Fransada ermənilərin törətdiyi cinayətləri ört-basdır etməyə çalışan mer kimdir?
Dunya
Oxunub: 335
8 iy 2021 | 10:13
Fransada ermənilərin törətdiyi cinayətləri ört-basdır etməyə çalışan mer kimdir?


Ermənilər tərəfindən irqi, afrofobiya zəminində qətl törədildi. Bu qətl çox qəribə bir sükutla əhatə olundu. Qətli ört-basdır etməyə çalışdılar. Sanki erməni bandası qaradərili adamı öldürə bilər. Fransa siyasi sinfi isə bu qətlə susur. Bir anlıq bunun əksini təsəvvür edək. Əgər qaradərili insan kimi isə qətlə yetirsə idi, immiqrasiya haqqında bitməz-tükənməz "ekstravaqant" bəyanatlar səsəlndirilərdi.

Fransa kimi ölkədə soyqırımı qurbanı olduqlarını iddia edən ermənilər dərisinin rənginə görə insanı öldürür və bu heç kimi narahat etmir, heç kim reaksiya vermir.

Ölkə.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Fransada Qara Afrika Müdafiəsi Liqasının (LDNA) prezidenti Equnçi Behanzin (Egountchi Behanzin) Sənt-Etyen şəhərində bir qrup erməninin qəddarlıqla qətlə yetirdiyi qambiyalı gənc- Yussufa haqqında "Musulmanenfrance" portalına müsahibəsində deyib. Cari ilin mayın 26-da 28, 32 və 62 yaşlı üç erməni tərəfindən amansızlıqla, görünməmiş zorakılıqla qətlə yetirilən Yussufa haqqında məlumat verərək, həmin ermənilərin "silahla kollektiv qətlə yetirmə" ittihamı ilə mühakimə olnduğunu deyib.

LDNA-nın prezidenti vurğulayıb ki, ermənilərin törətdiyi qətlin irqçi mahiyyəti hələ prokurorluq tərəfindən bu günə qədər təsdiqlənməyib. Ancaq yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı videolarda erməni təcavüzkarlar "Çirkli qara! Çirkli zənci! Səni qanına qəltan edəcəyik!" dedikləri aydın eşidilir. Həmçinin, təcavüzkar erməni bu təhqirlə kifayətlənməyib, yerdə qanı içində çabalayan qambiyalı gəncin başına təpiklə vurur.

LDNA-nın erməni bandasının törətdiyi bu qatı cinayəti yaymasa, qambiyalı gəncə görə ədalət tələb etməsə və insanları nümayişə çağırmasa idi, ermənilərin bu cinayət aktı ictimailəşməyəcəkdi. Bəzi qüvvələr, xüsusilə də erməni icmasının çox olduğu Sənt-Etyen şəhərinin bələdiyyə rəhbəri Qael Perdrio erməni icmasının seçkilərə təsirini nəzərə alaraq, ermənilərin bu cinayətini ört-basdır etməyə çalışır və onun irqçi mahiyyətinin söylənilməsini istəmirdi. Ancaq yüz minlərlə insan nümayiş edərək, ayrı-seçkiliyə etirazlarını bildirib və qambiyalı gənclə bağlı ədalət tələb etdilər.

Equnçi Behanizin diqqətə çatdırıb ki, hətta şəhər bələdiyyə rəhbəri ilə əlaqəsi olan bəzi məmurlar da ermənilərin törətdiyi bu amansız qətlin irqçi, afrofobiya mahiyyətini ört-basdır etməyə çalışıblar. "Sənt-Etyenin bələdiyyə rəhbəri məsələ ilə bağlı Qara Afrika Müdafiə Liqasına (LDNA) söz verməmək üçün göstəriş vermişdi. Bunun səbəbin çox tez başa düşdük. Soyqırım qurbanı olduqlarını iddia edən ermənilərin irqçi cinayət törətməsi ermənilərə böyük bir ləkədir. Sənt Etyenin meri isə erməni seçicilərini müdafiə edir. Sənt Etyen regionunda erməni icması güclüdür. Buna görə də bələdiyyə rəhbəri bu qətlin irqçilik, afrofobiya mahiyyətini gizlətməyə, onu içkili şəxslərin törətdiyi sadə şiddət kimi tanınmasına çalışırdı.

Ancaq bir inasnı afrofobiya təhqirləri ilə bıçaqlamaq, üstəlik yerdə qan içində olan yaralı insanın başına təpiklə vurmaq, şahidlərin ona kömək göstərməsinə mane olmaq sadə zorakılıqdırsa, onda irqçi cinayət necə olur?

Dünən səfirlə fransız hüquqçularının yanında idik. Ancaq tam sükutdur. Yusufanın cəsədi hələ də ailəsinə verilməyib. Cəsədin hələ də ailəyə qaytarılmamasında dair bəzi şübhələr var.

Fransanın qanununa əsasən sağlığında orqanlarının çıxarılmasını istəməməklə bağlı sənəd imzalamasa, fransız dövlətinin bunu avtomatik olaraq etmək hüququ var. Belə bir ehtimal var ki, əgər Yussufanın cəsədi ailəsinə verilməsyibsə, deməli onun orqanları götürülüb. Biz cəsədin onun ölkəsinə göndərilməsini tələb edirik. Yussufa müslmandır və müsəlmanlarda ölünü ləyaqətlə dəfn etmək çox vacibdir",-deyə LDNA-nın prezidenti qeyd edib.

Diqqətə çatdırıb ki, afrikalılar heç kimə hücum etmir. Bəzən onları ekstremist olmaqda günahlandırırlar. Ancaq həqiqət həmişə ekstremistdir! Həqiqəti söyləyəndə, həmişə kimlərisə narahat edir. "Özümüzü müdafiə etməkdə bizə mane olmaq istəsələr, onda gərək bizə qarşı zorakı təcavüz edən icmaları da görsünlər, onlara da zorakı olmamağı öyrətsinlər",-deyə LDNA-nın prezidenti deyib. Bildirib ki, yerli hakimiyyət qurbanları qurban olduqlarına görə günahlandırır, ancaq qurban qurban olmağı dayanırmalı deyil, təcavüzkarlar təcavüzkar olmağı və özlərini qurban kimi qələmə verməyi dayandırmalıdırlar.

LDNA-nən prezidenti Fransada ayrı-seçkiliyin sürətlə artıdğını söyləyib. Qeyd edib ki, Fransa dövləti və siyasi sinfi məsuliyyətini anlamalıdırlar, onlarında ayrı-seçkiliyin artmasında onlarında əli var.
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?