Bu vəziyyət Rusiyanı da, Avropa İttifaqını da narahat edir - GƏLİŞMƏ
Dunya
Oxunub: 481
23 dek 2021 | 20:44
Bu vəziyyət Rusiyanı da, Avropa İttifaqını da narahat edir - GƏLİŞMƏ


Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib ki, ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın icrası olduqca ləng gedir. “Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək”.

Ermənistanın “ev tapşırığı” ifadəsi əslində diqqət çəkir. Bu o deməkdir ki, artıq İrəvan təkcə Moskvada deyil, Brüsseldə də bəzi məsələlərlə bağlı konkret zamanla “ev tapşırığı”nı icra etməlidir. Amma bunu bacaracaqmı, yoxsa “2" alacaq?

DİA.AZ-ın məlumatına görə, politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli, 11 yanvar, sonrakı görüşlərdən sonra verilən bəyanatlarda Zəngəzur dəhlizinin, kommunikasiyaların açılması məsələsi birmənalı qoyulur. Ermənistan isə bu tələbi yerinə yetirmir: “Ən azından yerinə yetirməyi mümkün qədər ləngitməyə çalışır. Artıq bu vəziyyət Rusiyanı da, Avropa İttifaqını da narahat edir. Ona görə də həm Soçi, həm də Brüssel görüşündə Ermənistana ”ev tapşırığı" verilib. Azərbaycan tərəfi bəyanatlardan irəli gələn bütün öhdəlikləri yerinə yetirib, dəmir yolu xətti, avtomobil yolu xəttinin tikilməsi işlərinə start verilib və bunu Prezident İlham Əliyev bəyan edib. Ermənistan tərəfi isə öhdəlikləri yerinə yetirməyib. Ermənistan tərəfi işləri ləngidir. Azərbaycan tərəfi 2023-cü ildə öz üzərinə düşən tikinti işlərini bitirəcək. Ermənistan isə hələ də ancaq söz güləşdirir. Bu baxımdan cənab Prezident bir daha onların diqqətinə çatdırdı ki, bu iş sizə verilən “ev tapşırığı”dır və bu tapşırığı yerinə yetirməlisiniz. Ermənistanın bu “ev tapşırığı”nı yerinə yetirib-yetirməyəcəyinə, bu tapşırıqdan hansı qiyməti alacağına gəlincə, bu gün bu barədə dəqiq fikir söyləmək çətindir. Dəqiq olan odur ki, Ermənistan istəsə də, istəməsə də üzərinə qoyulan öhdəliyi yerinə yetirməlidir. Məcburiyyət qarşısında bunu etməlidir. Zəngəzur dəhlizi məsələsinin arxasında təkcə Azərbaycan dayanmır. Bu işin arxasında Rusiya, Türkiyə dayanır, bir sıra digər böyük dövlətlərin də burada maraqları var. Yəni Ermənistana “ev tapşırığı” həm də çox böyük güclər tərəfindən verilmiş sayılmalıdır".

M.Sadəddinov hesab edir ki, Ermənistan hər zaman olduğu kimi, güman ki, bu dəfə də “2" qiymətini alacaq: ”Çünki Ermənistan aydın olan məsələləri görmür, onlara təklif olunanları vaxtında icra eləmir, vaxt uzadır və son nəticədə özləri ən ağır şərtlər altında onlara təklif olunanları qəbul eləmək məcburiyyəti qarşısında qalırlar. Keçənilki müharibədən öncə də, müharibə yeni başlayanda da belə oldu-Azərbaycanın təkliflərinə vaxtında müsbət reaksiya vermədilər, nəticəsi məlumdur. Ermənistanın vaxt udmaq şakəri gəlib həmişə özünün zərərinə işləyir. Bu dəfə də belə olacaq. Zəngəzur dəhlizi məsələsində nə qədər vaxt udmağa çalışsa, sonda onsuz da dəhliz açılacaq".

Politoloq onu da dedi ki, Ermənistan öz ərazisindən keçəcək 44 kilometrlik yolun çəkilişi üçün lazım olan 200 milyon dollar vəsaiti müxtəlif Avropa maliyyə institutlarından əldə etməyə çalışır. İşi yubatmaq siyasətinin arxasında həm də bu istəkləri dayanır.
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...