2 minlik işə görə 30 min manat silinir- Ağsu Suvarma Sistemləri İdarəsində korrupsiya mexanizmi
Dunya / Bolge
Oxunub: 1 797
15 avq 2018 | 15:16
2 minlik işə görə  30 min manat silinir- Ağsu Suvarma Sistemləri İdarəsində korrupsiya mexanizmi


Yaxın günlərdə Əhməd Əhmədzadə rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-də köklü kadr islahatları apracaq. Buna səbəb isə, Meliorasiya və Su Təsərrüfatı ASC dövlətin ən çox korrupsiyalaşmış və büdcədən ayrılan pulların “silinən” qurum kimi kimi hesab olunmasıdır.Son günlər ölkə mediasında Əhməd Əhmədzadənin ASC-də baş alıb gedən qanunsuzluqlar, korrupsiya faktları və yerlibazlıq siyasəti aparıldığı qeyd olunur.

Bildirilir ki, bu qurumun hətta regionlardakı işçiləri belə qeyri-rəsmi milyonçulara çevriliblər. Dövlət büdcəsindən ayrılan vəsaitlər isə sanki dibsiz quyuya gedir.
Artıq bir neçə müddətdir ki,Azerinfo.tv-nin redaksiyamıza daxil olan şikayət məktublarında Ağsu Suvarma Sistemləri İdarəsinin fəaliyyətində yer almış müxtəlif nöqsanlardan, idarənin rəisi Səfər Məmmədovun yol verdiyi çoxsaylı qanun pozuntularından bəhs edən məlumatlar öz əksini tapmaqdadır. Qeyd etmək lazımdır ki, sözü gedən idarənin fəaliyyəti yerli əhali tərəfindən qətiyyən qənaətbəxş hesab olunmur. Həmçinin məlumatlarda Səfər Məmmədovun qanunsuz hərəkətləri, yol verdiyi nöqsanlarla bağlı çoxsaylı faktlar təqdim olunur. Bəzi mənbələr isə idarə rəhbərinin əməllərini yerli hakimiyyət strukturlarının əhali arasında nüfuzdan salınması məqsədilə bilərəkdən həyata keçirilən tədbilər kimi də qiymətləndirirlər. Bununla belə idarə rəisinin şəxsi qazanc məqsədlərinin təminatına istənilən halda daha böyük önəm verməsi faktı da aldığımız məlumatlarda xüsusilə vurğulanır. Məlumatlarda bildirilir ki, məhz Səfər Məmmədov Rayon Suvarma Sistemləri İdarəsinə rəis təyin olunandan sonra Ağsunun suvarma təsərrufatının fəaliyyəti qeyri-məqbul məcraya yönəlib. Mənbələrin iddiasına görə idarə rayonun ərazisindəki meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanalları, kollektorlar, boru kəmərləri və bəndlərinin istismarını keyfiyyətsiz həyata keçirir. Səfər Məmmədovun yarıtmaz idarəçiliyi ucbatından rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması vəzifəsi yerinə yetirilmir ki, bu da məhsuldarlığa pis təsir göstərir. Daha sonra məlumatlarda vurğulanır ki, Səfər Məmmədov öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etmir, həmçinin külli miqdarda dövlət vəsaitinin məqsədyönlü şəkildə xərclənməsinə şərait yaratmır. Məlumatlarda idarə rəisi tərəfindən həyata keçirilən bəzi maxinasiyalar barədə ətraflı açıqlamalar da təqdim olunur. Bildirilir ki, Ağsu Suvarma Sistemləri İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə əvvəlcə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Elan olunan tenderlərdə qanunsuzluqlara yol verilir, Səfər Məmmədovla qabaqçadan sövdələşən şirkətlər kağız üzərində keçirilən müsabiqələrdən qalib çıxarılır, suvarma təsərrüfatının ehtiyacı üçün iş və xidmətlər, mal və materiallarla təmin etmək hüququnu qazanırlar. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Səfər Məmmədovun özünə qaytarılır. Əbəs yerə deyil ki, mənbələr melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmədiyini, görülən işlərin isə keyfiyyətsiz və az effektli olduğunu bildirirlər. Məsələn, su nasoslarının təmiri üçün 2-3 min manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ 30-40 min manat göstərilir. Bütün bu maxinasiyalar isə idarənin səmərəli fəaliyyətini əngəlləyir. Nəticədə müəssisə su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, mövcud meliorasiya və su təsəttüfatı fondlarının qorunub saxlanması, onların istismarlarının yaxşılaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsi, sel və daşqın sularının zərərli təsirinin qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə edilməsi və suya qənaətedici texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini günün tələbləri səviyyəsində qura bilmir. Digər tərəfdən isə daxil olan şikayət məktublarında bildirilir ki, rayonda su təchizatı məsələlərinin əsaslı şəkildə korrupsiya halları ilə müşayiət olunması ümumi vəziyyətin gərginləşməsinə yol açır...
Yaxın günlərdə Səfər Məmmədovun böyük biznes imperiyası, vəzifələrə təyin etdiyi qohumları, korrupsiya əməlləri baradə ətraflı məluumat verəcəyik.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu