ABŞ ÇİN, Rusiya daxil 9 ölkəyə sanksiya qoydu - Məmurlar və ailə üzvləri "qara siyahıya" salınıb
Dunya
Oxunub: 272
14 dek 2021 | 18:50
ABŞ ÇİN, Rusiya daxil 9 ölkəyə sanksiya qoydu - Məmurlar və ailə üzvləri "qara siyahıya" salınıb


Birləşmiş Ştatlar Çin və Rusiya daxil 9 ölkənin keçmiş və indiki hökumət rəsmiləri və qurumlarına maliyyə sanksiyaları, viza qadağaları tətbiq edəcək. Sanksiyalar 10 dekabr – Beynəlxalq İnsan Haqları Günündə açıqlanıb.

Çin rəsmilərinə sanksiyalar uyğurlara və digər etnik azlıqlara qarşı repressiyaya görə tətbiq olunacaq.

Rusiya universiteti isə Şimali Koreyanın xarici valyuta əldə etməsinə yardımına görə sanksiyalarla üzləşəcək. “Ciddi insan haqları pozuntuları və korrupsiyada” əli olan şəxslərə qarşı qanuna uyğun olaraq, Uqanda, Çin, Belarus, Banqladeş, Şri Lanka və Meksikadan 12 vəzifədə olan və keçmiş məmurun ailə üzvləri ilə birlikdə ABŞ-a girişi yasaqlanır.

Maliyyə Nazirliyi isə Çin, Birma, Rusiya, Şimali Koreya və Banqladeşdən 15 şəxs və 10 quruma qarşı maliyyə sanksiyaları və digər qadağalar açıqlayıb.

Kanada və Böyük Britaniya da ABŞ-a qoşularaq Birma (Myanma) hərbi hakimiyyətinin qlobal maliyyə sistemindən istifadəsini önləyib. Hərbi rejim bu ilin fevralında ölkədə demokratik hökuməti devirib.

“İnsan haqlarını xarici siyasətimizin mərkəzinə keçirməkdə qətiyik, insan haqları pozuntularının harada baş verməsindən asılı olmayaraq, onlara diqqət çəkmək və hesabat tələb etmək üçün müvafiq alətlərdən istifadə edəcəyik”, – Dövlət katibi Entoni Blinken sanksiyaları açıqlayarkən deyib.

Rusiyada sanksiya tətbiq olunan hüquqi şəxs YUSTO Avropa İnstitutudur. Universitet və onun prorektoru Dmitri Yuryeviç Soin Şimali Koreyadan tikinti fəhlələrinə yüzlərlə işçi viza verdiyinə görə siyahıya düşüb. ABŞ bildirir ki, bu icbari əmək proqramı Şimali Koreyanın repressiv rejiminin xarici valyuta əldə etməsində rol oynayır.

"Həmin fəhlələrdən bəziləri Şimali Koreyanın kütləvi qırğın silahları təşkilatına bağlı olub, onların əməyindən əldə edilən gəlir isə həmin proqramın dəstəklənməsinə sərf oluna bilər", - Maliyyə Nazirliyi bildirir.

Sintzyan vilayətində uyğurların və digər azlıqların repressiyasında əli olan iki Çin rəsmisinin də ABŞ-da girişi qadağan olunub. Xəzinədarlıq SenseTime Group süni intellekt şirkətinə də investisiya məhdudiyyətləri açıqlayıb. Bu şirkətin üztanıma proqramından uyğurların və digər etnik azlıqların tanımaq və onları nəzarətdə saxlamaq üçün istifadə olunduğu bildirilir.

Çinin Vaşinqtondakı səfirliyi isə ABŞ-ın sanksiyalarını Çinin daxili işlərinə ciddi müdaxilə, beynəlxalq münasibətləri idarə edən təməl normaların ciddi pozuntusu adlandırıb.

Səfirliyin sözçüsü Liu Penqyu deyib ki, bu addım Çin-ABŞ münasibətlərinə ciddi zərbə vuracaq, Vaşinqtonu qərarını ləğv etməyə çağırıb. (azadliq.org)
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib