Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir... - NARAZILIQ...
Dunya / Bolge
Oxunub: 524
8 in 2020 | 20:44
Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir... - NARAZILIQ...


Kəlbəcər rayon Kilsə kənd sakini məcburi köçkün Atayev Zabil Mansır oğlu Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevdən və onun birinci müavini Namiq Süleymanovdan şikayətçidir.

Pravda.az-a daxil olan şikayətdə deyilir:

“Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuzluğa yol verir.

O, bu hərəkətləri Daşkəsən rayon icra başçısı Əhəd Abıyevin göstərişi ilə edir.

Mayın 27-də yay mövsümününün gəlişi ilə əlaqədar olaraq öz köçümü yaylağa apararkən Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Namiq Süleymanov rayonun giriş postunda bizi qanunsuz olaraq saxlatdırdı. Mən Daşkəsən rayon icra hakimiyyəti tərəfindən 04.05.2020-ci il tarixdə yaylaq ərazisində torpağın icarəyə verilməsi ilə bağlı müqaviləni ona təqdim etdim.

Buna baxmayaraq Namiq Süleymanov mənə dedi ki, sözügedən yaylaq icra başçısı tərəfindən Qaraşov Nofəl Bahadur oğluna məlum qiymətə satılıb. Bu, yuxarının göstərişidir. Sizi buraxa bilmərəm. Hətta, icra başçının müavini məni saatlarla gözlətməli oldu. Köç avtomobilində 7 nəfər azyaşı uşaq olmaqla 14 nəfər səhər saat 6:00-dan saat 16:00-a kimi ac - yalavac qızmar günəşin altında saxlanıldı. Namiq Süleymanov bizə olmazın əziyyətini yaşatdı. Hələ bu azmış kimi həmin vaxt azyaşlı nəvəm Atayev Yusif Nurlan oğlunu avtomobil vuraraq ona ağır bədən xəsarəti yetirdi. Hazırda baş verən yol qəzası ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi qaldırılaraq istintaq aparılır.

Törədilən həmin yol-nəqliyyat hadisəsinin bir başa baiskarı icra başçısının “yaylaq biznes”inə baxan müavini Namiq Süleymanovdur.

Sual edirəm ki, hansı qanunvericilikdə yazılıb ki, icra başçısnın müavini köç maşınlarını saatlarla saxladıb onlara olmazın işgəncəsini versin? Axı bu cür hallar Daşkəsəndə baş verən ilk hal deyil. Bu rayonda özündənrazı, korrupsiyaya qurşanmış icra başçısı Əhəd Abıyevin “mükəmməl idarəetmə”si sayəsində məmur özbaşınalığı ən pik həddə çatıb. Çox hörmətli cənab Prezident, Sizcə, digər rayonlarda olduğu kimi Daşkəsənə də “dur” demənin vaxtı deyilmi? Mən mətubat vasitəsi ilə çox hörmətli Baş Prokuror cənab Kamran Əliyevdən xahiş edirəm, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanovun baş verən cinayət hadisəsi ilə bağlı qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verəsiniz. Həmin günü baş vermiş yol-nəqliyyat hadisəsinin bir başa günahkarı bizi saatlarla orada saxlatdıran Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanovdur”.

Daşkəsən RİH-lə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmayıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib