Ermənistanda pislə ən pis arasında seçim... - Görün Koçaryan nəylə öyündü
Dunya
Oxunub: 444
12 may 2021 | 19:53
Ermənistanda pislə ən pis arasında seçim... - Görün Koçaryan nəylə öyündü


Ermənistanda növbədənkənar parlament seçkilərinə rəsmən start verilib.

Modern.az xəbər verir ki, seçkilər 2021-ci il iyunun 20-nə təyin olunub.

İşğalçı ölkədə növbədənkənar seçkilərə qatılanlardan biri də keçmiş prezidenti Robert Koçaryandır. O dünən, mayın 9-da paytaxt Yerevandakı Azadlıq meydanında ilk mitinqini keçirib.
Robert Koçaryan seçkiyə “Daşnaksutyun” partiyası və “Dirçələn Ermənistan” hərəkatı ilə “Ermənistan” adlanan vahid blokda gedir.

Hazırkı Paşinyan iqtidarının ən qatı müxalifəti hesab olunan Koçaryan və tərəfdarlarının dünənki mitinqində izdiham müşahidə olunmayıb. Ermənistan mətbuatı meydana cəmi 9 minə yaxın müxalifət tərəfdarının toplandığını yazır

Ermənistanın "Fakt" qəzeti yazır ki, mitinqdən əvvəl Koçaryanın mühafizə xidməti eks-prezidentə zirehli jilet geyminməyi məsləhət görüm. Lakin o bundan imtina edərək öz xalqı arasında çıxmaq üçün əlavə təhlükəsizlik tədbirinə və narahatlığa ehtiyac duymadığını deyib.

Koçaryan tərəfdarları qarşısında mitinqə zirehli jilet taxmadan çıxmaqla öyünüb.


Ermənistandakı müstəqil ekspertlət növbədənkənar seçkidə Koçaryanın qalib gəlmək şansının yüksək olmadığını deyirlər. Bununla belə, əsas mübarizə Paşinyan tərəfdarları ilə Koçaryan tərəfdarları arasında gecəcək.

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan hesab edir ki, Koçaryan öz gücünü şişirdərək cəmiyyətə təqdim edir.
Onun fikrincə, Koçaryanın Ermənistan cəmiyyətində nüfuzu hələ ki çox aşağıdır.

Ekspert bildirir ki, hazırda Nikol Paşinyan və onun komandasını Ermənistan cəmiyyətin 30 faizə qədəri dəstəkləyir.

“Bu elə də çox deyil, amma müxalifəti dəstəkləyənlərdən daha çoxdur”.

Riçard Giraqosyana görə, Qarabağda məğlubiyyətlə bitən 44 günlük müharibədən sonra Ermənistanın daxili siyasətində ciddi gərginlik var, ölkə iflic duruma düşüb, əhalinin Paşinyan hakimiyyəti ilə bağlı fikirləri haçalanıb. Amma hətta belə bir durumda da Koçaryanın azad və ədalətli seçkilərlə hakimiyyətə qayıdacağı real görünmür.

Robert Koçaryanın korrupsiyada ittiham olunması, barəsində cinayət işinin açılması onun nüfuzuna ciddi zərbə vurub.

Erməni ekspertlər deyirlər ki, müxalifət liderlərinin seçkiöncəsi birləşməməsi onların şansını daha da azaldır.

Lakin Rusiyanın Koçaryanı dəstəkləməsini işarə edənlər də var və onların fikrincə, bu, eks-prezidentin qələbə qazanmaq şansını xeyli artırır.

Ermənistanın tanınmış QHT sədri Georgi Vanyan bildirir ki, əslində Ermənistan cəmiyyəti seçkilərdə pislə ən pis arasında seçim edəcək.

Onun sözlərinə görə, 44 günlük mahribədəki məğlubiyyət Nikol Paşinyan iqtidarının nüfuzunu çox aşağı salıb, amma eks-prezidentlərə inamsızlıq bundan da çoxdur.

“Adamlar Nikol Paşinyana sadəcə olaraq ona görə səs verəcəklər ki, keçmiş iqtidardakılara nə qədər nifrət etdiklərini göstərsinlər”.

G.Vanyanın fikrincə, qələbəsinə heç Koçaryanın özü də inanmır...

Ermənistan politoloqları seçkilərə keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın “Vətən” partiyası ilə vahid blokda gedən digər eks-prezident Serj Sarkisyanın imkanlarının daha zəif qiymətləndirirlər. Onu Robert Koçaryanla birgə hərəkət etməməkdə günahlandıranlar da var.

“Qraparak” qəzeti yazır ki, “Maariflənmiş Ermənistan” partiyasının sədri Edmon Marukyan və "Erməni milli konqresini"nin rəhbəri, sabiq prezident Levon Ter-Petrosyan üçüncü qüvvənin yeri uğrunda mübarizə aparacaq, yəni keçmiş və indiki hakimiyyəti rədd edən seçicilər üçün çalışacaqlar.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...