Zərifin Bakıya qəfil səfəri: vidalaşmağa gəlib, yoxsa... - TƏHLİL
Dunya
Oxunub: 393
26 may 2021 | 16:19
Zərifin Bakıya qəfil səfəri: vidalaşmağa gəlib, yoxsa... - TƏHLİL


Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. “Yeni Müsavat” xəbər verir ki, Zərifin Bakıya gələcəyini İranın Azərbaycandakı səfirliyi öncədən açıqlamışdı. Qeyd olunurdu ki, səfər İran və Azərbaycan rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutacaq.

İranın xarici işlər nazirinin səfəri Tehranın son vaxtlar Bakını narazı salan addımları fonunda gerçəkləşməsi təsadüfi deyil. Son günlər bu barədə erməni mətbuatında xəbərlər, eləcə də Qarabağa müəmmalı yardım karvanları getməsi barədə videolar yayılıb. Rəsmi Bakı bununla bağlı sükutu qorusa da, ölkə mətbuatında İranın bu addımları ciddi etiraz doğurub. Xüsusilə son günlər İran parlamentinin deputalarının anti-Azərbaycan bəyanatları da artıb.

Azərbaycan Prezidentinin işğaldan azad olunmuş rayonlara hər dəfə səfərində İranla sərhədi “dostluq sərhədi” adlandırmasına baxmayaraq, Tehrandan qeyri-adekvat addımlar atılır. Yəni Bakının İran təmsilçisindən soruşacağı və müzakirə edəcəyi bir çox məsələlər var. İranın hansısa narahatlığı varsa, onu da burada dilə gətirə bilər. Azərbaycan tərəfinin giley-güzarına səbəb olan addımlardan biri də iranlı generalların İrəvana səfəri xəbəri idi. Tehranın İrəvana hərbi yardım təklif edəcəyi məlumatları dolaşırdı. Siyasi şərhçilər İranın Zəngəzur dəhlizinin açılmasından narahatlığını da qəribə adlandırır. Halbuki bu nəqliyyat-kommunikasiyanın bərpası elə cənub qonşumuzun iqtisadi cəhətdən maraqlarına uyğundur.

“Yeni Müsavat” bildirir ki, görüşdə İ.Əliyev iranlı həmkarı Həsən Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razı qaldığını vurğulayıb: “Bu müddət başa çatır. Xahiş edirəm, mənim salamlarımı, tərəfdaşlıq və əməkdaşlıq üçün minnətdarlığımı ona çatdırasınız. Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır. Çünki münaqişə həll ediləndən sonra keçən dövrdə bizim çoxsaylı təmaslarımız olub”.

C.Zərif deyib ki, administrasiyamızın dövründə Azərbaycanla münasibətlərin ən yaxşı dövrünü yaşadığımız üçün xoşbəxtik: “Hakimiyyətdə olduğumuz dövr başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoyaraq getdiyimizə görə çox şadıq. Mən Sizi və Azərbaycan xalqını milli bayramınız münasibətilə əvvəlcədən təbrik etmək və Azərbaycana, bu regiona gətirməyə müvəffəq olduğunuz inkişafa dərindən heyran olduğumuzu ifadə etmək istəyirəm. Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında hər hansı bir rolu oynamağa hazırıq”.

Göründüyü kimi, Zərif Azərbaycan torpaqlarının işğaldan azad edildiyini dilə gətirib və ərazilərdə yenidənqurmaya dəstək verməyə hazır olduqlarını vurğulayıb. Bəs İranda seçkiyə qısa vaxt qalmış Zərifin səfəri hansı mahiyyəti daşıyır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Zərifin səfəri olduqca qəribədir. Politoloq bir aydan sonra C.Zərifin XİN başçısı vəzifəsini daşımayacağını xatırlatdı: “İranda iyunda seçkidir, Həsən Ruhani konstitutsiyaya görə namizədliyini verə bilməz, Zərif də xarici işlər naziri olmayacaq. Çox az vaxt qalıb və bəlkə də sağollaşmağa gəlib. Amma nəticəsi olmayan səfərdir. Hətta iradlarımızı bildirsək belə, effekti olmayacaq. Çünki bir ay sonra Ruhani və Zərif vəzifədə olmayacaqlar”.

E.Şahinoğlunun fikrincə, istənilən halda, Tehran Azərbaycan sərhədlərinin müəyyənləşməsindən narahatlığına izah verməlidir: “ Zəngəzur dəhlizinin açılması İranın marağındadır. Buna görə niyə narahat olduqlarını başa düşmək olmur. Eyni zamanda İran sərhədinə niyə nəzarət etmir ki, narkoticarətçilər ərazilərimizə keçir və sərhədçilərə atəş açırlar? İndiyə qədər bizdən İran tərəfə keçən narkotacir olmayıb. Həmçinin Xankəndinə daşınan yüklərlə bağlı suallara aydınlıq gətirməlidir. Amma yenə deyirəm ki, sualların Zərifə verilməsi əhəmiyyət daşımır. Bu baxımdan Bakıda nəticəsi olmayan bir görüşdür”.
“Yeni Müsavat”
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"