Vaşinqton və Paris çalışır ki, Ermənistanda anti-Rusiya mövqeləri güclənsin - TƏHLİL
Dunya
Oxunub: 438
6 dek 2021 | 19:19
Vaşinqton və Paris çalışır ki, Ermənistanda anti-Rusiya mövqeləri güclənsin - TƏHLİL


ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin - Rusiya, ABŞ və Fransanın xarici işlər nazirləri Qarabağ nizamlanması ilə bağlı bəyanat qəbul ediblər. Bu barədə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiyanın Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyi Minsk qrupunun həmsədrləri olan ölkələr tərəfindən müsbət qarşılanır və bu məqam bəyanatda da əz əksini tapıb. Məlum olduğu kimi rəsmi Bakı həmsədrlərin fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb.

Ölkə rəhbəri münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupunun heç bir rol oynaya bilmədiyini deyib. Ermənistan isə Azərbaycanla sülh danışıqları prosesindən kənarda qalmış Minsk qrupunun vasitəçiliyində israrlıdır. Həmsədrlər də öz növbəsində sərhədlərin delimitasiya və demarkasiyasında yardımlarını təklif edir, tərəfləri onların vasitəçiliyi ilə danışıqlara çağırırlar.

Politoloq Təbriz Musayev “Şərq”ə bildirib ki, 28 il ərzində yeganə fəaliyyəti danışıqlar prosesini uzatmağa və nəticə etibarilə işğal altında olan torpaqlarımızın unudulmasına hesablanmış Minsk qrupunun ən “uğurlu” fəaliyyəti erməni maraqlarının xidmətçisi qismində çıxış etməsidir. Ekspert vurğulayıb ki, həmsədrlər faktiki olaraq BMT Təhlükəsizlik Şurasının məlum Qətnamələrinin icrası prosesini tormozlayırdı:

“Nəticədə Azərbaycan 44 günlük Vətən savaşı ilə həmin qətnamələri təkbaşına icra etdi və imzalanmış üçtərəfli bəyanatla “Dağlıq Qarabağ münaqişəsi” tarixin arxivinə çevrildi. Əgər münaqişə bitib deyiriksə, o halda Minsk qrupunun fəaliyyəti də bitmiş hesab olunmalıdır. Uzun illər ərzində danışıqlar prosesində hər hansı irəliləyişə nail ola bilməyən və ya olmaq istəməyən bir qurumun yenidən proseslərə cəlb olunması arzuolunan deyil. ABŞ və Fransanın məqsədi Rusiyanın ambisiyalarından bir o qədər də fərqlənmir. Hər üç ölkənin niyyəti Cənubi Qafqazda möhkəmlənməkdən ibarətdir”.

Siyasi şərhçiyə görə, nə Rusiyaya, nə də ABŞ və Fransaya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması sərf edir:

“Rusiya gərginliyin davam etməsindən istifadə edərək regionda daha da böyük qüvvə ilə möhkəmlənmək istəyir. ABŞ və Fransa isə gərginliyin davam etməsi ilə Moskvanın təkbaşına vasitəçilik missiyasının iflasa uğraması görüntüsünü yaratmağa çalışır. Vaşinqton və Paris düşünür ki, Rusiyanın vasitəçilik missiyası iflasa uğrayacağı halda Ermənistan və erməni cəmiyyəti daha çox anti-Rusiya mövqeyində dayanacaq və etibarsız müttəfiq olaraq Rusiyadan üz döndərəcəklər. Başqa sözlə, digər həmsədr dövlətlərin məqsədi heç də danışıqlar prosesinə qoşulmaqla sülhə nail olmaq deyil.

Tək məqsəd Ermənistandan istifadə edərək Rusiyanı regiondan uzaqlaşdırmaq və Cənubi Qafqazda möhkəmlənməkdir”.
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib