Şamaxıda sakinlər risq altında yaşayır... - İcra hakimiyyəti isə "gücüm yoxdur" deyir...
Dunya / Bolge
Oxunub: 993
18 avq 2018 | 12:33
Şamaxıda sakinlər risq altında yaşayır... - İcra hakimiyyəti isə "gücüm yoxdur" deyir...














Torpaq sürüşməsi Şamaxı şəhərinin 48 a məhəllə sakinlərini çətin duruma salıb. Sputnik Azərbaycan-a danışan məhəllə sakinlərinin sözlərinə görə, son günlər ərazidə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib. Sürüşmə zamanı dağlardan gələn torpaq qatı sakinlərin evlərinə xeyli ziyan vurub.

Belə ki, bəzi sakinlərin evləri və həyətlərdə olan yardımçı tikililər torpaq qatının axması nəticəsində uçub. Sürüşmə zamanı həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında irili-xırdalı çatlar əmələ gəlib. Sakinlər öz hesablarına ağır texnikalar vasitəsi ilə ərazidə torpaqdan bənd yaratsalar da, çətinlik aradan qalxmayıb.

Kənd sakini Qahir Rzayev ərazidə bu vəziyyətin iki ildir hökm sürdüyünü bildirib: “Sürüşmə zamanı torpaq qatının altı axır, evlərin hamısı sürüşür. Sürüşən evlər uçub torpağın altında qalır. İndi havalar quraqlıqdı deyə, sürüşmə üzdə bilinmir, amma torpağın altında sürüşmə gedir. Yağış yağan zaman burdakı hər bir ev üçün təhlükə böyüyür. Yağış yağan kimi yollar da bərbad hala düşür, sürüşə-sürüşə gedir”.

Məhəllədə bir neçə ev yaşamaq üçün yararsız hala düşdüyündən evlərin sakinləri qohumlarının evinə sığınıb. Bəzi evlər isə yararsız olsa da, sahibləri evlərini tərk etmək niyyətində deyil. Elə evlər var ki, sürüşmələr nəticəsində ortadan ikiyə bölünüb, yaşamaq üçün tam təhlükəlidir, ancaq sakinlər həmin evdə yaşayırlar.

Məhəllə sakinlərinin iddia etdiyinə görə, təhlükə ilə bağlı aidiyyatı orqanlara məlumat versələr də, ərazidən torpağın təmizlənməsi işi hələ də aparılmayıb.

Yaranmış təhlükəli vəziyyətin nə zaman aradan qalxacağı ilə bağlı ətraflı məlumat almaq üçün Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, torpaq sürüşməsi səbəbindən Şamaxı şəhəri də daxil olmaqla kəndlərlə birgə 528 evdə irili-xırdalı çatlar əmələ gəlib. 142 ev isə yaşamaq üçün yararsız hesab edilir.

Konkret olaraq 48 a məhəlləsində baş verən sürüşmə sahəsi ilə bağlı isə RİH-dən şifahi olaraq bildirildi ki, sözügedən əraziyə baxış keçirilib. Və bu barədə sənədlər hazırlanaraq aidiyyatı üzrə qurumlara göndərilib. Amma sakinlərin evlə təmin edilməsi, onların köçürülməsi, eyni zamanda ərazidə işlərin görülməsi rayon icra hakimiyyətinin gücü və səlahiyyəti daxilində deyil.

Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur.

Şamaxıda sakinlər risq altında yaşayır... - İcra hakimiyyəti isə "gücüm yoxdur" deyir...Şamaxıda sakinlər risq altında yaşayır... - İcra hakimiyyəti isə "gücüm yoxdur" deyir...
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu