CƏLILABADDA QƏBRISTANLIĞI ŞUMLATDIRIB YERINDƏ NOXUD ƏKDIRƏN KIMLƏRDIR?- VİDEO
Dunya / Bolge / Video
Oxunub: 684
23 in 2020 | 11:32
CƏLILABADDA QƏBRISTANLIĞI ŞUMLATDIRIB YERINDƏ NOXUD ƏKDIRƏN KIMLƏRDIR?- VİDEO


Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Əfqan Nağıyevin və qurumun bir neçə yüksək rütbəli əməkdaşının həbsi hələ də müzakirə mövzusudur. Müzakirələr əsasən rüşvət və korrupsiyanın artıq ölkənin sərhədlərini qorumağa mükəlləf olan bir quruma ayaq açması və bunun milli təhlükəsizliyə mümkün təsirləri istiqamətində aparılır.

Qazaxıstanla Azərbaycan arasında gərginliyə səbəb olan “balıqçı olay”ını xatırlayın. Qazaxıstan sərhədçiləri bizim balıqçılardan birini öldürdü. Bu təsadüfi olay deyildi. Azərbaycan Qazaxıstana buna görə nota verdi. Qarşı tərəf də səmimi şəkildə bəyan elədi ki, Azərbaycandan olan balıqçılara sərhədi pozmamaqla bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin onlar bu xəbərdarlıqlara məhəl qoymayıblar. Nəticədə Qazaxıstan sərhədçiləri növbəti belə bir hal baş verəcəyi təqdirdə silahdan istifadə etmək barədə qəbul edib və bu hadisə baş verib. Diqqət edin, Azərbaycan balıqçıları Qazaxıstan sərhəddini pozur. Deməli, həm də Azərbaycan sərhəddini qanunsuz keçir. Buna şərait yaradan isə Dövlət Sərhəd Xidmətidir.

CƏLILABADDA QƏBRISTANLIĞI ŞUMLATDIRIB YERINDƏ NOXUD ƏKDIRƏN KIMLƏRDIR?- VİDEO


Bu günlərdə redaksiyamıza daxil olan məlumatdan aydın olur ki, sərhədçilər öz vətəndaşlarımıza neytral zonada torpaq sahələrindən qanunsuz istifadə etmələrinə şərait yaradırlar. Sözsüz ki, müəyyən təmənna qarşılığında. Həm də bu cür qanunsuz istifadə olunan ərazilərdən əldə olunan gəlirlər təbii ki, vergiyə cəlb olunmur. Cəlb olunan işçi qüvvəsi də qeyri-leqaldır, sosial sığortası da yoxdur.

CƏLILABADDA QƏBRISTANLIĞI ŞUMLATDIRIB YERINDƏ NOXUD ƏKDIRƏN KIMLƏRDIR?- VİDEO


Aldığımız məlumat Cəlilabad rayonunun İranla sərhəd yaxınlığındakı Germi kəndinə aiddir. İlk öncə xatırladılır ki, Cəlilabad rayonunun Bayxanlı sovetliyinin Germi kəndinin sakinləri 1953-cü ildə Stalin, Beriya və Azərbaycan SSR-nin birinci katibi Mircəfər Bağırov tərəfindən hazırki Sabirabad rayonunun Vladimirovka (indiki Nizami ) kəndinə köçürülüblər. Kənddə bəzi tarixi abidələr və əlbəttə ki, köçürülən əhalinin mərhum ata-babalarının uyuduqları məzarlıq qalıb. Mənbə bildirir ki, “dərəni xəlvət görən” yerli məmurlardan biri — Ağayev Lətif Xudaş oğlu Germi kəndinin qəbiristanlığını şumlayıb yerində noxud əkir. Soruşanda da deyir ki, icra başçısının xəbəri var. İnformatorun redaksiyaya təqdim etdiyi fotoşəkillərdən görünür ki, qəbir daşlarının hamısını çıxardıb koma – koma yığıblar sahənin üstünə. Yəqin, əvvəl baş daşlarını daşıyıblar, sonra da yerini şumlayıblar. Şumdan sonra yerdən çıxan sinə daşlarını da bir yerə yığıblar. Şahidlər deyirlər ki, torpaq şumlanan vaxt yerdən kəllə sümükləri çıxırmış.

Bu vandalizm aktını həyata keçirən Lətif Ağayev vaxtilə “Kapitalbank” Cəlilabad filialının müdiri olub. Oradan yol verdiyi korruptiv əməllərinə, kredit fırıldaqlarına görə qovulub, barəsində cinayət işi də açılıb. Sonra necə olubsa, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Cəlilabad filialına direktor vəzifəsinə təyin olunub. Bununla belə, həm də YAP Cəlilabad rayon təşkilatının şura üzvüdür.

CƏLILABADDA QƏBRISTANLIĞI ŞUMLATDIRIB YERINDƏ NOXUD ƏKDIRƏN KIMLƏRDIR?- VİDEO


Hələ 1994-cü ildə 17 nəfərin adına olan torpaq sahələrini (üst-üstə 300 hektar) saxta yolla öz adına keçirib əkdiyinə görə mətbuatda ictimai qınağa tuş gələn Lətif Ağayevin işğalçı siyasətindən ayrı-ayrı vaxtlarda vətəndaşların şikaətləri mətbuata çıxıb. «Kapitalbank”dan rüşvətxorluğu üstündə qovulan Lətifin özünün cəmi 27 hektar torpağı olmasına baxmayaraq, qonşu Adnalı kəndindən Fəzailin də yerini əlindən alıb. Həmin adamlardan çoxu artıq dünyasını dəyişib”.

Ümumiyyətlə, Lətif Ağayevin 500 hektardan artıq torpağı əkdirdiyi, o cümlədən, 10-cu sərhəd zastavasının nəzarət zonasına aid olan Germi kəndinin ərazisindən 80-100 hektar torpaqda taxıl və noxud yetişdirib qazancını “həzm-rabedən” keçirdiyi barədə səhih məlumatlar vardır.



Şübhəsiz, Lətif Ağayevə bu üstün imtiyazı qazandıran cinayət ortaqlarının əhatə dairəsi təkcə sərhədçi zabitlərlə məhdudlanmır. Sığortaçı mülkədarın əsas havadarı əlbəttə ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalovdur.

P.S. Yuxarıda sadalanan faktlarla bağlı Cəlilabad rayon İcra Hakimiyyətinin

Başçısıının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Dilavərov Alıcı Tapdıq oğlu və Başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Həsənova Elnarə Ədalət qızı ilə əlaqə saxlayıb mövqelərini öyrənmək istədik.Hər ikisi əsəi halda «deyilənlər böhtandır, həqiqəti öyrənmək istəyirsinizsə gəlin bura, burada açıqlama verək»deyib telefonu qapatdı.
Deryaz.az


CƏLILABADDA QƏBRISTANLIĞI ŞUMLATDIRIB YERINDƏ NOXUD ƏKDIRƏN KIMLƏRDIR?- VİDEO
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Dünən, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Dünən, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Dünən, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Dünən, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Dünən, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Dünən, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Dünən, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Dünən, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Dünən, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Dünən, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Dünən, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Dünən, 10:10
ADNA terrorundan 15 il ötür
Dünən, 10:04
Daha bir qrup sakin Laçına gedir
Dünən, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Dünən, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
29-04-2024, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
29-04-2024, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
29-04-2024, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
29-04-2024, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
29-04-2024, 13:25
İlham Əliyev fərman imzaladı