Tovuz şefinin qardaşı Cahan Məmmədovun gizli korrupsiyası - Əhmədzadə işi...
Dunya / Bolge
Oxunub: 918
20 iy 2019 | 16:17
Tovuz şefinin qardaşı Cahan Məmmədovun gizli korrupsiyası - Əhmədzadə işi...

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin gizli əli aparat rəhbəri Cahan Məmmədov imiş

Cahan.info-nun verdiyi məlumata görə, C.Məmmədov maliyyə maxinasiyaları üzrə baş ideoloq hesab edilir.

Bu məlumatı yayan milliyol.az yazır ki, qurumda korrupsiyanın idarə olunmasında əsas "kuratorlardan" biri olaraq tanınır.

Cahan Məmmədov qurumda əsasən Qərb rayonlarından olan idarə müdirlərinə himayədarlıq edir. Bu rayonlar isə Tovuz, Qazax, Ağstafa, Şəmkir, Göygöl, Samux və digər rayonlar olduğu bildiriilir.

O, ASC-nin Qərb regionu üzrə “xaç atası” olmaqla yanaşı, həmçinin geniş əlaqələrə sahib biri kimi tanınır.

Cahan Məmmədovun xaricdə biznesi olduğu vurğulanır. Tovuzun icra başçısı Məmməd Məmmədov Cahan Məmmədovun qardaşıdır.

Amma aparat rəhbəri Əhmədzadə ilə birgə dövlətin milyonlarını necə talamağın yollarını yaxşı bildiyi üçün adı mediada az hallanıb.

C.Məmmədov Tovuzda da böyük biznes imkanlarına malikdir. Qərb zonasının idarə rəisləri onunla hesablaşmalı olurlar.

Suvarma Sistemləri idarələrində, Mexaniki Suvarma idarələrində, hidroqovşaqlarda böyük pullar mənimsənilir. Bu işlərə nəzarət C.Məmmədovun ixtiyarındadır.

2007 ci ildən bu yana meliorasiya və su təsərrüfatı sahəsində çalışanlar hər il iyunun 5-ni peşə bayramları kimi keçirməyə başlayıblar.

Bu bayramda olkə başçısı hər il bu sahədə fərqlənənlərin bir sıra medal və fəxri adlarla mükafatlandırması az qala adət halını almışdı.

Amma bu il meliorasiya və su təsərrüfatı işçilərinin peşəı bayramları ürəkaçan olmayıb. Belə ki, Prezident İlham Əliyev hər olduğu kimi bu il Meliorasiya və su təsərrüfatı sahəsində çalışanlara heç bir mükafat vermədi.

Bu da artıq Əhməd Əhmədzadənin meliorasiya sahəsində gördüyü işlərin cənab Prezidentin heç də ürəyincə olmadığından xəbər verir.

Məlum olduğu kimi hər il bu sahənin inkişaf etdirilməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Bundan əlavə sözügedən quruma hər il Prezidentin ehtiyyat fondundan da milyonlarla vəsait ayrılır.

Lakin ayrılmış bu qədər vəsaitlərin müqabilində meliorasiya sahəsində görülmüş işlərin heç də ürəkaçan olmadığından xəbər verir.

Çünki yerlərdə bu gün də əhalı suvarma suyunun olmadığından əziyyət çəkir, su çatışmamazlığı ucbatından bol məhsul əldə edə bilmədiklərindən insanların böyük əksəriyyəti narazılıq edir.

Bunlardan əlavə son dövrlərdə sözügedən quruma tabeli ayrı ayrı idarələrdə dövlət vəsaitlərinin mənimsənilməsi hallarına yol verilməsi barədə də məlumatlar yayılmaqdadır.

Odur ki, Prezident İlham Əliyev nəhayət Əhməd Əhmədzadənin meliorasiya sahəsindəki inkişafla bağlı hesabatlarının yalanlardan başqa bir şey olmadığını gördü.

Bu isə Əhməd Əhmədzadənin tezliklə tutduğu vəzifə ilə vidalaşacığına işarədən başqa bir şey deyil.

Son dövrlər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə və oğlunun xarıci olkələrdə olan, dəyəri milyonlarla ölçülən var dövləti barədə yayılan məlumatlar da buna səbəb ola bilər.

Əhməd Əhmədzadə sözügedən cəmiyyətə 1993-cü ildən rəhbərlik edir və bu müddət ərzində kifayət qədər böyük bir kapital sahibinə çevrilib.

Qeyd edək ki, bu gün “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rayonlarda fəaliyyət göstərən idarə və müəsissə müdirləri milyonçuya çevriliblər.

Əlbəttə ki, milyonçuya çevrilən bu idarə müdirləri dövlət büdcəsindən oğurladıqları pullar hesabına kiçik oliqarxlara çevriliblər.

Dövlət büdcəsininin pullarını oğurlayan bütün idarə müdirlərinin “Meliorasiya və Su Təsərrüfatı” ASC-də ciddi havadarları mövcuddur.
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...