“Mahmudovçu”lar 7 milyon manatlıq qızıl-zinəti ələ keçiriblər - şok iddia
“MTN işi” başlayan gündən 3 ildən artıq müddət keçir. Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə 11 il 2 aylıq rəhbərliyi dövründə qurumun vəzifəli şəxsləri tərəfindən törədilən cinayətlərin sayı-hesabı itib. Bu gün məhkəmələrdə sabiq MTN-çilərin işləri üzrə proseslər bir-birini əvəzləyir.
Bununla belə, Mahmudovun dövründə törədilən və araşdırılmayan cinayətlər hələ də qalmaqdadır. Belə cinayətlərdən biri də vətəndaş Ülviyyə Abdalovaya qarşı törədilib. Nümayəndəsi vasitəsi ilə redaksiyamıza müraciət ünvanlayan Ü.Abdalova “mahmudovçu”ların quldurluqla onun 7 milyon manatlıq qızıl-zinət əşyalarını ələ keçirdiklərini qeyd edir:
“Bildirirəm ki, 2006-cı ildə MTN tərəfindən həyata keçirilən qanunsuz əməliyyat nəticəsində iş adamı Ülviyyə İlyas qızı Abdalova və onun həyat yoldaşı Murad Rəhimova 7 milyon manatdan çox ziyan dəyib. Valideynlərini 1990-cı ilin 20 Yanvar olayında itirən, 2004-2008-ci illərdə Səbail rayon "20 Yanvar" cəmiyyətinin sədri olan Ü.Abdalova bu günə qədər fiziki və mənəvi terrora məruz qalmaqdadır. O, birmənalı olaraq ölüm qarşısındadır. Belə ki, Ü.Abdalova və həyat yoldaşı M.Rəhimovun qızıl-zinət əşyalarının biznesi ilə məşğul olması 2006-cı ildə MTN rəhbərliyinin diqqətini cəlb edir. Hər nə yolla olursa-olsun bu sərvəti ələ keçirməyə qərar verən sabiq MTN rəhbərliyi bunun üçün sadə və unikal bir üsula əl atır.
M.Rəhimovaya məxsus lisenziyalı qızıl-zinət əşyalarına qanunsuz daş-qaş nümunəsi kimi əl qoyulur: “2006-cı ildə Dubaydan Bakıya satış məqsədi ilə gətirilən 7 milyon manat məbləğindən çox qızıl-zinət əşyaları, brilyant daş-qaşlar MTN tərəfindən müsadirə adı ilə qarət edildi. Bu mallara əl qoyan MTN yetkililəri bildirdi ki, guya bunları qanunsuz yolla ölkəyə gətirmişik. Halbuki həmin zinət əşyalarının hər birinin lisenziyası mövcud idi və bunu təsdiq edən sənədlər qalmaqdadır. Bütün bunlar yetməmiş kimi, MTN tərəfindən onlara məxsus qızıl mağazasında da çəkiliş aparıldı. Halal və qanuni əmlakları qarət etmələri azmış kimi, onlarla qatı cinayətkar kimi davranıb, elə bir atmosfer yaratmağa çalışıblar, müsadirə edilən zinət əşyalarının geri qaytarılması ilə bağlı heç bir tələb səsləndirilməsin.
MTN yetkililəri lisenziyalı zinət əşyalarına əl qoyandan sonra onları həbs etməklə hədələyərək daha bir sıra əmlaklarını ələ keçirib: “Bu olaydan sonra Ülviyyə Abdalovaya bildiriblər ki, səni də, həyat yoldaşını da həbs edəcəyik. Lazım olsa, əlavə maddələr ortaya qoyacağıq. Əgər həbs olunmağınızı istəmirsinizsə, digər əmlaklarınızı da bizə verməlisiniz. 2006-cı ildə MTN onu və həyat yoldaşımı həbslə hədələyərək onlara məxsus 5 avtomobili, 10 mənzili ələ keçirib. Bu mənzillərin 4-ü Yeni Yasamal, 4-ü Nərimanovda, 2-si isə Xırdalanda mövcud olub. Nümayəndəsi olduğum şəxs ”MTN işi" meydana çıxandan, bu qurumdakı cinayətkar dəstə de-şifrə ediləndən sonra 2006-cı ildə MTN-nin başlarına gətirdiyi oyunlarla bağlı şikayət etmək qərarına gəliblər. Zərərçəkən tərəf iddia edir ki, araşdırma obyektiv aparılmayıb, nəticədə keçmiş MTN rəhbərliyi, xüsusilə də Mövlam Şıxəliyevlə bağlı şikayətinə baxan olmayıb".
Nümayəndə yazır ki, Ülviyyə Abdalova hazırda özü etdiyi şikayətlərdən dolayı təhdid qarşısındadır: “Hər gün müxtəlif şəxslər tərəfindən ölümlə hədələnir. Bu yaxınlarda sifarişli şəkildə Natiq Hacıyev adlı şəxs Nərimanov rayonu ərazisində günorta saatlarında onun qarşısına qəflətən çıxaraq öldürmək məqsədilə onun qarın nahiyəsinə bıçaq vasitəsilə 3 zərbə endirib. Lakin xoşbəxtlikdən xanım Abdalovanın həyatını xilas etmək mümkün olub. Şəhid övladına qarşı edilən haqsızlıqların, gerçəkləşən özbaşınalıqların sərhədi yoxdur. Bu vəziyyətə şahid olmaq dəhşətdir, dəhşət. Dörd uşaq anası olan Ülviyyə Abdalova bildirir ki, onun tək ümidi ölkə başçısınadır. Yalnız ölkə başçısı onu quldur dəstəsinin bitib-tükənməz bilməyən əməllərindən xilas edə bilər”.
Redaksiya bildirir ki, yazıda ittiham olunan tərəfin mövqeyini dərc etməyə hazırdır.
“Yeni Müsavat”
Bu gün, 16:00
Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ