Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...
Dunya / Bolge
Oxunub: 2 036
17 sen 2019 | 22:21
Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...

Balakən rayon bazarında antisanitariya baş alıb gedir. Dəfələrlə bu barədə mediada və sosial şəbəkələrdə məlumatlar yayılsa da, nə Kənd Təsərrüfatı Nazirliyi, nə də Qida təhlükəsizliyi agentliyi bu məsələ ilə bağlı heç bir tədbir görmürlər. Rayonun mərkəzi bazarının bərbad vəziyyəti bu abadlığa, bu gözəlliyə əməlli-başlı xələl gətirir. Bazarda səliqəsizlikdir, antisanitariya, natəmizlik baş alıb gedir. Kənd təsərrüfatı məhsulları, sənaye malları ayaq altda, tozun-torpağın içində satılır. Bazarın köşklərinin əksəri kinolentlərdə gördüyümüz Asiya və Afrikanın geridə qalmış ölkələrindəki bazarların görkəmini yada salır. Ancaq iki yerdə – girəcək hissədə bir neçə su kranı qoyulmuşdur. Böyük əraziyə malik olan ticarət şəbəkəsinin digər yerlərində isə su kranına rast gəlmək olmur. Buraya gələn küçə asfaltlanmadığından yayda toz-torpaq, qışda palçıq dizə çıxır. Bazarın daxilindəki əksər ərazi də bu gündədir.
Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, Nəsib Məhəməliyevin, 2000-2006-cı illərdə Balakən rayonunda icra hakimiyyətinin başçısı vəzifəsində işlədiyi müddətdə, 1984-cü ildə tikilmiş, Balakən rayon icra hakimiyyətinin balansında olan mərkəzi bazarı Azərbaycan respublikasının dövlət əmlakının idarəedilməsi üzrə dövlət komitəsinin sədr müavini Rafiq Cəlilovla iş birliyi quraraq, dövlətə külli miqdarda gəlir gətirən bazarı öz şəxsi maraqları naminə, 1552, 24(yəni min beş yüz əlli iki manat iyirmi dörd qəpiyə) almışdır”. Bu məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda göstərilir ki, Balakən şəhəri S. Gözəlov küçəsi 43-də yerləşən, Balakən bazarı qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 8430, 8 m sərbəst sahəsi 350 m olmaqla ümumi torpaq sahəsi 8780, 8 m təşkil edir. 16. 06. 2006-cı il tarixli 135 saylı müqaviləyə əsasən, Azərbaycan Respublikasının dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsi satıcı kimi, alıcı kimi isə Nəsib Məhəməliyevin qaynanası Əhmədova Mina Həybullah qızı göstərilib. Məktub müəllifləri bazarla bağlı daha sonra yazır: “Görəsən ələ keçirilən bazarın pul yığınının idarə olunması hansı qayda ilə aparılıb və aparılmaqdadır? Bazarda təqribən 1000-nəfərə qədər adam yer götürərək xırda sahibkarlıqla məşğul olurlar. Bazarın təməli 1984-cü ildə qoyulduğundan, burada işləyən adamların xeyli hissəsi həmin illərdən işləyənlərdir. Bazarın rəsmi sahibi olan Mina Əhmədova bazarda çalışan, təqribən 1000 nəfərdən hər gün 2 manatdan yer pulu yığır. Digər tərəfdən də hər bir kəsdən tutduğu yerə uyğun olaraq, ayda bir dəfə 30 manatdan başlayaraq daha böyük məbləğlərdə pul yığır. Bütün bunlar hər bir kəs üçün aylıq ödəməli olduğu məbləğlərdir.
Belə gedişlə Mina xanımın (N. Məhəməliyevin) aylıq gəliri kəllə-çarxa çıxır. Külli miqdarda gəlir gətirən qazanc yerini heç Nəsib Məhəməliyev əldən buraxarmı? Dövlət vergi əməkdaşlarının nə həddi var ki, Balakən ASC-ilə bazarda çalışan sahibkarlar arasında əmək müqaviləsinin olub-olmamasını yoxlasınlar? 2006-cı ildən Balakən bazarından əldə edilən xeyli maliyyə vəsaitləri qeyri-qanuni yollarla Nəsib Məhəməliyevin şəxsi hesablarına yatırılır. Balakən bazarında baş verənlərə həddi çatıb etiraz edən şəxs tapmaq olmaz. Buna heç kəsin cürəti çatmaz. Yaşı 60-dan yuxarı olan Mina Əhmədova və yeznəsi Nəsib Məhəməliyevin göstərişi ilə səni elə döydürərlər ki, xəstəxanalıq olarsan.
Ərazidən çəkilmiş fotoları sizlərə təqdim edirik.Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...Deputatın Balakəndə bazarı var imiş... - O da natəmiz...
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı