Yalan məlumat verib milyon manatları mənimsəyiblər-DTX Şamaxıdakı məmurları qandallayacaqmı
Dunya / Bolge / Video
Oxunub: 622
30 apr 2020 | 23:54
Yalan məlumat verib milyon manatları mənimsəyiblər-DTX Şamaxıdakı məmurları qandallayacaqmı




“ Biləsuvar rayonunda baş verən olaylara heç də qısa zaman kəsiyində baş verən hadisə kimi baxmaq lazım deyil. Mənə elə gəlir ki, bu prosesə son aylarda, xüsusən bir neçə ay əvvəl Ağstafa, Yevlax, ardınca Neftçalada baş verən hadisələrin məntiqi davamı kimi yanaşmaq lazımdır”.
Bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Biləsuvar rayonunda həyata keçirdiyi əməliyyatı şərh edərkən deyib.
Vitse-spiker bir neçə gün öncə İsmayıllı şəhər İcra nümayəndəsinin DTX tərəfindən həbsinə də diqqət yetirməklə bir neçə məqamı nəzərə çatdırıb:
“Birincisi, DTX-nın atdığı bu addımlar belə bir fikir söyləməyə əsas verir ki, bu gün dövlətimiz çox etibarlı əllərdədir. Harada və hansı təbəqəyə aid olmasından asılı olmayaraq, vəzifəsindən, mənsəbindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, dövlətin yürütdüyü siyasi kursdan yayınanlar, dövlətin irəli sürdüyü təmizlik, vicdanlı, ədalətli münasibətdən kənar addım atanlar, rüşvətə, korrupsiyaya bulaşanlar və digər məqamlarla bağlı atılan addımlarda günahı olan hər bir kəsin cəzası var. Bu artıq bir silsilə formasını alıb. Mənə elə gəlir ki, Biləsuvar rayonunda baş verən hadisə həmin hadisələrin qanunauyuğun davamıdır”.
F.İbrahimli təəssüf hissi ilə qeyd edib ki, bəzi məmurların bundan öncəki hadisələrdən nəticə çıxarmaq əvəzinə bu əməllərini davam etdirmək bir arxayınçılığın əlamətidir:“Güman edirəm ki, bu addımlar respublikada gedən siyasi proseslərin, islahatların, dövlət başçısının bəyan etdiyi təmiz, pak, vicdanlı siyasətin həyata keçirilməsi yolunda çox ciddi siqnallardan biri olacaq. Bir daha qeyd edirəm ki, mövqeyindən asılı olmayaraq qanun qarşısında hər bir şəxs cavabdehdir. Ölkəmizdə ciddi siyasi islahatlar başlanıb və bu istiqamətdə ciddi addımlar atılır. Dövlət qanunlarından, konstitusiyadan kənar fəaliyyət göstərən hər bir şəxsin aqibəti bax, bu cür olacaq. Dövlət başçısının həyata keçirdiyi bu siyasətə uyğun olaraq DTX-nın çevik, ardıcıl, mütəmadi olaraq addımlar atması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir və alqışlanır. Güman edirəm ki, cəmiyyətin sağlamlaşdırılması istiqamətində qudurğan, özünü fövqəlqüvvə hesab edən, ona tapşırılan etimadı doğrultmayan hər bir kəsi bu aqibət gözləyir. Bu bir nəticədir. Bu hadisələrdən hər bir şəxs özü üçün nəticə çıxarmalıdır”.



Azerinfo.az bildirir ki, Dövlət başçısı sərt formada addım atıb, qısa zaman ərzində belə qanunsuz edən şəxsləri cəzalandıra bilər. Amma dövlət başçısının işi təkcə insanları cəzalandırmaq deyil, onları tutduqları səhv yoldan döndərmək üçün vaxt verir. Bu cür insanları tərbiyə etmək istəyir. Ölkə başçısı bu cür mesajlar verməklə cəmiyyətin durulmasına xidmət edən, bu işlərin rəvan formada həyata keçirilməsi istiqamətində addımlar atır. Ataların bir misalı var. “Qananı sözlə, qanmayanı bizlə”. Görünür müəyyən qüvvələr var ki, bu hadisələrdən nəticə çıxarmaq əvəzinə, tutduqları yanlış yoldan dönmək istəmirlər.
Şamaxı rayonundakı korrupsioner çete haqda məlumat vermişdi. Qeyd etmişdik ki, Şamaxı rayonunda yerli Kommunal Təsərrüfat Birliyində “DOST” Mərkəzinin aldadılaraq, saxta yollarla milyonlarla büdcə vəsaitlərinin mənimsənilməsi faktları var.
Birliyin rəhbəri Murad Mahmudov milyon manatlarla büdcəni mənimsəyib.
“DOST” Mərkəzlərinə “haqqı ödənilən ictimai işlərlər”lə bağlı 404 nəfərin işə cəlb edildiyi barədə məlumat verildiyi halda reallıqda işə çıxanların sayı 40-50 nəfərdir.
Həmin yazı dərc olunandan sonra Şamaxı rayon sakinləri olan bir neçə vətəndaş redaksiyamıza zəng vuraraq əməkdaşlarımızın rayona göndərilməsini xahiş etdilər. Onların dəvəti ilə Şamaxıya ezam olunan əməkdaşımız yerlərdə vətəndaşlarla görüşmüş, onların məşğulluq və digər problemləri ilə əlaqədar şikayətlərini dinləmiş, çəkilişlər aparmışdır.

Hazırki məqaləyə qoşma kimi saytda görüntülənən birinci video-materialda vətəndaşlar Vaqif Bürcəliyev və Raqif Ağayev müraciətlərini KİV üzərindən ölkə başçısı cənab İlham Əliyevə ünvanlayıblar. Onlar bildirirlər ki, 14 aydır ki, haqqı ödənilən ictimai işlərdə çalışırlar. Fevral ayında onların məvacibi verilməyib: “Səbəbini soruşanda dedilər ki, guya işə çıxmamışıq, o üzdən maaşımız kəsilib. Halbuki, elə deyil, biz fevral ayında işləmişik, əlimizdə hər gün işə çıxdığımızın sübutu kimi xidmət edəcək video-çəkilişlər də var. Belə halların əsas səbəbkarı yanvar ayında bizim müqavilələr təzələndikdən sonra kommunal təsərrüfat rəhbərliyini ailə biznesinə çevirən direktorun qarşımıza qoyduğu əsassız tələblərdir.

Bir başqa vətəndaş kamera önündə danışır ki, yaxın qohumun vəfatı ilə əlaqədar 7 gün işdə olmayıb. Onu xəbərdarlıq etmədən işdən çıxarıblar. Deyir ki, Prezidentə, vitse-prezidentə elektron formada müraciət edib. Aidiyyati üzrə baxılması üçün ƏƏSMN - ə göndəriblər. Oradan da Şamaxı Məşğulluq Mərkəzinə. Şamaxı Məşğulluq Mərkəzinin rəhbəri olan Ceyhun adlı şəxs nəhayət məktub göndərib vətəndaşı dəvət edib ki, götürüb sənədlərini gəlsin, işə bərpa ediləcək: “ Mən getdim, o məni “yola verdi”, yenə dedi ki, gözləməlisən. Mənim əgər heç bir yerdən gəlirim yoxsa, gəlib mənim borc səbəbindən qazımı, işığımı kəsirlərsə, bu labüd ölüm deyilmi? Artıq borc almaq imkanı da tükənib. Hətta cinayət törədən şəxsi də həbs edəndə onu qida ilə təmin edirlər. Bizim nə boyda təqsirimiz var ki, bu adamlar bizlə nə qədər düşməndilər ki, bizi bir başa aclığa məhkum edirlər? Bunların xalqla düşmənçiliyi nədi, niyə elə eləmək istəyirlər ki, camaat tamamilə narazı olsun ölkə rəhbərliyindən? Artıq dərəcədə xahiş edirəm, Şamaxı məmurları barədə bir tədbir görülsün. Gəlib yoxlanılsın ki, nə işlər gedir bu “DOST” MMC-də”.

Şamaxı rayonunun Quşçu kənd sakini İldırım kişi isə rayon icra hakimiyyəti başçısının Quşçu kənd ərazi vahidi üzrə nümayəndəsi Bəşir Bəhrəmovun hərbi xidmətə yararsız olduğu halda dövlət qulluğunda işə götürülməsini başa düşmədiyini deyir: “Mən uşağım “Şərədil” Plazada qabyuyan işləyirdi. “Neqodnı” olduğunu əsas göstərib ordan işdən azad elədilər. Necə olur - Boşqabyuyanın işi icra nümayəndəsinin işindən belə vacibdimi ki ondan hərbi bilet tələb olunsun, yaxud əksinə, icra nümayəndəsinin vəzifəsi qabyuyandan belə əhəmiyyətsizdirmi ki, ondan hərbi xidmətə yararlılıq tələb olunmasın?”

Həmin kəndin başqa bir sakini həmkəndlisinin sözünə qüvvət verərək deyir: “Dəfələrlə yığışıb getmişik icra başçısı Tahir Məmmədovun yanına ki, bu (Bəşir Bəhrəmov) tuberkulyoz xəstəsidi, necə dövlət qulluğunda işləyir. Əgər işləmək ixtiyarı yoxdusa, demək dövləti aldadıb, ona cinayət işi açılmalıdı. Mənim iki oğlum xüsusi təyinatlı əsgər olublar. Bu gün ikisi də bekardırlar. Günü sabah Ali Baş Komandan əmr versə ki, torpaqlarımız azda olunmalıdı, elə oğullar hansı ruh yüksəkliyi ilə orduya gedəcəklər, əgər Bəşir kimi “neqodnılar” vəzifəyə yerləşdirilirsə?..”

Bu məsələlərlə bağlı Şamaxıdan Prezident Aparatına göndərilən məktublar minlərlədir.
Yaxın zamanlarda DTX Şamaxıda həbs keçirdib yerli məmurları qandallasa təəcüblənən olmayacaq.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”