Cozef Baydenin ayrıseçkilik sammiti: ələ salınan demokratiya - DEMOKRATİYANIN DEŞİYİ...
Dunya
Oxunub: 323
13 noy 2021 | 19:19
Cozef Baydenin ayrıseçkilik sammiti: ələ salınan demokratiya - DEMOKRATİYANIN DEŞİYİ...


Bir zamanlar keçmiş SSRİ-nin paytaxtı Moskva dünyanın sosialist düşərgəsinin mərkəzi sayılırdı. Sovet rəhbərliyinin həmin ölkələrin liderlərinə münasibəti o dövlətlərə yanaşmaya da təsir edirdi. Məsələn, o vaxtlar Yuqoslaviya Federativ Sosialist Respublikasının lideri İosip Broz Titonun müstəqil siyasət yürütməsi Moskvanın xoşuna gəlmədiyindən bu ölkəyə münasibət də digərlərinə yanaşmadan fərqlənirdi. Ancaq sonralar bu siyasətin ziyanı elə SSRİ-nin özünə dəydi. Hətta onun parçalanmasına təsir etdi. Belə yanaşma sosialist düşərgəsinin, ikiqütblü dünyanın güc mərkəzinin birinin sıradan çıxmasına səbəb oldu.

Son zamanlar dünyanın üçqütblü olduğunu iddia edirlər. Bunlardan biri ABŞ, o biri Rusiya sayılırsa, hesab edirlər ki, üçüncü də Çindir. Bu baxımdan ABŞ-ın dövlətlər arasında kəskin fərq qoyması, yaxud onların müstəqilliyini azaltmağa səy göstərməsi perspektivdə onun rəqiblərinin güclənməsinə səbəb ola bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da onlayn formatda “Demokratiya zirvəsi” adlı sammit keçiriləcək. Bu tədbirə dəvət olunan dövlətlərin siyahısına nəzər salanda Ağ Evin vaxtilə irqçiliyi həyata keçirmiş siyasəti yada düşür. Bir zamanlar bu ölkədə “qaradərili"lərə qarşı ayrıseçkilik aparılması, öz vətəndaşları arasında ögey-doğmalıq kimi fərqlər qoyulmasının miqyası daha da böyüyüb. ABŞ dövlətlərə öz meyarı ilə “damğa” vurur. Dəvət olunan dövlətlərin siyahısına baxanda bu aydın görünür. Belə çıxır, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, iqtisadiyyatı və mövcudluğu Rusiyadan asılı olan, bu ölkənin bir əyaləti sayılan Ermənistan demokratikdir. Başqa dövlətlərin adlarını xatırladıb onları aşağılamaq niyyətində deyilik. Ancaq dəvətlilər arasında elə dövlət başçıları var ki, onlar açıq-aşkar dini ayrıseçkilik siyasəti yürüdür, insan hüquqlarını tapdalayırlar. Belə çıxır, Cozef Bayden belə ölkələrin, o cümlədən monoetnik Ermənistanın hökumət başçısı ilə dünyada demokratik inkişafın yollarından danışıb onlarla fikir mübadiləsi edəcək.

Cozef Baydenin bu davranışı bir məsələni də yada saldı. 1992-ci ildə Azərbaycanda demokratik dəyərləri əsas tutan siyasi qüvvələr hakimiyyətə gəlmişdi. Onda ABŞ administrasiyası bu qüvvəyə yardım etməkdənsə, “Azadlığa dəstək” aktına düzəliş edərək Azərbaycana qarşı sanksiya tətbiq etdi. O vaxt Azərbaycan ABŞ-ın birbaşa yardımından məhrum oldu. Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarılıb. Bundan sonra, yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülmüşdü. Senator Riçard Luqar düzəlişin qəbul edilməsi əleyhinə çıxış etsə də, sənəd erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdi. ABŞ-ın o vaxtkı vitse-prezidenti Cozef Bayden də düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğvinə qarşı çıxış etmişdi. İndi torpaqlarını işğaldan azad edəndən sonra (bəlkə də elə buna görə) Ağ Evin belə bir mövqe tutması Bayden və komandasının Azərbaycana qarşı kin və hikkəsinin soyumadığının göstəricisidir.

Yeri gəlmişkən, sammitə NATO üzvü olan Türkiyənin və Avropa İttifaqı və Alyansın üzvü olan Macarıstanın dəvət edilməməsi ABŞ-ın demokratiyaya yanaşmasına şübhəni artırır. Çünki NATO üzvü olmaq üçün tələb edilən kriteriyalardan biri də insan hüquqları və qanunun aliliyinə sadiqlikdir. Alyansa üzv olan, Avropa İttifaqına namizəd sayılan Türkiyənin bu kriteriyaya cavab verməməsi absurddur. Bu o deməkdir ki, siyahı obyektiv deyil və onun hazırlanması zamanı Bayden administrasiyasının özəl münasibəti və digər maraqlar əsas götürülüb. Belə çıxır, sammitə dəvət olunan ölkələrə selektiv münasibət, ABŞ-la münasibətlərində problemlər olduğuna, müstəqil siyasət yürütdüklərinə görə bir sıra demokratik ölkələrin siyahıdan kənarda qalması ciddi müzakirə mövzusuna çevrilib və Bayden administrasiyasına qarşı ittihamlara səbəb olub. Bu, ABŞ-ın ədalətli dövlət olmasının üzərinə kölgə salır. Bu deməyə əsas verir ki, o, başqa ölkələri öz iradəsinə tabe etdirməyə çalışır. Bundan başqa, bir zamanlar keçmiş SSRİ sosial ideyaları monopoliyasına götürmüşdü. Hər kəs elə zənn edirdi ki, bir vaxtlar kommunizmdə yaşayacaq. Ancaq hadisələr bunun tərsini sübut etməklə hegemon dövlətə dərs verdi.

ABŞ-ın demokartiya anlayışını monopoliyaya götürməsi və əlahiddə seçim səlahiyyətinə malik olduğunu açıq nümayiş etdirməsi bütün dünyada birmənalı qarşılanmır. Ağ Evin demokratiyaya və onun yayılmasına belə ayrıseçkilik mövqeyindən yanaşması demokratik prinsiplərə ziddir. Beləliklə, sadalamadığımız çoxsaylı faktlar deməyə əsas verir ki, ABŞ Prezidentinin bu tədbiri demokratiyanın inkişafına təkan verməkdənsə, Birləşmiş Ştatların demokratiyaya yanaşmasına və müttəfiqləri ilə münasibətlərə mənfi təsir edəcək. Odur ki, Cozef Bayden bu sammitlə ayrıseçkilik edir, demokratiyanı ələ salır...
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”