Başçının iş otağında icra nümayəndəsi öldü – Gədəbəydə ŞOK OLAY
Dunya / Bolge
Oxunub: 1 041
5 apr 2019 | 19:55
Başçının iş otağında icra nümayəndəsi öldü – Gədəbəydə ŞOK OLAY














“Gündəm Xəbər”in əldə etdiyi məlumatlara görə, dünən səhər saatlarında Gədəbəy RİH başçısının iş otağında, adı çəkilən rayonun Qaradağ kəndi üzrə icra nümayəndəsi Cahangir Qasımov dünyasını dəyişir.

Başçının iş otağında icra nümayəndəsi öldü – Gədəbəydə ŞOK OLAY









Düzdür, belə bir hadisənin başvermə səbəbi haqda ilk əvvəl müxtəlif mülahizələr irəli sürülsə də, tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, adı çəkilən şəxsin ölümünə səbəb, məhz ondan 3 min manat pulun tələb olunması olur. Belə ki, əldə etdiyimiz məlumata görə RİH-nin başçısı İbrahim Mustafayev Qaradağ kəndi üzrə icra nümayəndəsi Cahangir Qasımovu daşıdığı vəzifəsindən uzaqlaşdırır. Belə olan halda o, dünən günün səhər saatlarında icra hakimiyyətinin binasına gedir və ilk əvvəl o, icra başçısının özü ilə gətirdiyi MKTB-nin rəisi Əkbər Kazımovla qarşılaşır. Həmin vaxt Əkbər Kazımov ondan RİH-nə gəlməsinin səbəbini soruşur. O halda Cahangir Qasımov cavab verir ki, “məni icra başçısı daşıdığım vəzifədən çıxarıb, elə bu səbəbdən də məsələni ayrıd etmək üçün gəlmişəm” deyir. Həmin vaxt Əkbər Kazımov ona “növbə indi mənimdir, sən gözlə. Mən içəri keçib sənin məsələni də icra başçısına deyə bilərəm” deyir və yarım saatdan sonra çölə çıxır. O halda o, Cahangir Qasımova bildirir ki, “icra başçısı 3 min manat “haqq-hesab” istəyir, sən həmin pulu ver və səhərdən də işinə çıx” deyir. Elə ki, icra başçısının otağına daxil olmaq üçün növbə Cahangir Qasımova çatır və o, otağa daxil olur, həmin an o, icra başçısına “məni hansı səbəbə işdən azad etmisiniz və 3 min manat pulu niyə verməliyəm” deyə ona sual edir. Çox keçmir ki, icra başçısının iş otağında əməlli-başlıca mübahisə baş verir və mübahisə zamanı icra başçısı İbrahim Mustafayevin yanında rayon prokuroru Allahverdi Səfərov, məhkəmənin sədri Maarif Kazımov, polis şöbəsinin rəisi Mehman Həşimov olurlar. Mübahisə getdikcə qızışır və o halda polis rəisi Mehman Həşimov şöbəyə zəng vurur və əlavə polis qüvvələrinin gəlməsi haqda əmr də verir. Həmin anlarda polis rəisinin Cahangir Qasımovla əlbəyaxa olduğu da söylənilir. Elə ki, tərəflər arasında mübahisə şiddətlənir və çox keçmir ki, Cahangir Qasımovun ürəyi yatır və o, icra başçısının iş otağında dünyasını dəyişir.

Təəccüb doğuran hal o olur ki, işdən çıxarılmış icra nümayəndəsi dünyasını dəyişsə də, onun yaxın qohum-əqrəbalarını içəri buraxmırlar və “özünün ürəyi yatdı” deyə belə bir təbliğat aparırlar. Övladları RF-nın ərazisində olduğundan, mərhumun qardaş və bacıları, yaxınları baş verən hadisənin bütün günahını İbrahim Mustafayevdə görürlər. Hal-hazırda icra hakimiyyətinin binasını polis rəisi ciddi şəkildə mühafizə etdirir. Dünən günün müxtəlif saatlarında mərhumun yas yerinə Şınıxdan, Bakıdan və digər yerlərdən çoxlu sayda qohum-əqrəbalarının gəldikləri, ryonun idarə-müəssisə rəhbərlərinin yas yerində olduqları söylənilir. Hətta, sakinlər arasında belə bir məlumat da dolaşmaqdadır ki, prokuror Allahverdi Səfərov mərhumun qardaşlarına “siz şikayət etməyin” deyə minnətçi düşüb və bunun qarşılığında Cahangir Qasımovun qardaşlarına, yaxınlarına yaxşı vəzifə veriləcəyi də bildirilir. Belə bir səbəb üzündən də, rayonda ümumi vəziyyətin hələ də gərgin olaraq qaldığı bildirilir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq!
Mövzu diqqətimizdədir.
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR