Şəhid adından alver etmək günahdı
Dunya / Bolge
Oxunub: 881
5 apr 2019 | 14:56
Şəhid adından alver etmək günahdı














Bir sıra saytlarda guya Masallı rayonunda aprel şəhidinin ailəsinə qarşı haqsızlıq edilməsi ilə bağlı məlumat yayılıb. Aprel döyüşlərinin ildönümü ərəfəsində - ordumuzun bu rəşadətli zəfəri qeyd edildiyi, Aprel şəhidlərinin ailələrinə böyük diqqət və qayğının göstərildiyi bir vaxtda, bəzi saytlarda belə bir məlumatın yayılması təəccüb doğurdu.
Yayılan məlumatın “çiy” olduğu, qeyri-peşəkar hazırlandığı diqqəti dərhal cəlb edir. Hiss olunur ki, hansısa qüvvələr Aprel döyüşlərinin ildönümü ərəfəsində qarışıqlıq yaratmağa, şəhid ailələrinə göstərilən diqqət və qayğıya kölgə salmağa cəhd göstərirlər. Məsələ ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, Aprel döyüşlərində Masallının iki oğlu şəhid olub. Güllütəpə kəndindən Firdovsi Bağırzadə və Viləş kəndindən Nurlan Əsgərli.
Hər iki şəhidin dəfn xərcləri bütünlüklə Masallı rayon İcra Hakimiyyəti tərəfindən qarşılanıb. Şəhidlərin ailələri daim diqqət mərkəzində saxlanılıb. Hər il Aprel döyüşlərinin ildönümü ərəfəsində şəhidlərin məzarı ziyarət edilib, oxuduqları məktəbdə tədbir keçirilib, xatirələri anılıb. Hər iki kəndin mərkəzi küçələrinə şəhidlərin adı verilib, xatirə lövhəsi vurulub. Şəhidlərin ailələri də daim diqqətlə əhatə olunublar. Firdovsi Bağırzadənin anası və bacısı yarasız evdə yaşadıqları üçün, icra hakimiyyətinin təşəbbüsü, xeyriyyəçi insanların maliyyə dəstəyi ilə ailəyə ev tikilib. Bağırzadənin nişanlı olan bacısının toy xərcləri də rayon rəhbərliyi tərəfindən qarşılanıb.
Elə Viləş kəndinin şəhidi Nurlan Əsgərlinin də qardaşının - “narazılıq” edən Ziba Əsgərovanın digər oğlunun ötən il keçirilən toy mərasimində rayon rəhbərliyi kollektiv surətdə iştirak edib. Üstəlik, Ziba xanımın xahişi nəzərə alınaraq, Viləş kəndinin tut bağı heç bir vergi ödənilməmək şərti ilə ona icarəyə verilib.
Ancaq hansısa qüvvələr Firdovsi Bağırzadənin ailəsinə ev tikilməsini önə çəkərək, Nurlan Əsgərlinin də anasını “icra hakimiyyətinə de, qoy Bakıda sənə ev alsınlar” tələbi ilə danışdırmaq, həm şəhid adından alverin göstəricisi, həm də ölkə rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya kölgə salmağın təzahürüdür.
Şəhid anasını öz təxribatların alət etmək, onu öyrədərək icra hakimiyyətinin səlahiyyətləri daxilində olmayan tələblər irəli sürməyə vadar etmək, bir rayon rəhbərliyinə yox, ölkə rəhbərliyinin gördüyü işlərə qarşı aparılan kampaniya hesab olunmalıdır.
Bu təxribatı həyata keçirənlər o qədər bəsit böhtana əl atıblar ki... Nəticədə özlərini gülünc yerinə qoyublar.
Məsələn, şəhid anasının adından yazırlar ki, guya şəhidin ildönümü mərasimində Rayon İcra Hakimiyyəti Damlanın konsertini təşkil edib və konsertin də səsi kəndə gəlib.
Azərbaycanda Aprel döyüşlərinin ildönümü matəm günü kimi yox, zəfər günü kimi qeyd olunur. Viləş kəndi ilə Masallı rayonunun mərkəzi arasında isə 10 km məsafə var. Bu məsafədən “konsert səsini eşidənlər”, şəhid anasının adından istifadə edənlər hansı təxribata yol verdiklərinin fərqindədirlər? Üstəlik, Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda heç bir konsert təşkil olunmayıb. Yalnız Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 2018-ci ilin aprelin 5-də rayonda prezident seçkiləri ilə bağlı konsert təşkil edilib ki, belə tədbirlər də bütün ölkə boyu keçirilib.

Bəzi qüvvələr tərəfindən belə bir təxribatın məhz Aprel döyüşləri ərəfəsində yayılması haqlı sual doğurur: Deməli, kimlərsə Aprel döyüşlərində qazanılan zəfəri qəbul etmirlər. Deməli, kimlərsə ölkə rəhbərliyin şəhidlərimizin ailə üzvlərinə, döyüşlərdə yaralanan qazilərə, ümumiyyətlə, Qarabağ müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğını həzm edə bilmirlər. Amma təəssüf doğuran məqam həm də odur ki, bir sıra saytlar da bilərəkdən və ya bilməyərəkdən bu təxribata dəstəkçi olurlar. Şəhid adından alver etmək günah sayılsın gərək. Şəhid adına hörmət edək, onu alver predmetinə çevirməyək. İcazə verməyək ki, ordumuzun qüdrətlənməsini, dövlətimizin möhkəmlənməsini həzm etməyən təxribatçı qüvvələr vətənimizdə sabitliyi pozmağa, qarışıqlıq yaratmağa cəhd göstərsinlər.
Şəhid adından alver etməyək, günaha batmayaq!

Xeberleragentliyi.com
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu