terrorçu qüvvələri saxlayan Moskvadır. “Daşnaksütyun” 130 ildən çoxdur, türklərə, azərbaycanlılara qarşı terrorla məşğuldur. 1984-cü ildə Livanda Bekaa vadisində “PKK” ilə birgə yaradılmış “ASALA”nın Qarabağa gətirilməsi bilavasitə sonuncu Sovet-rus imperiyasının işidir. Kreml öz məqsədlərinə çatmaq üçün həmin dəstələrdən daim bu və ya digər formada yararlanmağa çalışır. 44 günlük savaşdan sonrakı bir ildən çox müddətdə Azərbaycan dövləti də Qarabağdakı həmin terror qruplaşmalarına ciddi işlər görməyə başlayıb. Erməni mənbələrinin məlumatına görə, Azərbaycan torpaqlarındakı qanunsuz silahlıların sayı ötən ilki 18 mindən artıq 10 min nəfərə düşüb. Əvvəla, Qarabağdan qaçanlar da çoxdur. İkincisi də, Ermənistan artıq oraya əsgər göndərmir, buna rəsmən son qoyulub.

Bilirsiniz, Araik Arutyunyan Qarabağda fəaliyyətə biznesmen kimi başladığından oradakı siyasi məsələlərə də ermənilərin, Ermənistanın maraqları baxımından yox, şəxsi biznes maraqları çərçivəsindən yanaşır.

- Bilirsiniz ki, 44 günlük savaşdan sonra Şuşa rayonunun yalnız mərkəzi və Daşaltı kəndi faktiki olaraq Azərbaycan dövlətinin və ordusunun nəzarətindədir. Qalan 36 kənd və bir qəsəbə isə Rusiya hərbçilərinin nəzarətində olsa da, həmin məntəqələrin azı 5-də ermənilər yaşayır və o yerlərdə qanunsuz silahlı qüvvələr var. Belə olan halda soydaşlarımız Şuşaya qayıdıb orada təhlükəsiz, rahat yaşaya biləcəklərmi?

- Xeyr, inşAllah, şuşalılar da rahat qayıdıb öz torpaqlarında məskunlaşacaq. Əgər fikir verdinizsə, Şarl Mişellə görüşdə bir məsələni qaldırdı ki, biz BMT-nin qaçqınlar komissarlığına müraciət etdik ki, onlar köçkünlərin öz torpaqlarına qayıtmasında bizə dəstək olsun. Gəlin açıq danışaq. Tutaq ki, köçkünləri qaytardıq yerləşdirdik. Bunların işlə təminatı yox, təhlükəsizliklərini Rusiya hərbçilərinin boynuna qoysaq da, onlara güvənmək olmaz. Biz gərək əvvəlcə Şuşaya yerləşək, Kəlbəcərə, Laçının kəndlərinə yerləşək. Bu proses hardasa, ən tezi yaxın 3-5 ilə başa gələcək. Həmin müddətdə də artıq Rusiya sülhməramlılarının 5 ili tamam olacaq. Onların da növbəti 5 il müddətinə qalmasını əvvəlcə Ermənistan istəməyəcək, sonra da biz. Ona görə də bir az səbirli olmalıyıq. Şimal ayısını qızışdırmağa ehtiyac yoxdur. Putin də çox aqressivdir. Yəni biz qazandığımız uğurları hansısa şəxsi bir qədər uzaggörməyən ambisiyalarımıza qurban verə bilmərik. Onsuz da Rusiyanın qənimləri var. Bayden Ağ Evdə oturub işini görür. Avropa Şurası da bu istqamətdə işləyir. Yəni görünən odur ki, həm NATO, həm də AŞPA xətti ilə Baydeni qızışdırırlar. Birlikdə Rusiyanın üzərinə gəlirlər. Bilmirik ki, yaxın 6 aydan sonra hansı proseslər baş verə bilər. Ona görə də indiki şəraitdə dəliyə daş atmağın xeyri yoxdur. Biz öz siyasətimizi aparmalıyıq. Şuşanın, Laçının kəndlərinə də qayıdacağıq. Ermənilərin çoxu o kəndlərdə zor gücünə, məcburən qalıb, yaşamaq üçün minimal şəraitləri də yoxdur. Biz Kəlbəcərin, Laçının kəndlərinə qayıdandan sonra Laçın şəhərində, hətta Rusiya “dəhliz”dən çıxmasa belə, bir erməni qalmayacaq. Hər bir erməninin yanında bir rus əsgəri dursa da, qaçacaqlar. O zonanın camaatının qeyrətinə ermənilər bizdən də yaxşı bələddir. Laçının cəmi 10 kəndinin əhalisi öz yerinə qayıtsa, hətta Ermənistanın Azərbaycanla sərhədindəki kəndlərdə də bir erməni qalmayacaq. Mən 1988-1990-cı illərin əvvəlində Laçındakı, Şuşadakı hadisələrin şahidi kimi deyirəm bunları. Laçınlıların xarakterinə, qeyrətinə yaxşı bələdəm.Vaxtilə Naxçıvan Respublikasının da əhalisinin 35 faizi Rusiya tərəfindən oradan-buradan köçürülmüş ermənilər idi. Naxçıvan camaatı bu məsələni özü sakitcə həll etdi. Ermənilər də bu məsələləri yaxşı anlayır. Kim Azərbaycan vətəndaşını almaq istəyirsə, alsın, sakitcə yaşasın... Bakıda 30 min erməni necə yaşayır? Kimsə onlara nəsə demir ki...
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR