O da Xaləddin İsgəndərovun yolunu gedir... - Binəqədi boğaza qədər zibilin içində...
Dunya / Bolge
Oxunub: 913
1 apr 2019 | 19:30
O da Xaləddin İsgəndərovun yolunu gedir... - Binəqədi boğaza qədər zibilin içində...














Bakı uzun illərdir tikinti bumundan əziyyət çəkir. Bu prosesi daha da ağırlaşdıran isə tikintini həyata keçirən şirkətlərin ətrafın təmizliyinə diqqət yetirməməsidir. Belə şirkətlər tikinti zamanı ərazini böyük lövhələrlə əhatələməklə kifayətlənirlər ki, bu da inşaat zamanı çıxan toz-torpağın ətrafa yayılmasının qarşısını almır. Əksinə, yağıntılı günlərdə yollarda palçıq, natəmizlik yaradır. Hətta bina tikilib tam təhvil verildikdən sonra belə buranın həyətyanı ərazisi uzun müddət təmizlənmir, binada yaşayış olmasına baxmayaraq, natəmizlik hökm sürür.

Bunun əziyyətini isə adətən əraziyə yaxın yerdə yerləşən sakinlər və küçələri davamlı olaraq təmizləmək məcburiyyətində qalan təmizlik işçiləri çəkir.

Axar.az-ın məlumatına görə, tikinti normativinə əsasən, binada tikinti başa çatdıqdan sonra, xüsusilə binada yaşayış başladığı müddətdə tikinti zamanı qoyulan bütün lövhələr götürülməli, təmizlik həyata keçilməli və natəmizlik aradan qaldırılmalıdır.

Lakin çox az sayda tikinti şirkətləri var ki, bu normativə əməl edir. Şirkətlər adətən binanın tikintisini başa vurduqdan sonra ətrafın abadlaşmasını illərlə yubadırlar.

Belə tikintilərdən biri də Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşir. Qeyd edilən ünvanda artıq 5 ildən çoxdur ki, göydələn inşa edilir. Binanın tamamlanmasına və hətta binada yaşayışın olmasına baxmayaraq, həyətyanı ərazidə heç bir təmizlik işləri həyata keçirilməyib. Tikinti zamanı qurulan lövhələrin bəzilərini külək aparsa da, bəziləri hələ də qalıb. Binanın həyəti bərbad durumdadır və havanın küləkli, yağıntılı olduğu zaman problem daha da artır. Ərazidə yaşayan sakinlər də artıq 5 ildən çoxdur davam edən bu natəmizlikdən narahatdırlar.

Sakinlərin narazılığını və şikayətini nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. İcradan Axar.az-a bildirildi ki, məsələ onların diqqətindədir, yaxın günlərdə bununla bağlı lazımi addım atılacaq və ətraflı məlumat veriləcək.O da Xaləddin İsgəndərovun yolunu gedir... - Binəqədi boğaza qədər zibilin içində...O da Xaləddin İsgəndərovun yolunu gedir... - Binəqədi boğaza qədər zibilin içində...O da Xaləddin İsgəndərovun yolunu gedir... - Binəqədi boğaza qədər zibilin içində...
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı