Bəs görəsən, icra başçısının vəzifəsi nədir? - Bunu Saatlının şefinə bir anladan lazımdır...
Dunya / Bolge
Oxunub: 803
20 mar 2020 | 19:17
Bəs görəsən, icra başçısının vəzifəsi nədir? - Bunu Saatlının şefinə bir anladan lazımdır...


Saatlı sakini Ülkər Əliyeva özünə iş tapmır, həyat yoldaşı isə xəstəliyə görə əmək fəaliyyəti ilə məşğul ola bilmir. DİA.AZ-ın məlumatına görə, bunu narazı vətəndaşın özü deyir: “Döşəmə o qədər çürüyüb ki, üstündə gəzə bilmirik. Yerə dəmirlər bərkitmişik ki, ayağımız döşəmənin arasına düşüb yaralanmasın. Ev başımıza çökür, ac, susuz, iş yox, çörək yox, necə yaşayaq, bilmirik”. Saatlı sakini Ülkər Əliyeva işsiz və çarəsizdir. O, xanımı olduğu 4 nəfərlik ailənin dolanışığından gileylidir.

Ülkər xanım danışır ki, həyat yoldaşı ruhi xəstədir, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən də ailənin yükü onun çiyinlərinə düşüb. Ancaq Ülkər xanım uzun müddətdir ki, bu yükü bir yerə çıxarmaq üçün özünə münasib bir iş tapa bilmir: “Dəfələrlə Saatlı Rayon İcra Hakimiyyətində, rayondakı Məşğulluq Mərkəzində olmuşam. Konkret deyirlər ki, bizdə iş yoxdur. Bəs vətəndaş necə yaşasın? Vətəndaşı kim düşünsün? Həyat yoldaşımın xəstəliyinə görə aldığı pensiyası heç dərmanlarına çatmır. Valideynlərim aradabir kömək etməsələr, çoxdan acından ölmüşdük. Valideynlərim də pensiyaçıdılar, pensiyalarını ömürlərinin sonunadək bizə xərcləməli deyillər, onların da öz qayğıları var. İkisi də xəstədir, biri ürəyindən, biri şəkərdən əziyyət çəkir, onların bizə çörək verən vaxtı deyil”.

Ülkər xanım hər iki övladının təhsilə həvəs göstərməsindən sevinir, ancaq uşaqların təhsillərini davam etdirməyə maddi imkanlarının olmamasından üzülür: “Oğlumun 19 yaşı var, tələbədir, ancaq imkansızlıqdan dərsləri ilə istədiyi kimi məşğul ola bilmir. Dərs vəsaitlərini ala bilmir, tələbə olaraq başqa maddi tələblərini ödəyə bilmir. Qızımın 17 yaşı var, o da ali məktəbə hazırlaşır. Ancaq ayağında ayaqqabısı da yoxdur. Hazırlaşması üçün lazım olan dərs vəsaitlərini ala bilmirik. Bu uşaqlar qarındolusu yemək yemirlər, əyinlərinə paltar, ayaqlarına ayaqqabı ala bilmirəm, mən bu uşaqları necə oxudum?”

Bəs görəsən, icra başçısının vəzifəsi nədir? - Bunu Saatlının şefinə bir anladan lazımdır...


Daha bir problem ailənin yaşadığı evlə bağlıdır. Ülkər Əliyevanın sözlərinə görə, illər əvvəl qamışdan hörülmüş və taxta dayaqların üstündə dayanan ev başlarına uçur: “Bax, bu qamışın içində yaşayırıq. Çarəsizlikdən illər əvvəl qamışdan otaq hörüb girmişik içinə. Hamam da qamışdan idi, dağılıb. Döşəmənin dağılan hissələrini dəmir, taxta parçalarıyla bağlamışıq ki, ayağımız içinə düşməsin. 21-ci əsrdə neft ölkəsinin vətəndaşları qamışın içində yaşayır. Vəziyyət budur. Hökumətdən kömək, iş istəyirik, dolanışıq istəyirik, işimiz, maaşımız olsun ki, dolanışığımızı təmin edək, uşaqlarımızı oxudaq, evimizi abad eləyək, dava-dərmanımızı ala bilək”.

Saatlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumun ailəyə yardım etmək kimi nə vəzifəsi, nə də imkanı yoxdur: “Ülkər Əliyeva iş üçün Məşğulluq Mərkəzinə, hər hansı şəkildə sosial yardımın göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir. “DOST” İş Mərkəzi var, özünəməşğulluq proqramı var, xanım müraciət etsin, yəqin ki, uyğun iş təklif olunar”.
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA