ABŞ və Rusiya Almaniyada üz-üzə gəlir
Dunya
Oxunub: 949
24 sen 2015 | 08:26
ABŞ Almaniyada Xirosimaya atdığı nüvə silahından 4 dəfə böyük dağıdıcı gücə malik nüvə silahları yerləşdirəcək.
ABŞ və Rusiya Almaniyada üz-üzə gəlir
ABŞ və Rusiya indi də Almaniyada üz-üzə gəlir. Birləşmiş Ştatların Almaniyada Xirosimaya atdığı nüvə silahından 4 dəfə böyük dağıdıcı gücə malik nüvə silahları yerləşdirməsi Rusiyanın etirazına səbəb olub.

ANS PRESS-in məlumatına görə, Dimitri Peskov ABŞ-ın bu niyyətini şərh edərkən bildirib ki, "bu çox ciddi addımdır və Rusiyanın milli təhlükəsizliyinə bir təhdiddir."

"ABŞ-ın Almaniyada 20 yeni nüvə başlığı yerləşdirməsi Avropada gərginliyi artıracaq, həmçinin strateji balansı pozacaq. Rusiya isə öz təhlükəsizliyini qorumaq üçün ABŞ-in bu addımına qarşılıq vermək məcburiətində qartacaq",- deyə Peskov bildirib.

Almaniyanın "ZDF" televiziyası rəsmi Vaşinqtonun Almamiya ərazisində Rusiyaya qarşı Bundesvehr Fligerhorst Büchel (BFB) hərbi bazasında B61 nüvə silahlarını ən yeni başlıqlarla müasir standartlara uyğunlaşdıracaq. Televiziyanın məlumatına görə bu tip nüvə başlıqları Türkiyə ərazisində də yerləşdirilib.
Hərbi mənbələrdən "İnterfaks" agentliyinə verilən məlumata görə, Rusiya artıq ABŞ-ın bu addımına cavab hazırlayır. Məlumata görə, Rusiya Avropada yerləşən şəhəri Kallenqrada İsgəndər-M roket kompleksi yerləşdirəcək.
Son dövürlər Rusiya ilə ABŞ arasında gərginlik daha da artıb. Bu isə həm dünya iqtisadiyyatına, həm də yeni münaqişələrin yaranmasına səbəb olur.

Hər iki ölkə dəfələrlə nüvə müharibəsinin astanasından qayıdıb. Suriyada, İraqda, Əfqanıstanda və Ukraynada üz-üzə gələn iki ölkə dünyada qütbləşmənin yeni dövrünü yaradır. Ötən gün keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) sammiti və Rusiyanın paytaxtı Moskvada Cümə məscidinin açılışı bunu bir daha sübüt edir.

Rusiya öz ətrafına ABŞ-ın və Qərb ölkələrinin siyasətindən narazı olan müsəlman dövlətlərini yığdığı halda, ABŞ-isə Rusiyanın siyasətinə və güclənməsinə qarşı çıxan digər dövlətləri toplayır. Bu isə bir zamanlar Sovet İttifaqı və ABŞ arasında uzun illər davam edən "Soyuq müharibə" dövrünü xatırladır. O dövürdə də ABŞ-ın maraqları Sovet İttifaqının maraqları indi Rusiya ilə harada toqquşurdusa, indidə eyni regionlarda üz-üzədirlər. ABŞ-ın Suriyadakı təsirində narahat olan Rusiya ora silah göndərməklə yanaşı Ukraynda münaqişə ocaqları yaradır. Həmçinin ABŞ-ın etriazlarına baxmayaraq Şimali Koreya, İran, Kuba və ABŞ-ı razı salmayan rejimlərlə geniş iqtisadi əlaqələr qurur.

İndi isə bir-biri ilə bəhs edərək, Avropda dağıdıcı nüvə silahları yerləşdirmək niyyətlərini açıqlayırlar.

İki ölkə arasında yaranan bu inadçi siyasət Azərbaycana da təsirsiz ötüşmür. Çünki Qarabağ münaqişəsi 20 ildən çoxdur ki, bu ölkələrin bir-biri ilə siyasi münaqişə yaşamaları səbəbində həll olunmamış qalır. Minsk qrupunun həmsədri olan ABŞ və Rusiya öz aralarında heç bir məsələni razılaşdıra bilmir. Amma Qarabağ probleminin həllinə səy göstərməyə çalışdıqlarını deyirlər. Hadisələr onların digər regionlarda olduğu kimi Qafqazda da üz-üzə gəldəklərini göstərir.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu