Putinin B planı: Moskva strategiyanı dəyişib - GƏLİŞMƏ
Dunya
Oxunub: 406
20 noy 2021 | 19:49
Putinin B planı: Moskva strategiyanı dəyişib - GƏLİŞMƏ


Böyük Britaniyanın “The Guardian” qəzetində “Putinin B planı: Rusiyanın Ukraynanın şərq sərhədində hərbi gücünü artırması Moskvanın strategiyanı dəyişdiyindən xəbər verir” başlıqlı məqalə dərc olunub. Reyting.az xəbər verir ki, məqalədə yazılır:

Təxribat, yoxsa hazırlıq? Və məqsəd nədir? Rusiyanın Ukraynanın şərq sərhədi yaxınlığına qoşun yığmaqda niyyətinin dəqiq nə olduğu hələ də bəlli deyil.

Ancaq getdikcə bir məsələ daha da aydınlaşır: Rusiya prezidenti Vladimir Putinin yazda yaratdığı gərginlik (onda da o, Ukrayna sərhədinə qoşun yığmışdı) epizodik, ötəri bir hadisə deyildi, bu, onun məsələyə yeni yanaşmasının başlanğıcı, ilk mərhələsi idi. Beş il dondurulmuş vəziyyətdə qalan münaqişənin buzu, deyəsən, təhlükəli həddə əriməkdədir.

Aprel ayında on minlərlə hərbçini Ukrayna sərhədinə göndərəndən az sonra Putin elan etdi ki, Kiyevə və Qərbə yardım əlini uzadaraq qoşunlarını qismən geri çəkir. Amma ötən müddət göstərir ki, bu geri çəkilmə tam formal xarakter daşıyıb. Qoşunların, tankların, ballistik raketlərin və artilleriya qurğularının çoxu yenə həmin bölgədədir.

Hazırda bu arsenala 100 minə yaxın hərbçi də əlavə olunmaqdadır. Həmin hərbçilər Ukraynanın 2014-cü ildən bəri Rusiyayönlü separatçıların nəzarətində olan Donbas bölgəsinin şimal, cənub və şərqinə yerləşdirilir.

Bugünlərdə NATO-nun baş katibi Yens Stoltenberq Moskvaya xəbərdarlıq etdi ki, Avropa İttifaqının qonşusu və müttəfiqi olan Ukraynaya qarşı növbəti təxribatlara, aqressiv hərəkətlərə yol verilməməlidir. ABŞ-ın dövlət katibi Entoni Blinken isə dedi ki, Moskva aqressiv addım atsa, bu böyük səhv olacaq.

Noyabrın 16-da isə Almaniyanın enerji məsələlərini tənzimləyən qurumu mübahisəli “Şimal axını-2” qaz kəmərinin lisenziyalaşdırılması prosesini müvəqqəti dayandırdı. Beləliklə, onsuz da qeyri-sabit olan vəziyyət daha da müəmmalı xarakter alır. “Şimal axını-2” kəməri Rusiyaya Ukraynadan yan keçməklə Almaniyaya qaz nəql etməyə imkan verir. Kiyev isə bunu özünə həm maddi, həm də təhlükəsizlik baxımından təhdid sayır.

ABŞ kəşfiyyatı Rusiyanın hərbi müdaxiləyə əl atacağı ehtimalını yüksək qiymətləndirir. Birbaşa müdaxilə Kremlə ciddi geosiyasi risklər yarada bilər. Çünki 2014-cü ildə tətbiq olunmuş sərt sanksiyalar indiyədək qüvvədədir. Ancaq görünür Putin Donbasda hərarəti artırmağın zamanı çatdığını düşünür.

2019-cu ildə Ukraynanın prezidenti seçilən Vladimir Zelenskinin gözlənilənlərin əksinə olaraq Rusiyanın təsir və tələblərinə elə də boyun əymədiyi üzə çıxdı. Ukraynada ruspərəst siyasətçi, Putinin əsas müttəfiqi Viktor Medvedçuka dövlətə xəyanət ittihamı irəli sürüldü. Bu, Moskvanın qınağına səbəb oldu.

Ukrayna ilə sərhəddə qoşunlarının sayını artırması Kremlin silahları dərhal işə salıb mümkün ssenarilərə çevik reaksiya vermək imkanını xeyli gücləndirir.

Moskvanın bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinın separatçıların nəzarətində olan bölgəyə dronla hücum etməsini “sabitliyi poza biləcək bir hadisə” kimi qiymətləndirməsi əslində hadisələrin gələcək istiqamətindən xəbər verir.

Moskva görür ki, sönükləşməkdə olan sülh danışıqları daha onu əsas məqsədinə çatdıra bilmir - bu danışıqlar Kiyevi qorxutmur, Ukraynanın Avropa Birliyi və NATO ilə münasibətlərinə əngəl törətmir. Ona görə də Moskva, deyəsən, özünün son dərəcə təhlükəli olan B planını işə salmaq qərarına gəlib.

Beləliklə, Rusiyanın Ukrayna yaxınlığında hərbi gücünü artırması 2015-ci ildə Minskdə imzalanmış ikinci sazişdən sonra nisbətən səngimiş, sabit vəziyyət almış (insan tələfatları davam etsə də) münaqişənin yenidən alovlanmasına gətirir.

Qərb Moskvaya mesaj verməlidir ki, Rusiyanın həddini aşması onu ciddi xərcə salacaq növbəti iqtisadi sanksiyalarla, “Şimal axını-2” layihəsindən imtina olunması ilə üz-üzə qoyacaq.

Putinin Bosniyadan tutmuş Belarusa qədər postsovet məkanına dağıdıcı təsiri artır. Ukraynanın bu qış yenidən o təsirə məruz qalmaması üçün Qərb Kiyevlə möhkəm həmrəylik nümayiş etdirməlidir. //novator.az//
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh