İrəvanda kim başa keçəcək: Moskvanın istəyi, Vaşinqtonun planı, Bakının marağı - KRİTİK GƏLİŞMƏ
Dunya
Oxunub: 476
25 may 2021 | 17:48
İrəvanda kim başa keçəcək: Moskvanın istəyi, Vaşinqtonun planı, Bakının marağı - KRİTİK GƏLİŞMƏ


İyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı Rusiyanın hansı mövqe tutacağı sual doğurur. Məlumdur ki, düşmən ölkədə hakimiyyətə gəlmək istəyən iki əsas rəqib var – biri hazırkı hakimiyyətdə olan, Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın komandası, digəri sabiq Prezident, Qarabağ separatçısı Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” seçki blokudur.

Bəzi analitiklər hesab edirlər ki, Kreml Ermənistanda hakimiyyət başına hər zaman Rusiyanın köləsi olmuş, Prezident Vladimir Putinlə dostluq münasibətləri olan Köçəryanın gəlməsini çox istərdi. Amma müharibə canisinin erməni cəmiyyətində çox mənfi reputasiyası var: o, hakimiyyətdə olduğu dövrdə Ermənistanı çapıb-talayıb. Onun hakimiyyəti zamanı korrupsiya tüğyan edib, məmur özbaşnalığı pik həddə olub. Kreml Robikin Ermənistanda nüfuzunun az olduğu üçün ona “stavka” etmir. Eyni zamanda, Köçəryan tərəfdarları Qarabağla bağlı revanş çağırışları edirlər. Rusiya isə Qarabağda yeni müharibənin olmasında maraqlı deyil.

Paşinyana gəldikdə isə Kreml normalda onu qəbul etmir. Məlumdur ki, Paşinyan 2018-ci ildəki inqilabda Qərbin dəstəyi ilə hakimiyyətə gəlib və davamlı olaraq Rusiya əleyhinə fikirlər səsləndirib. Rusiyaya bağlı olan bir neçə məmuru kürsüsündən uzaqlaşdırıb. Ta ki, İkinci Qarabağ müharibəsinə və ağır məğlubiyyətədək. Acınacaqlı şəkildə Azərbaycana məğlub olan Ermənistanın rəhbəri Rusiyadan bərk-bərk yapışmağa başladı. Növbədənkənar seçkilərlə bağlı qərardan sonra Paşinyanın dəfələrlə Putinlə telefon danışığı, Moskvaya səfəri və s. onu göstərir ki, o, Kremldən gələcək tələblərin hamısını yerinə yetirməyə hazırdır – yetər ki, hakimiyyətdə qalsın.

Sual isə budur: Ermənistanda hansı qüvvə hakimiyyətə gələcək və Rusiya kimi dəstəkləyəcək?

Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, soydaşımız, filologiya elmləri namizədi, politoloq Anar Həsənovun AYNA-ya dediyinə görə, Ermənistan yeganə dövlətdir ki, onun həm müxalifət lideri sayılan keçmiş Prezident Robert Köçəryanı, həm də iqtidarda olan və hazırda Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı Moskvada qəbul edilir: “Bu baxımdan Ermənistan unikal dövlətdir. Mənə ikinci bir MDB dövləti göstərə bilməzsiniz ki, həm müxalifət, həm də iqtidar liderini Kremldə qəbul etsinlər. Çünki Köçəryan dünənki iqtidardır, Rusiya Prezidenti Vladimir Putinlə şəxsi dostluq münasibətləri var. Paşinyan isə hazırda iqtidardadır”.

“Düşünmürəm ki, Rusiya Ermənistanda hansısa tərəfə daha çox dəstək verir. Moskvanın həm erməni müxalifətinə, həm də erməni iqtidarına münasibəti bərabərdir”, - deyə politoloq vurğulayıb.

O, Paşinyanın istefa verəcəyini bəyan etdikdən sonra Rusiyaya səfərini, Kremldə qəbul edilməsini xatırladıb: “Eyni zamanda, Paşinyan Moskvada protokol nitqi zamanı Rusiya ilə hərbi münasibətlərin inkişafında maraqlı olduğunu bildirdi. Bununla yanaşı, mətbuat konfransı zamanı Paşinyana SU-30 təyyarələri barədə sual verildi və Baş nazir cavabında bildirdi ki, yenidən bu təyyarələri alacaqlar. Paşinyan Rusiya səfəri öncəsi İrəvanda söylədi ki, Rusiyanın mütəxəssisləri tərəfindən Ermənistanda yeni Atom Elektrik Stansiyasının tikilməsində maraqlıdır. Demək ki, Paşinyan Rusiya ilə münasibətlərin inkişafının tərəfdarıdır. Moskva üçün bu bəyanatlar önəm daşıyır, Paşinyanın mövqeyini öyrənmək baxımdan əhəmiyyətlidir”.

“Bir məqamı da unutmayaq: Paşinyanın Moskvaya səfəri, Kremldə Putinlə görüşü Ermənistan cəmiyyətinə də mesaj idi. Nikol bununla bildirmiş oldu ki, o, Rusiyaya qarşı olan siyasətçi deyil. Bu mənzərə Paşinyana seçkiqabağı lazım idi. Bu, eyni zamanda, Paşinyanı anti-Rusiya mövqeyində ittiham edən müxalifətə zərbə idi, müxalifətin elektoratını öz tərəfinə çəkmək idi”, - deyə Həsənov bildirib.

“Bununla yanaşı, Köçəryan həmin vaxt Moskvaya səfər etdi, Rusiyanın ən nüfuzlu televiziya proqramına çıxdı, bəyanatlar verdi, Putinlə telefonda danışdı və s. Bütün bunlar onun göstəricisidir ki, Rusiya Ermənistanda hər iki tərəfə eyni münasibət sərgiləyir – həm müxalifətə, həm də iqtidara. Seçkilərdə kim qalib gələcəksə, Moskva onunla işləyəcək. Çünki aydındır ki, kim hakimiyyətə gəlsə, Rusiya ilə münasibətlərin inkişafında maraqlı olacaq”, - deyə analitik fikrini tamamlayıb.

Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü isə bir qədər fərqli düşünür. Siyasi şərhçi AYNA-ya deyib ki, bu seçkilərin nəticələri təkcə Ermənistanın taleyini müəyyənləşdirməklə kifayətlənməyəcək, həm də Azərbaycanla münasibətlərin gələcəyini aydınlaşdıracaq: “Hazırda Azərbaycanda bir çoxlarında bu düşüncə hakimdir ki, rusiyayönümlü qüvvələrin əsas lideri Köçəryan qalib gələrsə, bu, Ermənistanda revanşistlərin dirçəlişini sürətləndirəcək və onlar Qarabağa yerləşmiş rus hərbçilərinin köməyindən istifadə etməklə, ərazilərimizi təkrar işğala cəhd göstərəcəklər. Bu səbəbdən Azərbaycanda yenidən savaş istəməyən kəsim qərbyönümlü qüvvələrin lideri Paşinyanın qələbəsini daha çox arzulayır və hətta Azərbaycan hakimiyyətindən də Paşinyanın erməni cəmiyyətində mövqeyini gücləndirəcək hansısa addımlar atılmasını gözləyirlər”.

“Əlbəttə, Azərbaycan torpaqlarının işğalında və Xocalı qətliamının törədilməsində əsas rol oynamış hərbi cinayətkar Köçəryanın yenidən hakimiyyətə gəlişi darmadağın olmuş Ermənistan ordusunu və üstəlik, müharibə istəməyən erməni cəmiyyətini toparlmaqda xeyli vaxt itkisi demək olmaqla bərabər, həm də əldə edilmiş üçtərəfli birgə bəyanatın müddəalarının həyata keçirilməsində və gələcək sülh danışıqlarının aparılmasında psixoloji və siyasi maneələrin yaranması deməkdir”, - deyə ekspert bildirib.

“Ancaq nəzərə alsaq ki, hazırda bölgədə həyata keçirilən plan “rus planı”dır, o halda Rusiyanın öz planının həyata keçməsini ləngidəcək, ona mane olacaq və sülhməramlı missiyasını sual altına salacaq, Ermənistanı qazanmaq istərkən Azərbaycanı da birdəfəlik itirməsiylə nəticələnəcək "Köçəryan variantı"nı seçəcəyi qətiyyən ağlabatan görünmür”, - deyə E.Şükürlü söyləyib.

Politoloq vurğulayıb ki, Rusiya üçün Qarabağ problemi Qərblə, xüsusən də ABŞ-ın yeni administrasiyası ilə münasibətlərdə uzlaşma əldə ediləcək əsas müstəvilərdən biri və bəlkə də birincisi sayılır: “Bu, ABŞ dövlət katibi Antoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrovun Reykyavik görüşündə bir daha üzə çıxdı: tərəflər münaqişənin uzunmüddətli həllinin zəruriliyi haqda ortaq bəyanatla çıxış etdilər və bu mövqenin planlaşdırılan Bayden-Putin görüşündə daha konkret şəkildə ifadə olunacağı da qaçılmazdır. Üstəlik, Rusiyanın Qarabağda yerləşməsinə legitimlik qazandıra bilməyəcəyi çəkingənliyi yaşadığı və bu səbəbdən Ermənistanda Paşinyan hakimiyyətini hərbi çevriliş yoluyla devirməkdən yayındığı da aşkar görünür”.

Ekspertin fikrincə, belə anlaşılır ki, ABŞ və Rusiya arasında Ermənistanda hakimiyyətin taleyinin məhz seçki yoluyla müəyyənləşməsi, gələcək sülh danışıqlarını legitim bir hakimiyyətin aparması haqda pərdəarxası razılşama var və tərəflərin hər biri də buna əməl etmək öhdəliyi götürüb: “Belə bir razılaşmanın mövcudluğunu Ermənistanın ilk Prezidenti, 76 yaşlı siyasətçi Levon Ter-Petrosyanın seçkiyə qatılmaq istəyi də təsdiqləyir. Onun sabiq prezidentlərə seçkiyə eyni blokda getmək və Baş nazirliyə namizədliklərini də irəli sürməmək öhdəliyi götürmək təklifiylə çıxış etməsi çox ciddi hadisədir. Ter-Petrosyanın təklifindən imtina edən Koçaryanı sərt şəkildə “dövlət maraqlarını düşünməyən” və “Paşinyandan qisas almağa çalışan şəxs” kimi xarakterizə etməsi isə onun indidən seçkidə ikinci Prezidentə qarşı cəbhə açacağının anonsu sayıla bilər”.

Müsahibimizin sözlərinə görə, Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan öz namizədliyini irəli sürməsə də, həmyerlisi və keçmiş cinayət ortağı Köçəryanla deyil, sabiq MTX rəhbəri, FTX məzunu Artur Vanetsiyanla seçki bloku yaratması da Köçəryanın uğur qazanmayacağına inamsızlığın ifadəsi olmaqla yanaşı, həm də Rusiyanın öz qüvvələrini heç də Köçəryanın ətrafında cəmləmədiyini göstərir: “Görünən odur ki, son 6 ayda Ermənistandakı daxili ictimai rəyi öz lehinə dəyişə bilməyən və revanşistlərin mövqeyinin hədsiz zəif olduğunu görən Rusiya üçün indiki mərhələdə ən vacibi Putinin dostu olan Köçaryanın Ermənistanın Baş naziri postuna gətirilməsi deyil, onu cinayət təqibindən qurtarmaq üçün Ermənistan parlamentinə keçidini təmin etmək və gələcək Baş nazirə əsas təzyiq silahı kimi qoruyub saxlamaqdır”.

“Yeri gəlmişkən, onu da xatırladaq ki, Köçəryanın 2001-ci ildə Ki-Uestdə Heydər Əliyevə təklif etdiyi və amerikalıların da dəstəklədiyi sülh planında ərazi mübadiləsi – “Laçın dəhlizi” əvəzinə suveren “Zəngəzur dəhlizi”nin verilməsi əsas yer tutub. Bunu o, Rusiyada çapdan çıxmış “Həyat və azadlıq” adlı memuarında detallı şəkildə göstərib. İndi onun özünün “Zəngəzur dəhlizi”nin açılmasının əleyhinə çıxması da seçkiqabağı piardan başqa bir şey deyil və müharibədən xeyli itirmiş, yorulmuş, bezmiş və məğlub Ermənistan seçicisi üçün qətiyyən cəlbedici deyil. Fövqəladə hər hansı bir situasiya yaranmazsa, böyük ehtimalla, Ermənistanın yeni Baş naziri olmağa ən real iddiaçılar da elə Paşinyan, Vanetsiyan və Ter-Petrosyan olacaq. O kəslər ki, Azərbaycanla savaşın yox, barışın tərəfdarı kimi çıxış edəcəklər”, - deyə Şükürlü fikrini yekunlaşdırıb.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"