Biləsuvar icra hakimiyyətinə İTTİHAM - şəhid abidəsinin lövhəsini doğratdırıb
Dunya / Bolge
Oxunub: 960
3 in 2019 | 20:49
Biləsuvar icra hakimiyyətinə İTTİHAM - şəhid abidəsinin lövhəsini doğratdırıb














Biləsuvar rayon icra hakimiyyəti məni şəhidin abidəsini dağıtmaqla hədələyir.

Bunu anews.az-a şikayətində şəhid gizir Pərvin Əliyevin xanımı Zülfiyyə Əliyeva bildirir.

"Həyat yoldaşım Əliyev Pərvin Səlahəddin oğlu 15 mart 1980-ci ildə Biləvusar rayonu Nərimankənd kəndində anadan olub. 16 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Həmin döyüşdə 40 erməni məhv edilib. Döyüşdə Pərvinlə birlikdə Nərimankənd 3 şəhid verdi (Pərvin Əliyev, Anar Qarazadə, Rahil Hüseynov, red.). Həmin ağır döyüşdə Pərvin aprel şəhidləri olan Pəncəli Teymurov, Mühüd Orucov və Milli Qəhrəmanlarımız Samid İmanov, Murad Mirzəyev ilə çiyin-çiyinə döyüşüb. Allah hər birinə rəhmət eləsin”, – deyə Əliyeva bildirir.

Biləsuvar icra hakimiyyətinə İTTİHAM - şəhid abidəsinin lövhəsini doğratdırıb







Xanım qeyd edir ki, yoldaşım 5 ildi şəhid olub amma bu illər ərzində Biləsuvar rayonunun rəhbər şəxsləri bir dəfə də olsun bizimlə maraqlanmayıb. Əvəzində başımıza açmadıları oyun qalmayıb. "Həmişə susmağa üstünlük vermişəm. İstəməmişəm kimsə desin ki, şəhid ailəsi adından istifadə edir. Amma son etdikləri məni susmamağa məcbur etdi. Öncə bu 5 ildə Biləvuvarın icra hakimiyyətinin və digər qurumlarının mənə yaşatdılarını sadalayım. Mən uşaqlarımla Sumqayıtda yaşayıram. Biləsuvarda Pərvinin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayon icra hakimiyyətindən Nərimankənd kəndində torpaq sahəsi istədim. Həmin torpaq sahəsində Pərvinin ev muzeyini yaratmağı düşünürdüm. İcra başçısı Mahir Quliyev mənə 10 sot torpaq sahəsini verməyi göstəriş verdi və Şirin Yolçuyev adına Nərimankənd kənd orta məktəbinin həyətində 10 sot torpaq sahəsi verildi. Mən həmin verilən ərazini hasara aldım. Amma məktəbin direktoru Faiq Cəfərov onu iki dəfə dağıtdırdı. Çünki direktor məktəbin mənə verilən və boş olan ərazisində yonca, arpa, pambıq əkərək kənd təsərrüfatı ilə məşğul olur. Mən növbəti dəfə icra başçısı Mahir Quliyevin qəbulunda olandan sonra mənə Nərimankənd kəndində zibillik olan yerdən 10 sot torpaq verildi. Bu günə kimi həmin torpağa sənəd ala bilmirəm. Hətta Əmlak Komitəsində oldum. Yusif adlı (soyadını bilmir, red.) komitə rəsmisi bildirdi ki, get pulunu ver torpağının sənədini al. Kəndin bələdiyyəsindən isə həmin sənədin düzəlməsi üçün 500 manat istədilər”, deyə Zülfiyyə Əliyeva vurğuladı.

Biləsuvar icra hakimiyyətinə İTTİHAM - şəhid abidəsinin lövhəsini doğratdırıb











Xanımın sözlərinə görə, şəhid ailəsinə vurulan növbəti zərbə şəhid Pərvin Əliyevin xatirəsini əbədiləşdirmək üçün ailə tərəfindən qoyulan abidə ilə bağlı olub. Pərvinin döyüş yoldaşlarının və ailənin vəsaiti hesabına ərsəyə gətirilən abidənin üzünün yazısını icra hakimiyyəti doğratdırıb. "Biz abidənin üstünə "Ailəsi və Xüsusi Təyinatlı Qüvvələrdə olan döyüş Yoldaşlarından Şəhidin əziz xatirəsinə” yazdırmışdıq. Biləsuvar Rayon İcra Hakimiyyəti həmin yazı olan lövhəni kəsib "Şəhidin əziz xatirəsinə” olan hissəsini saxlamışdı. Kəsilən hissəsini zibilliyə atmışdılar. Həmin kəsilən hissəni zibillikdən tapıb gətirib evdə saxlayıram” – deyə xanım vurğulayır.

2019-cu il martın 15-də isə Zülfiyyə Əliyeva şəhid yoldaşının döyüş yoldaşları və yaxınları ilə birlikdə Pərvinin xatirəsinə tədbir təşkil etməyi planlaşdırıb və bununla bağlı Biləsuvar RİH-ə müraciət edib. Bu işlə icra hakimiyyətinin Ləman adlı əməkdaşı ilə görüşüb. Ləman xanım ondan tədbirə gələnlərin siyahısını istəyərək həmin siyahını Prezident Aparatına təqdim edəcəyini deyib. Gələnlərin konkret kim olduğunu bilmədiyim üçün xanım siyahını verə bilməyib. Lakin icra hakimiyyəti rəsmisi bəlkə gələnlərdən kimsə təxribat törədəcək kimi bəhanə gətirirək tədbiri 28 martda keçirməyi məsləhət görüb. Martın 27-də isə Zülfiyyə Əliyevaya prezidentin Biləsuvara səfərinin gözlənildiyini bildirərək tədbiri başqa vaxta keçirməyini xahiş ediblər. "Mən digər bir yerdə keçirəcəyimi dedim. Ləman xanım dedi ki, əgər siz icazəsiz hardasa tədbir keçirsəniz polislə dağıdacayıq. Beləliklə bizi şəhidimizin xatirəsinə tədbir keçirməyə imkan vermədilər. Hətta Ləman xanım deyir ki, əgər tədbir keçirilsə əklili özünüz alın. Bu azmış kimi tədbirin süjet xətti ilə tanış olandan sonra kinayə ilə deyir ki, heç Milli Qəhrəmana belə tədbir keçirmir. Sonda Ləman xanım məni sosial hesabında bloka atdı və tədbirin keçirilməsinə Biləsuvar Rayon İcra Hakimiyyəti imkan vermədi. Bundan sonra Biləsuvarın deputatı Xanhüseyn Kazımlının qəbuluna getdim. Köməkçi qəbul edəcəyini desə də, bir saat gözlədəndən sonra get başqa vaxt gələrsən söylədi. İndi deputatın başqa işi var. Buda Xanhüseyn Kazımlının şəhid ailəsinə olan hörmətinin göstəricisidir” - deyə xanım əlavə edir.

Biləsuvar icra hakimiyyətinə İTTİHAM - şəhid abidəsinin lövhəsini doğratdırıb











Şəhidin həyat yoldaşının problemi ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bizi İctimai-siyasi və humanitar məsələlər şöbəsinə (Ləman Cəbrayıl qızı Yüzbaşovaya) yönləndirdilər. Lakin həmin şöbədən dəfələrlə edilən zəngimizə cavab verən olmadı. Qarşı tərəfin fikirini verməyə hazırıq.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı