Direktor məktəbdə ailə biznesi qurub? – “Hara istəsəniz şikayət edin, mənim pulum var”
Dunya / Bolge
Oxunub: 1 133
17 sen 2018 | 14:12
Direktor məktəbdə ailə biznesi qurub? – “Hara istəsəniz şikayət edin, mənim pulum var”















Ağsuda məktəb direktorunun dərs saatı maxinasiyası və ailə biznesi

Ağsu rayonu Kalva kənd orta məktəbində müqavilə ilə müəllim işləyən Əfəndiyev Elgün Vüqar oğlu direktorun dərs saatını ailəsi arasında bölüşdürməyindən və ona qarşı haqsızlıq etdiyindən şikayət edib.

Şikayətçi Elgün Əfəndiyev “minval.info“ya bildirib ki, 2013-cü ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında III ixtisas qrupu üzrə 507 bal toplayaraq Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub. 2017-ci ildə həmin universiteti bitirib. Elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb, Ağsu rayonu Dilman kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Bu il də Təhsil Nazirliyinin müəllimlərin işə qəbul imtahanına girərək 46 bal toplayıb və bu balla müqavilə əsasında Kalva kənd orta məktəbinə 6 saat dərs üçün seçim edib və qəbul olub.

Elgün Əfəndiyevin sözlərinə görə, məktəb direktoru vakansiya saatlarını gizlədib və ona dərs saatını vermir: “Kiçik araşdırma apardım və çox sayda qanunsuzluqlar aşkarladım. Təhsil Nazirliyini aldadaraq 25 ildir ki, Sübhan Şükürov adına Kalva kənd orta məktəbinin direktoru işləyən Əsgərov Rubət Məhəmməd oğlu öz oğlu Elman Əsgərova saxta diplom düzəltdirib tarix müəllimi edərək məktəbin daha çox tarix dərs saatlarını oğluna verib. Bundan əlavə də 39 saat Azərbaycan dili dərsinin 33 saatını həyat yoldaşı Əsgərova Balacaxanıma verib, qalan 6 saatını isə vakansiyaya çıxardıb. Bu cür addım atan insanlığını qoyuram kənara, heç bir zaman pedoqoq ola bilməz. Hətta bütün bunlar azmış kimi indi də oğlunu özünə müavin təyin edib. Müavinlərə qanunla 6 saat dərs yükü verilsə də, bu adam öz oğluna 12 saat dərs verib. O oğul ki, diplomu saxtadır. Ali məktəbə qəbul olmadan adam diplom alıb. Onun qəbul ilində Kalva kəndi üzrə Dövlət İmtahan Mərkəzinin qeydiyyatına 1 nəfər şəxs düşüb. O da 37 bal. Heç bir zaman Dövlət İmtahan Mərkəzində 37 balla ali məktəbə qəbul aparılmayıb.

Gələk həyat yoldaşına. Həyat yoldaşı müəllimlərin diaqnostik qiymətləndirilməsində cəmi 27 bal toplayıb. Belə olan halda, Təhsil haqqında qanuna əsasən, ona 39 saat dərs verilməli deyildi. Çünki 27 bala müvafiq cəmi 14 saat düşür. 25 saat vakant dərs gizlədilib. 25 saatın cəmi 6 saatı vakant yer kimi göstərilib. Bu adam qalan 19 saatı həyat yoldaşına verib”.

Elgün Əfəndiyev baş verənlərdən şikayətçi olaraq Təhsil Nazirliyini sual atəşinə tutub: “Niyə bu hallar araşdırılmır? Araşdıranlara isə həmin bu qudurğan direktor da deyir ki, gedin, hara istəsəniz şikayət edin. Mənim pulum var. Verəcəm lazımi yerlərə, mənə toxunan olmayacaq. Bu nə düşüncə, bu nə təfəkkür, bu nə özbaşınalıq? Bir adam məktəbdə müəllim işləyə, amma diaqnostik qiymətləndirmədən keçməyə, bir adamın adı Dövlət İmtahan Mərkəzinin qəbul siyahısında olmaya, atasının pulu ilə müəllim kimi işləyə. Bu nə dövrdü? Bu nə özbaşınalıqdı? Niyə rayon Təhsil Şöbəsi bunları görməyib? Niyə rayon İcra Hakimiyyətinin təhsillə bağlı müvafiq qurumu bu məsələni diqqətə almayıb? Yoxsa həmin direktor həqiqətən də bütün bunları pulla ört-basdır edib?

Yaxşı tutaq ki, Təhsil Nazirliyi indi xəbərdar oldu bu faktlardan. Bəs indi hansı addımı atacaq? Sizə də pul təklif edib bu qanunsuzluqları ört-bastır edəcək? Bu hələ bilinənlərdi. Yaxşı, bir düşünün ki, bir adamda bu qədər pul haradandı? Deməli, qanunsuz olan tək bu faktlar yox, onlarla belə fakt var. 25 il – 100 ilin dörddə birini bir müəssisədə qalan şəxs görün nələr etməyib?!

Öz oğlunu müavin təyin edən birinin istəyinə bir baxın. Artıq oğlunu direktor kimi görür. Sizcə, bütün bunlar qanunsuzluq deyil, bəs nədir? Bütün bunları araşdırmaq lazımdır. Görün dövlətin büdcəsini hansı şəkildə çapıb talayırlar”.

Sonda Elgün Əfəndiyev baş verənlərin Təhsil Nazirliyi tərəfindən araşdırılacağına ümid etdiyini bildirib.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi