“İcra başçısı, müavini və bələdiyyə sədri ilə birlikdə bizi torpaqsız qoyurlar” - Goranboy sakini Prezidentə müraciət etdi
Dunya / Bolge
Oxunub: 481
5 may 2020 | 21:19
“İcra başçısı, müavini və bələdiyyə sədri ilə birlikdə bizi torpaqsız qoyurlar” - Goranboy sakini Prezidentə müraciət etdi


7NEWS.az xəbər verir ki, son bir neçə ayda Azərbaycanın bir sıra rayon və şəhərlərinin rəhbərləri ilə bağlı ciddi nəzarət həyata keçirilir. Məhz bunun nəticəsində öz vəzifə səlahiyyətlərindən sui istifadə edən 4 icra başçısı, onlarla yüksək vəzifəli məmur həbs olunmuşdur. Görünən odur ki, bəzi məmurlar hələ də baş verənlərdən nəticə çıxarmır, əksinə biraz da irəli gedərək vətəndaşların malını, mülkünü talayırlar. 7NEWS.az saytına Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun müraciəti yuxarıda qeyd etdiklərimizin həqiqət olduğunu bir daha sübut etmiş olur. Müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlu tərəfindən

Şikayət

Yazıb Sizə bildirirəmki, Goranboy Rayon icra başçısı Məhərrəm Quliyev rayonu sizin tövsiyələriniz və göstərişlərinizlə deyil, sələfi olan keçmiş rüşvətxor icra başçısı Nizaməddin Quliyevdən miras aldığı rüşvətxor və yaramaz məmurların təsiri altında idarə edir. İcra başçısı özünə birinci müavin götürdüyü oliqarx məmur Ceyhun Həsənov əhalinin problemlərini həll etməkdənsə, başı asudə örüş sahələrinin qanunsuz olaraq saxta sənədlərlə keçmiş bələdiyyə sədri Məzahir Allahverdiyevin vasitəçiliyi ilə qohum əqrabalarının, dost-tanışlarının mülkiyyətinə keçirərək baha qiymətə kənar şəxslərə satır. Buna görə də kənd əhalisinin və şəxsimin heyvandarlıqla məşğul olmasına imkan verilmir. Mən icra hakimiyyətindən və bələdiyyədən 3 il ərzində dəfələrlə yazılı surətdə torpaq istəsəm də buna heç cür nail ola bilmirəm. Buna görə də məcbur olub 4 hektar sümbülləmiş taxıl sahəmi məcbur olub qoyunlarla otarmışam. Halbuki, yaşadığım ərazidə 100 hektarlarla asudə örüş sahəsi başçının birinci müavini Ceyhun Həsənov və onu dostları və yaxınları tərəfindən əkilir.

Hörmətli Cənab Prezident!

Nəzərinizə çatdırıram ki, heç bir yerdə işləmədən yeddi nəfərlik ailəyə baxıram. Üç az yaşlı uşaq, iki xəstə valideyinim və 1 ci qrup yerimə qabiliyətini itirmiş həyat yoldaşım sırf mənim təsərrüffatımdan gələn qazancıma möhtacdırlar. Gəncə Regional Ədliyyə idarəsinin sədri Kəmaləddin Həsənova və Goranboy icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə Məzahir Allahverdiyev və Qızılhacılı qəsəbəsində kök salmış əhaliyə qan udduran torpaq oliqarxlarının qanunsuz əməlləri barədə məlumat versəm də onlar nəinki, bu barədə ölçü götürmürlər, biraz da irəli gedərək ona himayədarlıq edirlər. Bütün bunlar araşdırıb müəyyən məlumatlı şəxslərdən öyrəndiyimə görə Məzahir Allahverdiyev Bərdədə keçirilən gizli və bələdiyyə torpaqlarının idarə olunması haqqında qanuna zidd olan hərrac müsabiqələr yolu ilə asudə örüş sahələrini zəbt ediblər. Bütün bu yazdıqlarımdan belə bir nəticəyə gəlmişəm ki, mənim qanuni yolla Qızılhacılı bələdiyyəsindən torpaq sahəsi almağım mümkün deyil. Odur ki, mənə məxsus 100 baş qoyunun acından ölməsi labüddür. Dövlətdən heç bir gəlirim olmadığına görə ailəmin də taleyinin qoyunlarınkı kimi olacağı şübhəsizdir. Xahiş edirəm ki, Goranboy Rayonunda baş verən qanunsuzluqları araşdırıb, bu qanun tanımaz başları torpaq alverinə qarışmış məmurlar və icra başçısı haqqında tədbir görəsiz.

İmza: Verdiyev Arzu

Mövzunu davam etdirəcəyik.

Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”