Rusiya qurduğu tələyə özü düşüb: Sərhəd təxribatları, Brüssel görüşü və Soçi arzusu - İNCƏLƏMƏ...
Dunya
Oxunub: 259
23 noy 2021 | 15:30
Rusiya qurduğu tələyə özü düşüb: Sərhəd təxribatları, Brüssel görüşü və Soçi arzusu - İNCƏLƏMƏ...


Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüşün olacağı barədə xəbərr yayılıb. Bu görüşün 26 noyabrda, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçiriləcəyi iddia olunur.

Qeyd edək ki, buna qədər Azərbaycan və Ermənistan rəhbərlərinin 15 dekabrda Brüsseldə bir araya gələcəyi rəsmi olaraq təsdiqlənmişdi. Lakin həmin görüşə qədər Rusiyanın belə bir təşəbbüslə çıxış etməsi, o deməkdir ki, Kreml Qarabağ məsələsi ilə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinə dair prosesi də əldən buraxmaq istəmir. Eyni zamanda, bununla “mənim diktəm olmadan” sözünü çatdırmağa çalışır.

Bildirək ki, buna qədər Putin bir dəfə Paşinyanla telefonla danışıb. Həmin danışıqlar zamanı regional məsələlər və sərhəddə baş verənlər müzakirə edilib. Aydın məsələdir ki, bu sözlər telefon danışığının rəsmi tərəfidir. İşin əsli isə odur ki, Putin Rusiya olduğu halda, Avropa Birliyini vasitəçi kimi seçməsinə görə, Paşinyanın sıxışdırıb. Çünki AB-ni prosesə cəlb etmək, paralel olaraq Rusiyanın bölgədəki “vasitəçilik” missiyasının bölünməsi, eyni zamanda, ATƏT-in Minsk Qrupunun “xortlaması”, habelə Kremlin bölgədə oynadığı oyunlara maneələr meydana çıxmasıdır.

Təbii ki, Brüssel görüşündə hər hansı sənədin imzalanması gözlənilmir. Həmin görüşdə ən yaxşı halda tərəflər danışıqlar prosesini birbaşa aparmaq, demarkasiya prosesi üçün hansısa addımların atılacağına vədlər vermək, ən yekunda isə birgə bəyanatın imzalanmasından başqa bir şey olmayacaq. Soçidəki görüşə gəldikdə isə burada durum bir qədər dəyişir. Ortada Rusiya var və Kreml hər vəchlə çalışır ki, tərəflər arasında məhz onun maraqlarına cavab verən saziş imzalansın. Digər tərəfdən, Rusiya bununla göstərmək istəyir ki, “bölgənin yeganə sahibi mənəm”.

Bütün bunlarla yanaşı diqqəti çəkən bir məqam daha var. Həmin məqam da ondan ibarətdir ki, Rusiya bölgədə qurduğu tələyə özü düşüb. Bu tələ nədən ibarətdir? Rusiya faktiki olaraq, Qarabağdaa “sülhməramlı” kimi hərbi mövcudluğunu elan edib. Bu prosesin ilkin mərhələdə 5 il davam edəcəyi razılaşdırılıb. Lakin Kremlin müddətin 5 ili keçməyəcəyinə dair əndişələri var. Burada Ermənistandan çəkinəcəyi bir şey yoxdur. İrəvan rusların Qarabağda əbədi qalmasına ikiəlli razıdır. Lakin Azərbaycan bunu elə də çox arzulamır. Ona görə də, Ankaranın bölgədə rolunu artırmaq üçün mümkün olan addımları atır. Çünki yaxşı bilir ki, Qafqazda Rusiyanın qarşısına çıxa biləcək faktiki güc hələlik Türkiyə və onunla birgə hərəkət edən güüclərdir.

Halbuki Rusiya düşünürdü ki, prosses yubandıqca, Azərbaycan və Türkiyə şərtlərini azaldacaq, bəzi layihələrdən imtina edəcək. Lakin tamamilə tərsi müşahidə olunmaqdadır. Belə ki, istər Türkiyə, istərsə də Azərbaycan öncədən dəhliz məsələsindəki israrlarını qoruyub saxlayırlar. Bundan başqa, İrəvan da etiraf edir ki, Ankaranın yeni şərtləri var. Qarabağda rus sülhməramlılarının uzun müddət qalmaması məsələsi də kluarlarda geniş müzakirə olunur. Və Bakı bu prosesin bitməsində Ankara və ona bağlı güclərdən savayı alternativlər görmür. Əslində, başqa cür də mümkün deyil. Ona görə ki, Bakı təkbaşına Rusiya ilə bacaracaq gücdə deyil və prosesdə ona daha güclü müttəffiqlər lazımdır.

Rusiya həmin tələnin işə yaramadığını görərək, yeni variaantlara əl atacaq ki, bunun təzahürlərindən biri də 16 noyabrda ssərhəddə büruzə verdi. Bu dəqiq məsələdir ki, Ermənistan ordusu tamamilə Nikol Paşinyanın nəzarəti altında deyil. Orada cəmləşmiş revanşistlərin mütləq əksəriyyəti Rusiya ilə bağlıdır. Paşinyanın ən etibarlı adamı Suren Papikyanın müdafiə naziri təyin edilməsi də bu prosesdə tez nəticə verməyəcək. Çünki orduda təmizlik işlərinin aparılması üçün uzun zaman lazımdır. Lakin Nikol bununla mümkün qədər çalışır ki, ordudakı əsas qüvvələri neytrallaşdıra bilsin.

İstər 16 noyabr sərhəd təxribatı, istərsə də dünən gecə Geqarkunik istiqamətəndə ermənilərin törətdikləri təxribatlar Ruisiyanın başının altından çıxıb. Birincisi onunla bağlı idi ki, Paşinyan Moskvanın israrla tələb etdiyi dəvətindən vaz keçmişdi və üçtərəfli formatda danışıqlar aparmaq istəmirdi. İkicisi isə 26 noyabr görüşü məsələsində Paşinyanı xəbərdar edirdi ki, sərhəddə çoxsaylı itkilərlə müşayət olunacaq daha bir toqquşma onun devrilməsi üçün zəmin ola bilər. İrəvandan gələn xəbərlərdən də belə başa düşülür ki, Paşinyan Soçi görüşünə qatılmaqda həvəsli deyil.

Ancaq görünən odur ki, təxribatlar, döyüşlərin aktivləşdirilməsi cəhdləri uzun müddət davam etməyəcək. Rusiya bunu sonuncu kartı kimi oynamaq qərarına gəlib. Bölgəyə yeni güclərin gəlişi və yeni siyasi konfiqurasiyanın yaranması fonunda Moskva cciddi mövqe itkilərinə məruz qalacaq. Ki, Kremldə bunu artıq yaxşı anlayırlar. Həm də Paşinyan ordudakı rus agentlərini təmizləmək üçün ciddi addımlar ataraq, Kremlin hərbi kontingent arasındakı “əlləri”ni kəsəcək.

Bu arada qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Moskvaya rəsmi səfərə dəvət olunub. Lakin Papikyanın bu səfərə getmək istəməməsi də qeyd edilir. O, qatı Rusiya əleyhidarı olduğu üçün Kremldə onu nələrin gözlədiyinin fərqindədir.

Eyni zamanda, Ermənistan XİN-i 26 noyabrda Soçidə üçtərəfli görüşün olub, olmayacağı barədə məlumatı nə təsdiq, nə də təkzib edib. Nazirliyin mətbuat katibi Vaan Hunanyan deyib ki, müxtəlif parametrlərə malik çeşidli görüşlər üzrə təkliflər müzakirə olunur. “Şərtlər və yerlə bağlı razılıq əldə edildikdə, məlumat verəcəyik”.

Bir sözlə, bölgədə Rusiyanın oynadığı oyunlar son akkordlarını vurur. Gedişat, Kremlin ürəyincə deyil. Artıq “mərkəzdənqaçma”lara sistemli şəkil alıb. Ermənistan hakimiyyəti ilə ümumi dil tapmaq prroblemə çevrilib. Həm də Nikol Paşinyan artıq etibarlı adam kimi qəbul edilmir.

Azərbaycan isə vaxt qazanmağa çalışır. Rəsmi Bakı bəzi prosesləri neytrallaşdırmaq istəyir. Təbii ki, təkbaşına gücü çatmır. Belə olan halda davamlı olaraq, Türkiyənin səhnədə görünməsi dəstək ifadəsidir.

Fərda Uğur

JAMAZ..İNFO
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH