Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçiriləcək
Dunya
Oxunub: 603
7 sen 2018 | 11:35
Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçiriləcək














Sentyabrın 7-də Tehranda keçiriləcək İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü dünya mətbuatının gündəmindədir.

Azərtac xəbər verir ki, görüşün keçiriləcəyi “Espinas Palase” mehmanxanasında və onun ətrafında çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Yerli və xarici jurnalistlərin fotoaparat və kameraları ciddi şəkildə yoxlanıldıqdan sonra özlərinə qaytarılır. Xüsusi təlim görmüş itlər mehmanxanada və onun ətrafında gəzdirilir. Yaxınlıqdakı avtomobil yolları müvəqqəti olaraq bağlanıb. Mehmanxananın damında hər üç prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları keşik çəkirlər. Bütün təhlükəsizlik tədbirləri gözləniləndir. Çünki bu görüşdə nəinki regional, eləcə də qlobal xarakter daşıyan Suriya problemi müzakirə ediləcək.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib ki, prezidentlər ikitərəfli görüşlər də keçirərək qarşılıqlı əlaqələrin inkişafı haqqında fikir mübadiləsi aparacaqlar. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərddoğan İran İslam Respublikasının ali dini lideri Seyid Əli Xamenei ilə görüşəcəklər.

Görüş ərəfəsində İran mətbuatını nəzərdən keçirərək müxtəlif fikirlərlə rastlaşdıq.

İran parlamentinin sədri Əli Laricani Rusiya ilə yaxın siyasi əlaqələrin daha da inkişaf edəcəyini bildirərək bugünkü zirvə görüşünün əhəmiyyətini bildirərək onun nəticələrinin faydalı olacağını vurğulayıb. Spiker İran-Rusiya münasibətlərinin strateji xarakter daşıdığını nəzərə çatdıraraq siyasi, iqtisadi və hərbi sahələrdə əlaqələrin inkişaf edərək daimi olacağını bildirib. Lakin Əli Laricani eyni sözləri Türkiyə haqqında danışarkən deməyib.

Rusiya Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov qeyd edib ki, görüşdə yalnız Suriya problemi deyil, həmçinin İranın nüvə proqramına dair əldə edilmiş razılaşmadan ABŞ-ın birtərəfli qaydada çıxması da müzakirə olunacaq və ona siyasi qiymət veriləcək. Bununla yanaşı, İran və Rusiya iqtisadiyyatlarına təsir edən ABŞ-ın iqtisadi sanksiyaları ətrafında da fikir mübadiləsi aparılacaq.

Göründüyü kimi, prezidentlərin görüşündə hər üç dövlətin maraqlarına toxunan məsələlər gündəlikdə olacaq. Qlobal siyasətdə baş verən dəyişikliklər nəticəsində bu dövlətlərin maraqları üst-üstə düşsə də, onların müxtəlif mövqelərdən çıxış etmələri üçün də kifayət qədər əsaslar var.

Bu barədə danışan İranın siyasi eksperti Həsən Hanızadə bildirib ki, təsirli güc mərkəzinə çevrilmək üçün İran, Türkiyə və Rusiya əməkdaşlığı davam etdirərək, ideoloji, siyasi, iqtisadi və hərbi birlik yaratmalıdırlar ki, bu birlik yaxın gələcəkdə güc mərkəzinə çevrilsin. Bunun üçün hər üç ölkənin böyük potensialı var. Yalnız bu yolla qlobal güclərin təsirinə səmərəli cavab vermək olar. “Belə bir birliyin yaranması mümkündürmü?” sualına cavab verən ekspert qeyd edib ki, hələlik hər üç dövlətin maraqları üst-üstə düşür. Bu fakt onların vahid mövqedən çıxış etməsinə imkan yaradıb. Lakin ABŞ Türkiyə və Rusiya ilə münasibətlərini normal məcraya döndərsə, Rəcəb Tayyib Ərdoğanın və Vladimir Putinin hakimiyyətdən getmələri üçün göstərdiyi səylərdən əl çəksə, alyansda çatlar yarana bilər. Hələlik isə ABŞ-ın iqtisadi sanksiyaları və Suriyaya müdaxiləsi İranın, Türkiyənin və Rusiyanın vahid mövqedən çıxış etmələrinə əsas yaradıb.

Göründüyü kimi, regionun ən iri dövlətləri öz siyasi təhlükəsizliklərini, iqtisadi maraqlarını qorumaq, bu gün bölgədə cərəyan edən qlobal siyasi proseslərdən itkisiz çıxmaq üçün cəhd göstərirlər.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO