Vərəm xəstəsindən pensiyaya çıxmaq üçün 1000 manat rüşvət istənilir - Video
Dunya / Bolge / Video
Oxunub: 1 065
11 iy 2019 | 20:30
Vərəm xəstəsindən pensiyaya çıxmaq üçün 1000 manat rüşvət istənilir - Video














“Mən Mehriban xanımdan xahiş edirəm ki, 1000 manat köməklik eləsin, Füzulidə İkram həkimə verim, pensiyamı düzəltsin. Çünki başqa çarəm qalmayıb.

Özüm it damında yaşayıram, vərəm xəstəsiyəm, ayda 60 manat qaçqın kimi çörək pulu alıram, yoldaşım dəmir yığıb satır ki, evi dolandırsın.

Bizdə 1000 manat haradan olsun ki, İkram həkimə verək, pensiya təyin eləsin?! Xahiş edirəm ki, ölkə rəhbərliyi səsimə səs versin”.Bu sözləri Sensasiya TV-yə video müraciətində Füzulidən köçkün olan Mirələm Dərgahov bildirib.

Onun sözlərinə görə, vərəm xəstəsi kimi Buzovnada dispanserdə yatıb, Füzulidən dərman alır, hazırda Sumqayıtda zavodun həyətində məskunlaşıb.

M.Dərgahov xəstəliyinə görə işləyə bilmir: “Pensiya üçün Füzulidə İkram həkim məndən rüşvət istəyir.

Dövlət mənə 60 manat çörək pulu verir. Yoldaşım dəmir yığır, bu pulla dolanırıq. Ev-eşiyim yox, bu gündə yaşayıram.

Amma Füzuli xəstəxanasında məndən 1000 manat istənilir. Qoy dövlət mənə kömək eləsin, pulu İkram həkimə verim, məni pensiyaya çıxarsın”.

Son illər pensiya və sosial müavinətlərin verilməsində şəffalaşdırılması ilə bağlı kifayət qədər işlər görülüb.

Bürokratik əngəllərin eləcə də, rüşvət hallarının qarşısını almaq üçün Əmək və Əhlinin Sosial Müdafiəsi nazirliyi tərəfindən elektron xidmətlər təklif edilir.

Əlbəttə ki, bütün bünlar ölkə başçısı prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə həyata keçirilir. Amma görünən odur ki, “mərkəzdən qaçma” ənənəsi hələ də davam edir.

Son vaxtlar yüzlərlə insana saxta əlillik və pensiya verilməsi ilə hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin başlanması ilə bağlı açıqlamalar yayılır.

Bu isə o deməkdir ki, yerlərdə həqiqətən də problemlər qalmaqdadır. Belə olan halda da, əlil, pensiya təminatı olan şəxslər bu liqotdan kənar qalır.

Tibbi-Sosial Ekspert Komissiya sədrləri istədiyi insana, istədiyi rəyi yaza bilir və bu sorğu-sualsız qalır.

Nəticədə nazirliyin işinə, eləcə də ölkə rəhbərliyinə qarşı etirazlar yaranır. Son belə halda isə Füzuli rayon Tibbi-Sosial Ekspert Komissiyasının adı hallanır.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...