Sedat Pekerin açdığı “Pandora qutusu” Türkiyəni hara aparır? - MARAQLI...
Dunya
Oxunub: 407
16 may 2021 | 22:51
Sedat Pekerin açdığı “Pandora qutusu” Türkiyəni hara aparır? - MARAQLI...


Türkiyədə mafiya lideri kimi tanınan Sedat Pekerin ard-arda yayımladığı videolar Türkiyə cəmiyyətin silkələməyə başlayıb. Müxalifət liderlərinin youtube üzərindən yayımlanan müsahibə və çıxışlarının izlənmə sayı bir qayda olaraq yüz mini keçməddiyi halda, Sedat Pekerin videoları milyonlar tərəfindən izlənir. Ard-arda yayımlanan videoların izləyicilərinin sayında da artım müşahidə olunur. Belə ki, iki həftə əvvəl yayımlanan “Şahsıma Yapılan Kanunsuzlukların Taşeronu mehmet ağar ve pelikancılardır” başlıqlı ilk videonun izlənmə sayı bu sətirlər yazıldığı zaman 2 212 942 olduğu halda, “mehmet ağar ve pelikancıların Gerçek Yüzü (Ödeşmek Adettendir!)” başlıqlı ikinci videonun izlənmə sayı 3 166 891, “Derin Devletçiler, Pelikancılar; Bir Tripoda, Bir Kameraya Yenileceksiniz” başlıqlı üçüncü videonun izlənmə sayı 3 412 216, “Bazıları Aslan Hikayesini Anlatmadan Avcının Hikayesine İnandılar. Görüşeceğiz” başlıqlı iki gün öncə yayımlanan dördüncü videonun izlənmə sayı 4 403 983 idi. Rəqəmlərdən də aydın görünür ki, dördüncü video birinci videodan iki dəfə artıq izlənib. Sedat Pekerin ard-arda yayımladığı videoların şərhinə həsr olunmuş videoların izlənmə sayı da yüz minlərlə ölçülür.

Sedat Pekerin ard-arda yayımladığı videolar iqtidara çox ağır zərbə vurmaqdadır. Doğrudur, Sedat Peker prezident Rəcəb Tayyib Ərdoğanı hədəf almır. Amma Ərdoğanın ailə üzvlərini, ən yaxın kadrlarını hədəf alır. Türkiyə cəmiyyəti Sedat Pekerin yayımladığı videoların və həmin videoalarla bağlı şərhlərinin təsiri altında silkələnir. 2007-2011-ci illərdə Baş nazirin müavini, 2011-2015-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuş Cəmil Çiçək mətbuata verdiyi açıqlamada deyib ki, Pekerin iddialarının mində biri doğrudursa, bu fəlakət deməkdir.
Sedat Pekerin videolarda səsləndirdiyi ifşaedici məlumatların isə böyük qisminin həqiqət olduğuna artıq heç kim şübhə etmir. Çünki, Sedat Pekerin iddiaları əsaslı şəkildə təkzib olunmur. Əksinə, videolarda adları çəkilən şəxslərin açıqlamaları Sedat Pekerin səsləndirdiyi iddiaların həqiqət olması təəssüratını daha da gücləndirir.
Sedat Pekeri mafiya başçısı, cinayətkar kimi təqdim etməklə onun yayımladığı videoların cəmiyyətə təsirini azaltmaq cəhdi isə iqtidarın öz əleyhinə işləyib. Çünki, prezident Rəcəb Tayyib Ərdoğanın Sedat Pekerlə xoş münasibətdə olduğunu təsdiqləyən foto və məlumatlar mövcuddur. Sedat Pekerin açdığı “Pandora qutusu” Rəcəb Tayyib Ərdoğan iqtidarına etimadsızlıq yaratmaqla yanaşı, dövlət institutlarının da ligitimliyinə şübhə salmağa başlayıb. Bu isə Türkiyəni çox qorxulu proseslərin içinə sürükləyə bilər. Müxalifət çıxış yolunu dərhal vaxtından əvvəl seçkilərin keçirilməsində görür. Siyasi müşahidəçilər isə bildirlər ki, Sedat Pekerin səsləndirdiyi iddiaları təsdiqləyən video, audio və fotoların yayılacağı halda Türkiyənin dövlət imici də ağır zədə alacaq.

Sedat Peker ümumillikdə səkkiz video yayımlayacağını vəd edib. Sedat Pekerin yeni videoları səbirsizlikə gözlənildiyi kimi, əvvəlki videolarda səsləndirdiyi fikirlərlə yanaşı müəyyən işarələrə verdiyi mesajlar qızğın müzakirə mövzusudur. Məsələn, İtalyan mənşəli amerikalı yazıçı Mario Puzonun “Aptallar erken ölür” kitabını masa üzərində nümayiş etdirməsi qızğın müzakirə olunan məqamlardandır.
Türkiyə ilə “Bir millət, iki dövlət” olduğumuzdan Sedat Pekerin açdığı “Pandora qutusu”dan bizə də “pay” düşüb.

Xəqani Cəfərli, Politoloq
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı