Məhərrəm Quliyevin yeyintisi aşkarlandı.. - RƏSMİ
Dunya / Bolge
Oxunub: 1 224
13 apr 2019 | 20:00
Məhərrəm Quliyevin yeyintisi aşkarlandı.. - RƏSMİ















Ağstafa RİH görülməyən işə görə podratçı şirkətə 27 min manat ödəyib.

ONA-nın məlumatına görə, audit 2014-2017-ci illər və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə Ağstafa Rayon İcra Hakimiyyətinin sifarişinə əsasən, Ağstafa rayon Mədəniyyət Evinin əsaslı təmiri üzrə 2018-ci ilin dekabr ayının 3-dən 15-dək aparılıb.

Ağstafa rayon Mədəniyyət Evinin əsaslı təmiri obyektinin layihə-smeta sənədləri şirkət tərəfindən hazırlanıb və Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin 2014-cü ilin sentyabr ayı üzrə artım əmsalı 28,53 olmaqla, ehtimal olunan müqavilə dəyəri 650,1 min manat təyin edilib. Agentliyin müvafiq razılıq məktubu əsasında 650 min manat məbləğdə podratçı ilə birbaşa (bir mənbədən) satınalma müqaviləsi bağlanıb, 650 min manat məbləğində işlərin yerinə yetirilməsi “İşlərin qəbulu haqqında Akt” lar ilə rəsmiləşdirilmiş və vəsait ödənilib. Obyektin tikintisi 2014-cü ilin oktyabr ayında başa çatmış və 2017-ci il 23 iyun tarixində qəbul komissiyasının müvafiq Aktı ilə istismara qəbul edilib.

Obyekt üzrə avadanlıqların dəyəri ƏDV-siz 177 min 600 manat məbləğində hesablanıb, faktiki 121 min 315 manat dəyərində avadanlıq quraşdırılıb. Avadanlıqlar üzrə yaranmış 56 min 285 manat fərq birbaşa podrat işlərinə aid edilərək xərc edilib. Yerinə yetirilməyən işlərin 2014-cü ilin oktyabr ayında tərtib edilmiş “İşlərin qəbulu haqqında Akt”a daxil edilərək podratçıya 27 min 298,4 manat məbləğində artıq vəsait ödənilməsinə yol verilib.

Bununla yanaşı, smeta sənədlərində nəzərdə tutulmuş və “İşlərin qəbulu haqqında Akt”lara bir sətirlə daxil edilmiş “müvəqqəti bina və qurğular”a görə 5 min 448,6 manat və “nəzərdə tutulmayan işlər və xərclər”ə görə 10842,13 manat, cəmi (ƏDV-siz) 16 min 290,73 manat vəsait podratçı təşkilata ödənilib. Həmçinin, bağlanmış müqavilənin 18.1-ci bəndinin şərtlərinə əməl edilmədən, keyfiyyət zəmanəti kimi saxlanılmalı 32,5 min manat məbləğində son ödəniş texniki təminat müddəti başa çatmadan icraçıya ödənilib.

Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin NÜMUNƏSİ"nin tələblərinə əməl olunmayaraq, podratçı təşkilatdan müqavilənin yerinə yetirilməsi təminatı tələb edilmədən, 650 min manat məbləğində satınalma müqaviləsi bağlanıb.

Satınalmalar keçirilərkən “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə tam riayət olunmayıb. Qanunun tələblərinə uyğun olaraq malgöndərənlərin (podratçıların) ixtisasına dair, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması və Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında iddiaçı (podratçı) təşkilatdan qeyd olunan arayışlar və digər təsdiqedici sənədlər tələb edilmədən ehtimal olunan dəyəri 650 min manat olan obyektin satınalması keçirilib.

Xatırladaq ki, bütün bu iddiaların aid olduğu dövr haırda Goranboy rayonuna rəhbərlik edən Ağstafanın sabiq icra başçısı Məhərrəm Quliyevin dövrünə şamil olunur.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR