Samir Şərifovun Yevlaxdakı TALAN QARANTI... - İTTİHAM
Dunya / Bolge
Oxunub: 809
28 mar 2019 | 22:44
Samir Şərifovun Yevlaxdakı TALAN QARANTI... - İTTİHAM














Gəncənin keçmiş meri Elmar Vəliyevin karyerasının sonu onun vaxtilə himayə etdiyi Yevlax rayon Maliyyə İdarəsi rəisi Rza Əliyevin vəziyyətini çətinləşdirib. Maliyyə rəisi E.Vəliyevin sayəsində Kürdəmirə icra hakimi gedəcəyinə ümidlənmişdi. Amma məlum hadisələr nəinki karyera yüksəlişinə olan arzularını dəfn edib, hətta hazırkı maliyyə rəisi postunda qalacağı imkanlarını da məhdudlaşdırıb. Bildirək ki, E.Vəliyevin vəzifəsindən kənarlaşdırılması Yevlax maliyyə rəisinin himayəsiz qalması ilə nəticələndiyi deyilir. R.Əliyevə “krişalıq” etmiş E.Vəliyevin erasının bitməsi onun da maliyyə rəisi kreslosundan gedəcəyini sürətləndirə bilər. Eyni taleni E.Vəliyevin xalası oğlu olduğu deyilən Bərdə maliyyə rəisi Mehman Allahverdiyevi gözləyir ki, bu haqda növbəti yazıda məlumat verəcəyik.
Hələliksə, cumhuriyyet.az olaraq bildirək ki, R.Əliyevin fəaliyyətinin təftiş olunacağı barədə məlumatlar dolaşmaqdadır. O, 15 ilə yaxın müddətdə Bərdə rayon Maliyyə İdarəsi rəisi vəzifəsində çalışıb. Maliyyə idarəsinin rəisi rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. Hər bir idarədəki “ölü can”lar üçün Rza Əliyev öz hesabını alır. Lazım olanda isə büdcə təşkilatlarına ayrılan əlavə vəsaiti kəsməklə, bağlamaqla idarə müdirinin “belini qırır”. E.Vəliyevə güvənmiş Yevlaxın maliyyə rəisi bu postunda qalmasını ona borcludur. Yəni, nazir Samir Şərifovdan daha çox E.Vəliyevə güvənirdi. Adı müxtəlif maliyyə xəyanətlərində və maxinasiyalarda hallanmış R.Əliyev isə yenə də ənənəsinə sadiq qalaraq Bərdədəki talan siyasətini Yevlaxda əsirgəmir.
Maliyyə Nazirliyində onun yerinə kimin gətiriləcəyi barədə məsləhətləşmələr aparıldığı deyilir. E.Vəliyevə yaxın kadrların bir-bir vəzifələrdən “təmizlənməsi” prosesi start götürdüyü üçün növbənin Rza Əliyevə də çatacağı istisna edilmir. R.Əliyev Bərdədə maliyyə idarəsi olduğu dövrdə bütün idarə və müəsissə rəhbərləri onun icazəsi olmadan işə adam qəbul edə bilmirdi. Bildirilir ki, Rza Əliyevin icazəsi olmadan və ondan gizlin hansısa bir idarəyə işçi götürlərsə həmin müəsissə rəhbərinin günü qara olurmuş. Məsələn, abadlıq-quruculuq və yol tikintisi üçün Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən Bərdəyə 30 milyon manata yaxın pul vəsaiti ayrılmışdı. Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub. Qalan vəsaitin hara sərf olunması məlum deyil. Maliyyə İdarəsinin rəisi bu qanunsuz əməldə pay sahibidir. R.Əliyev həm də məktəb, bağça direktorlarının, idarələrin hər birində maliyyə maxinasiyaları etməkdədir.
Bu yeyintilər hesabına varlanmış, obyektləri, restoranları olan R.Əliyevin pullarını nəvəsi israf etməkdədir. Cumhuriyyet.az yazmışdı ki, nəvəsi Şahin Şahlarzadə Yevlaxda və Bərdədə “meydan sulayır”. İdarə rəisinin kürəkəni işində verdiyi nöqsana görə qovulub. Belə ki, sabiq polis zabiti Vüqar Şahlarzadə indi qayınatasının biznesini idarə edir. Onun oğlu olan Şahin isə babasına – idarə rəisi R.Əliyevə güvənərək kef məclisləri qurmaqdadır. İddialara görə, Şahinin ətrafındakı bəzi dostları arasında zərərli aludəçi olanlar var. Həmin gənclər R.Əliyevin nəvəsi ilə birlikdə kef-damaqda, müxtəlif yerlərdə istirahətdədirlər. Onlar Şahinin babasının hesabına Gürcüstanda, Türkiyədə, Qəbələ – İsmayıllıda gün keçirirlər. Üstəlik, Şahinin Feysbuk səhifəsində qeyri-etik fotolar paylaşdığı bildirilir. Prezident dəfələrlə məmurlara və övladlarına bahalı məclislər qurmamağı, israfçılılıq etməməyi barədə sərt xəbərdarlıqlar edib. Amma təqdim edəcəyimiz video fakt R.Əliyevin nəvəsinin hansı hoqqalardan çıxdığını görəcəksiniz. Qeyd edək ki, Maliyyə Nazirliyinin şöbələri əvəzinə, bir neçə rayonun birləşdiyi regional maliyyə departamentləri yaradılacaq. 11 maliyyə departamentinin yaradılması nəzərdə tutulur. Departamentin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş rayon şöbəsinin əməkdaşlarından, yalnız birində olan qədər işçi heyəti saxlanılacaq. Bu sırada Yevlaxın da adı çəkilir.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı