Həbs olunan icra başçısının müavini barədə ilginc məlumatlar – YAP RT-nın sədridir
Dunya / Hadise
Oxunub: 552
19 dek 2019 | 16:18
Həbs olunan icra başçısının müavini barədə ilginc məlumatlar – YAP RT-nın sədridir


Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs olunub. Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi bildirilir.

İcra başçısı və birinci müavininin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik bu barədə rəsmi açıqlama yoxdur.

BakuPost xəbər verir ki, Ağstafa rayon İcra Hakimiyyəti başçısının həbs olunan birinci müavini Ramiz Tatarov həm də hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının sədridir.

O, YAP-ın Ağstafa rayon təşkilatının VII konfransında sədr seçilib.

Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahından - mətbuat xidmətindən fakta münasibət bildirilməyib.

Ramiz Cahangir oğlu Tatarov 1957-ci ilin dekabr ayının 19-da Qazax rayonunun Aşağı Göycəli kəndində anadan olub.

1974-cü ildə o vaxtkı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakultəsinə daxil olub, 1979-cu ildə həmin fakultəni bitirib. Əmək fəaliyyətinə 1980-ci ilin aprelində Qazax rayon Ağamalıoğlu adına sovxozda normalaşdırıcı vəzifəsi ilə başlayan R.Tatarov həmin ilin dekabr ayında sovxozun mühasib müavini təyin olunub.

1989-cu ilin may ayından oktyabr ayınadək sovxozun baş iqtisadçısı, oktyabr ayından həmin sovxoza direktor təyin olunub. 1991-ci ilin iyun ayından 1995-ci ilin may ayınadək Ağstafa rayonunun M.Allahverdiyev adına sovxozunda direktor vəzifəsində işləyib. 1995-ci ilin may ayından 1998-ci ilin dekabr ayınadək Ağstafa Rayon Aqrar Sənaye Kombinatının baş direktoru, 1998-ci ilin dekabr ayından hal hazıradək Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyir.

1993-cü ilin mart ayında Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan R.Tatarov 1999-cu ilin sentyabr ayından YAP Ağstafa rayon təşkilatının sədridir.

“Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalına layiq görülüb. Evlidir, dörd övladı var.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu