Səudiyyə Ərəbistanının Ermənistan SEVGİSİ - 44 günlük müharibədə ermənilərə necə dəstək oldular?
Dunya
Oxunub: 638
28 okt 2021 | 21:18
Səudiyyə Ərəbistanının Ermənistan SEVGİSİ - 44 günlük müharibədə ermənilərə necə dəstək oldular?


Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Prezidentinin ziyarəti oktybarın 26-da baş tutub.

Bundan əlavə Ermənistan mediasında bu hadisə ölkənin diplomatiya tarixində “xüsusi səhifə”, beynəlxalq münasibətlərdə isə “dönüş nöqtəsi” kimi qiymətləndirilib. Buna səbəb kimi isə, Ermənistanın müstəqillik əldə etdikdən sonra ilk dəfə ölkə prezidentinin Səudiyyə Ərəbistanına səfər gerçəkləşdirməsi göstərilib.

Səfər zamanı xüsusilə maraq doğuran məqam isə, Armen Sarkisyanın ən yüksək səviyyədə qarşılanması olub. Belə ki, Ermənistan prezidenti Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr tərəfindən hava limanında xüsusi canfəşanlıqla qarşılanıb.

Ermənistan-Səudiyyə münasibətlərinin tarixi

Ümumilikdə Ermənistanla Səudiyyə Ərəbistanı arasındakı diplomatik münasibətlərdə uzun illər ərzində durğunluq müşahidə olunub. Xüsusilə də, Səudiyyə rəsmiləri tərəfindən keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunub və bu səbəbdən rəsmi İrəvanla əlaqələrə xüsusi yer verilmədiyi bildirilib.

Araşdırmalarımız nəticəsində 2010-cu illərin əvvəllərinə qədər olan dövr ərzində iki ölkə arasında münasibətlərdə diplomatik əlaqələrin olmadığına rast gəldik. Lakin 2010-cu ilin ortalarından, daha dəqiq desək Məhəmməd ibn Salmanın hakimiyyətə gəlməsindən sonra Səudiyyə-Ermənistan münasibətlərində dəyişikliklər müşahidə olunmağa başlayıb. Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, iki ölkə arasındakı əlaqələr heç də rəsmi Bakının maraqlarına uyğun şəkildə təşkil olunmayıb.

Belə ki, ilk növbədə hər iki ölkənin Türkiyəyə qarşı oxşar mövqedən çıxış etməsi yaxınlaşmanı daha da aktivləşdirib. Xüsusilə də, Rəcəb Tayyib Ərdoğanın son illərdə yeritdiyi müstəqil siyasət xətti, eyni zamanda digər türk dövlətləri ilə əməkdaşlığa əhəmiyyətli yer verməsi, Səudiyyə Ərəbistanı tərəfindən birmənalı qarşılanmayıb.

Ələxsus da, İslam dünyasının aparıcı aktoru olmaq üçün İranla rəqabət şəraitində olan Ər-Riyad hökumətinin məqsədini həyata keçirmək yolunda Türkiyəni də əngəl olaraq görməsi, Ermənistanla münasibətlərdə müsbət istiqamətdə irəliləyişlərə gətirib çıxarıb.

Səudiyyənin Ermənistana verdiyi dəstək

İlk olaraq, 2018-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salman və kral Salman bin Əbdüləziz Ermənistana müstəqillik günü münasibətilə təbrik ünvanlayıb. Diqqət çəkən ən önəmli nüans isə, bu addımın Səudiyyə Ərəbistanı-Ermənistan diplomatik əlaqələrinin rəsmi şəkildə qurulmadığı bir vaxtda atılmasıdır.

Ər-Riyad-İrəvan yaxınlaşmasının ikinci dalğası isə 2019-cu ilin aprel ayına təsadüf edib. Belə ki, qondarma erməni soyqırımının ildönümünün yaxınlaşdığı ərəfədə Səudiyyə şəhzadəsi Rima bint Bəndər əl-Səud Türkiyəni “erməni genosidini” qəbul etməməsi səbəbindən ikiüzlülükdə ittiham edib. Aprelin 10-da isə, Səudiyyənin Livandakı fövqəladə və səlahiyyətli səfiri Vəlid Buxari qondarma soyqırıma həsr olunan memorialı ziyarət edərək, erməni xalqı ilə həmrəyliyini nümayiş etdirib.

Üçüncü, bəlkə də ən təəssüf doğuran məqam isə, 44 günlük müharibə dönəmində Səudiyyə Ərəbistanının Ermənistana dəstək nümayiş etdirməsi iddialarıdır. Belə ki, “Əl-Ərəbiyyə” mətbu orqanında 6 oktyabr 2020-ci il tarixində dərc olunan məqalədə sözügedən iddialar öz əksini tapıb. Bundan əlavə, məhz Vətən Müharibəsi dönəmində “Əl-Ərəbiyyə” telekanalında Ermənistan Prezidenti Armen Sarkisyanın xüsusi nitqinə də yer verilib.

Ümumilikdə isə, əksər mütəxəssislər Səudiyyə Ərəbistanın Ermənistanla münasibətlərə birdən-birə bu qədər diqqət yetirməsinə səbəb kimi məhz Türkiyə faktorunu ön plana çıxarırlar. Lakin özünü İslam dünyasının mərkəzi kimi təqdim edən bir ölkənin işğal etdiyi ərazilərdəki İslam abidələrinə, eyni zamanda müsəlman əhaliyə qarşı törətdiyi tarixi vəhşilikləri nəzərə almadan sırf siyasi maraqları səbəbindən Ermənistana dəstəyini artırması isə təəssüfvericidir.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...