14-17 yaşlı yeniyetmələrin Adnan Oktarla bağlı tükürpədən ifadələri
Dunya
Oxunub: 522
28 avq 2018 | 15:18
14-17 yaşlı yeniyetmələrin Adnan Oktarla bağlı tükürpədən ifadələri














Aşkım” deyənə qədər məni sillələdi”; “İnstaqramdan mənə yazdı, sonra da…”

Türkiyədə Adnan Oktar qrupuna qarşı yönələn əməliyyatda yaşları 14-17 arasında olan zərərçəkənlər yaşadıqları qorxunc olayları bürün detalları ilə polisə danışıblar.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, təhqiqatçıların Adnan Oktar qrupuna yönəlmiş əməliyyat zamanı yetkinlik yaşına çatmayanların qan donduran ifadələri üzə çıxıb.

“Daima soyunmağımı tələb edirdi”

17 yaşlı qız: “Hələ 15 yaşında ikən Adnan Oktar ilə İnstaqram vasitəsilə yazışmağa başladım. Mənə daima soyunmağımı əmr edirdi. Mən də soyunub görüntülərimi ona göndərirdim. Bir gün məni yanına çağıraraq şəffaf libas geyinməyimi istədi. “Müayinə edəcəm” deyib, əliylə hər yerimə toxundu. O getdikdən sonra otağa Bülent və Kartal adlı iki nəfər girdi və məni cinsi istismar etdilər”.

“Sən artıq evləndin, yetim deyilsən” deyib mallarıma əl qoydular”

14 yaşlı zərərçəkmiş oğlan: “Yetim olduğum üçün Adnan Oktar mənə “yetimin malını yemək haramdır” dedi. 26 yaşındakı A. adlı bir qadın otağıma girərək mənimlə cinsi münasibətdə oldu. “Sən artıq evləndin, yetimlik vəziyyətin qalmadı” deyərək bütün mallarıma əl qoydular”.

İstismar edib, videoya çəkdilər

17 yaşlı qız: “Adnan Oktar qrupundan olan sevgilimlə birlikdə ikən otağa girən 2 nəfər məni istismar etdi. Bu iyrənc durumu videoya çəkdilər”.

Qadın zərərçəkən: “Adnan Oktar televiziya kanalındakı verilişə çıxmadan öncə qızlara “veriliş zamanı mənə yemək kimi baxın” deyə nəsihət edirdi. Bəzən yayımı dayandırıb, qızları danlayırdı. Ona ehtirasla baxmayanları cəzalandırırdı”.

“”Aşkım” deyənə qədər məni sillələdi”

Ö. adlı 17 yaşlı zərərçəkən qız: “Adnan Oktar onunla danışıq zamanı davamlı olaraq “Mənə “aşkım” deyə müraciət edəcəksən” dedi. Mən də israrla “aşkım” demədim. Daha sonra 4 saat boyunca mənə nəsihət verdi. Nəsihət zamanı hər cümlənin yekununda mənə sillə vurdu. Bu ağrıya daha artıq dözməyərək, ona “aşkım” deməyə başladım. Daha sonra mənə qarşı cinsi istismar edildi”.

Kişi müridləri əsgərliyə göndərmirdi

E. adlı kişi zərərçəkən: “Adnan Oktar kişilərin əsgərliyə getmələrini istəmirdi. Bu səbəbdən də qrupa qatılmadan öncə əsgərliyə gedənlərin xaricində əsgərlik xidmətini yerinə yetirmiş adamların sayı çox azdır. Əsgərliyə getmə yaşı gələn qrup üzvləri xaricə göndərilir, sənədlərdə isə burada çalışırmış kimi göstərilir və bu formada əsgərliyə getmələrinin qarşısı alınırdı.
Qızları məktəbə göndərməyib

Bir qadın zərərçəkən: “Adnan Oktar 2013 və 2016-cı illərdə qızların universitetə getmələrinə yasaq qoydu. Bu dönəmdə qrup içərisində olan bir çox gənc qız məktəblərini tərk etdi.

Prezidentlik referendumunda səs verməyi qadağan edib

Zərərçəkən R.: “Adnan Oktar, prezident seçkiləri ilə bağlı referendum keçiriləcəyi dönəmdə qrup üzvlərinin səs verməsini qadağan etdi.

Zərərçəkən O.E.: “H.U. və İ.K.U. adlı 2 qardaş qrupdan ayrıldılar. Onların guya ki, Adnan Oktarı təhdid etməsi ilə bağlı məndən yalançı şahidlik etməyimi istədilər. Mən də yalançı şahidlik etdim.

Bunlardan başqa, qrup üzvləri qeyri-real ticari sxem quraraq 4 milyon dollar gəlir əldə ediblər. Araşdırmalar zamanı bu detallar da üzə çıxıb.

Oktarın qaldığı Beykozdakı lüks evlərdə dinlənməyə qarşı qapalı dövrə telefon xətləri qurdurduğu da təsbit edildi. Evdə daimi olaraq 10 vəkilin hazır şəkildə gözlədildiyi və onların olduğu otağın daxili nömrəsi olan “132” kodundan istifadə etdikləri üzə çıxdı.

75 yaşlı qadına “kediciksən” dedilər

Amma “kedicik əməliyyatı” Türkiyədə dələduzların da üzünə gün doğmasına səbəb olub. Bu işi fürsət bilənlər insanları müxtəlif formalarda şantaj ediblər. Özlərini əsgər, prokuror və polis kimi tanıdaraq vətəndaşları aldadan dələduzlar bu dəfə “kedicik” ittihamı ilə 75 yaşlı bir qadını aldadıblar.

Təkbaşına yaşayan Saadet U.’Y-ya zəng edən dələduzlar yaşlı qadına “Adnan hoca əməliyyatında adınız hallanır. Üzərinizdə silah və pul görünür” deyublər. Yaşlı qadın zəng edənlərə öncə inanmayıb. “Siz dələduzsunuz? Sizi 155-ə şikayət edəcəm” deyib.

Dələduzlar “Sizi 155-lə calaşdırırıq” deyərək, şəbəkənin digər üzvünü yaşlı qadınla calaşdırıblar. Zəng edənlərin polis olduğuna inanan Saadet U. bankda olan və Həcc üçün yığdığı 31 min lirə pulunu bankdan çıxararaq, verilən ünvana gedib. Saadet U. bir torbanın içinə qoyduğu pulları onunla görüşən iki dələduza verib. Polis pulu alandan sonra qeybə çəkilən dələduzları axtarır.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu