Baş həkim onkoloji xəstədən rüşvət istəyir - GİLEY
Dunya / Bolge
Oxunub: 560
10 apr 2020 | 23:17
Baş həkim onkoloji xəstədən rüşvət istəyir - GİLEY


Azərbaycan səhiyyəsində elə hadisələr olur ki, adamın qanı donur. Ölkənin səhiyyə sistemi elə bir rüşvət virusuna yoluxub ki, koronavirus onun yanında “toya getməlidir”.

Artıq baş həkimlər, onların müavinləri və sıravi həkimlər müstəntiqə, hakimə, odioz məmurlara çevriliblər. Onlar sanki şəfqət verən, vətəndaşa qayğı göstərənlər yox, işgəncə maşınının vintləridirlər.

Bəzi həkimlərin davranışları onların Hippokrata yox, İudaya (İsa peyğəmbəri satan şagirdi) and içdikləri təəssuratı yaradır. Anaxeber.info-ya gələn vətəndaş məktubunu oxuyanda da bu fikirlərə gəlməmək olmur.

Belə ki, Məmmədova Sevinc Məmməd – Tağı qızı 2019-cu ildən bəri onkoloji xəsətliyi ilə əlaqədar əlillik ala bilmir.
Onun sözlərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkir və Hövsan qəsəbəsindəki 23 saylı poliklinikanın rəhbərliyi bu vəziyyətində onu intihar həddinə çatdırıb.

“2019-cu ilin dekabrından əlilliklə bağlı bütün sənədlərimi toplayıb Hövsan qəsəbəsində 23 sayl poliklinikaya təqdim etmişdim. Məni onkoloq Nərgiz qəbul etdi və süründürməçiliyə başlandı.

Halım olmadığı üçün onkologiyadakı həkimim USM-dən imtina etməyimi təklif etdi. Ancaq qan analizi vermişdim.
Hövsandakı onkoloq Nərgiz isə yenidən USM-dən keçməyimi tələb etdi. Mən də keçdim”, – deyə S.Məmmədova məktubunda qeyd edib.

Onkoloji xəstənin dediyinə görə, bütün cavablar qaydasında olduğu halda, Nərgiz həkim yaşayış yerindən arayış tələb edib: “Halbuki, mən o qəsəbədə doğulmuşam və arayış da gətirdim. Sonra dedi ki, kart yeni açılıb, sizə pensiya düşməz, 6 aydan sonra alınar, gedin, gələn ay baxarıq.

Onun dediyi müddətdən sonra yenidən poliklinikaya getdim. Bu dəfə isə dedi ki, yerlər dolub, qol çəkdirib göndərə bilmərəm. Ondan “məni niyə belə süründürürsünüz?” soruşanda onkoloq Nərgizin cavabı belə oldu:

“Baş həkim Sənan Əliyev məndən pul istəyir. Ona görə sənədlərinizi elektron qaydada göndərə bilmirəm. Uzun mübahisədən sonra onkoloq Nərgiz məni Milli Onkologiya Mərkəzində USM-dən keçməyə sövq etdi. Dedi ki, biz öz USM-in cavabına inanmırıq”.

Göründüyü kimi, bütün bu get – gələ salmağın, işgəncənin, süründürməyin arxasında rüşvət maraqları dayanır.
Baş həkim Sənan Əliyevlə onkoloq Nərgiz xanım ölümlə mübarizə aparan, həyatla çarpışan birinə əlillik vermək üçün rüşvət istəyirlər.

S.Məmmədova məktubunda hadisələrin gedişini belə nəql edir: “Bu o deməkdir ki, poliklinikada savadsız kadrlar işləyir. Doğrudan da həkimin dilindən bu cür sozlerin eşidilməsi qəribədir. Çünki öz həkiminə güvənmir və Onkoloji Mərkəzin müayinəsinə göndərirlər. Nəhayət, MOM-da müayinədən yenidən keçməli oldum.

Sənədləri toplayıb, yenidən Hövsan qəsəbəsindəki poliklinikaya üz tutdum. Sənədlərim martın 7-də TSERAS-a göndərildi, bir ay sonra bizə rəsmi cavab gəldi.

Bildirilirdi ki, natamam doldurma səbəbindən sənədiniz geri qaytarılıb. Baş həkimdən bunu soruşanda dedi ki, bizlik deyil, çalışın “VTEK”-də özünüzə adam tapın, virusla əlaqəli belə şeylər zəruridir”.

Halbuki, virusun onlayn sistemə heç bir dəxli yoxdur. Bu, çox gülünc bir səbəb idi. Əgər deyildiyi kimi olsaydı, bizə başqa cavab verilərdi”.

Şikayətçi qeyd edir ki, onkoloq Nərgiz baş həkim Sənan Əliyevin yanında məni və qızımı nalayiq ifadələrlə təhqir edib: “Bu adam baş həkimdən qətiyyən çəkinmir, saymazlıq edir, qapını çırpıb otaqdan çıxır. Görəsən, belə kimə güvənir?!

Maraqlıdır, baş həkim onkoloqdan nə üçün çəkinir? – mənə sirr qaldı. Ancaq xərçəng xəstəsini bu qədər incitmək, aşağılamaq, süründürmək Allahsızlıqdır. Bütün əsəblərim gərginləşib, özüme cavabdeh deyiləm, intihar səviyyəsinə gəlmişəm…”

Vətəndaşın düşdüyü vəziyyəti oxucular yəqin ki, dərin ağrı ilə qarşıladılar. Amma onunla üzbəüz dayanan baş həkimlə onkoloqun vicdanı zərrə qədər sızıldamayıb.

Nərgiz həkim ən azından ona həmcinsi, bir qadın bir ana kimi baxmalıydı. Amma ölkənin səhiyyə sistemində rüşvət xərçəng kimi elə yayılıb ki, onkoloqları xəstəlikdən əziyyət çəkənlərin taleyi maraqlandırmır.

Hövsandakı 23 saylı poliklinikanın baş həkimi Sənan Əliyevin və onkoloq Nərgiz xanımın gözünü rüşvət virusu elə tutub ki, vətəndaşın ağır durumunu da düşmən kimi qarşılayırlar.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”