İran ətrafındakı “halqa” daralır - TƏHLİL
Dunya
Oxunub: 513
9 avq 2018 | 21:56
İran ətrafındakı “halqa” daralır - TƏHLİL
















ABŞ-ın avqustun 7-dən etibarən İrana qarşı sanksiyaları bərpa etməsinin gələcək baxımından hansı təhlükələr yarada biləcəyi ilə bağlı ən müxtəlif mövqelər meydana çıxmaqdadır.

Çoxları İranın iqtisadi yöndən çökdürülməsi üçün bu tipli sərt qərarların qəbul edildiyini düşünür. Qərbin cənub qonşumuzu dağıtmaq fikrində olmadığı, daxildən zəiflədərək buradakı rejimi devirmək məqsədinin olduğu qeyd edilir.

Gedən müzakirələrdə Azərbaycan da yer alır. Bu sanksiyaların cənub qonşumuzla olan milli və digər problemlərimizin həllində kömək ola biləcəyi deyilir. Bununla belə, Azərbaycana mənfi təsirlərindən də söz açılır.

Sabiq maliyyə naziri Fikrət Yusifov sanksiyaların İran iqtisadiyyatına ciddi zərbə vuracağını düşünür: “Amerikanın İrana qarşı tətbiq etməyə başladığı sanksiyaların başlıca məqsədi İranı öz daxili və xarici siyasətini dəyişməyə, ABŞ-n tələblərinə uyğun yeni daha ədalətli nüvə sazişi imzalamağa məcbur etməkdən ibarətdir. Sanksiyaların birinci mərhələsində İran hökuməti tərəfindən ABŞ dollarının alınmasına, qızılla və digər qiymətli metallarla ticarətə, sənayeləşmə prosseslərinin idarə edilməsini nəzərdə tutan proqram təminatına, İran rialı ilə əməliyyatların aparılmasına və milli valyutada dövlət borc öhdəliklərinin buraxılmasına qadağa qoyulur. Bundan başqa, İran xalçalarının və ərzaq məhsullarının alışına, sərnişin təyyarələrinin alınması üzrə müqavilələrə qadağa tətbiq ediləcək. Sanksiyaların noyabr ayının 4-dən etibarən qüvvəyə minməyə başlayan ikinci hissəsi 180 gün keçid dövrü başa çatdıqdan sonra tam işə düşəcək. Keçid dövrü İranla ticarət əlaqələri olan ölkələrə hazırlıq dövrü kimi verilir.

Sanksiyaların yekun paketi İran neftinin ixracına, İran Mərkəzi Bankı ilə əməliyyatlar həyata keçirilməsinə qadağalar qoyulmasını nəzərdə tutur. ABŞ rəsmləri bildirirlər ki, Birləşmiş Ştatlar bu sanksiyaları tətbiq etməklə İran hökumətini maliyyə resurslarından məhrum edib onun terrorizmi dəstəkləməsinin qarşısını almaq istəyir. Sanksiyaların İran iqtisadiyyatına ciddi ziyan vuracağı heç şübhəsizdir. Artıq İran rialının ətrafında baş verən proseslər bu ölkənin iqtisadiyyatına ciddi zərbələr vurmağa başlayıb. ABŞ-ın əsas məqsədi İrandakı rejimin dəyişdirilməsinə nail olmaqdır. Sanksiyalar isə bu məsələdə bir vasitə kimi istifadə edilir. Bu gün gərgin ictimai-siyasi bir durum yaşayan İranda yeni iqtisadi çətinliklərin nə kimi nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyil. Belə bir vəziyyətdə milyonlarla insanların iş yerlərini itirməsi çox təhlükəlidir. Bu İranda sosial gərginliyin son həddə qədər artmasına apara bilən bir yoldur. Digər tərəfdən, ABŞ-ın bu sanksiyalarla kifayətlənəcəyi də inandırıcı görünmür. Hesab edirəm ki, bu sanksiyaların daha ağır üçüncü mərhələsi mümkündür ki, bu da İran iqtisadiyyatını və onun maliyyə sistemini tam iflic halına sala bilər. Bizə qonşu olan ölkə ilə bağlı bu adımlar İran-Azərbaycan ticarət əlaqələrinə də mənfi təsir edəcək. Biz Şimal Cənub Ticarət dəhlizi vasitəsilə İran ərazisindən cənubdan şimala daşınan yüklərin həcminin əsaslı şəkildə artırılmasını proqnozlaşdırırıq. Bu məqsədlə Bakı-Astara-Rəşt dəmir yolunun bir hissəsinin maliyyələşdirilməsi üçün İran tərəfinə maliyyə dəstəyi göstərmək öhdəliyimiz var. İranda yaranacaq mürəkkəb iqtisadi və maliyyə durumu şəraitində bu layihənin taleyi necə olacaq? Təbii ki, bütün bu suallar bizi düşündürür”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Amerikanın İranı dağıtmaq planının olmadığını qeyd etdi: “Ortada Suriya, İraq təcrübələri var. Çoxmillətli İran dövlətinin hissələrə ayrılması Yaxın Şərqdə sonu görünməyən dağıdıcı proseslərə rəvac verə bilər. Bu isə ABŞ-ın da strateji maraqlarına uyğun deyil. Rəsmi Vaşinqton bunun əsas rəqibləri olan Rusiya və Çin kimi dövlətlərə əlverişli imkanlar yarada biləcəyini çox gözəl başa düşür. Bu nöqteyi-nəzərdən İranı dağıtmağı qarşısına əsas məqsəd kimi qoymur. Yeni dünya düzənində də Birləşmiş Ştatlar bunun belə olmasını istəmir. Lakin Amerikanın İranın siyasi rejimini dəyişmək istəmədiyini desək yanlış olar. Minimum hədəfdə bu siyasi rejimin çökdürülməsi, yaxud islahatlara məcbur edilməsi planları var. Maksimum hədəfdə isə bürokratik rejimin bütünlüklə dəyişdirilməsi və dünyəvi siyasi rejimin bərqərar olması planları mövcuddur. Bunun üçün iqtisadi sanksiyalara başlanılıb. İran rejimi bəlkə də tarixinin ən çətin anlarını yaşayır. Bu çətinliyi təkcə Amerikanın sanksiyaları deyil, əhalinin ümumi əhval-ruhiyyəsi də yaradır. Ölkə artıq bu cür idarəçilikdən tamamilə bezib. Əhalinin 80-90%-i rejimin getməsini istəyir. Bu məqsədlə də hansısa formada etiraz aksiyalarına qatılır. İş o yerə çatıb ki, rejimin mövcudluğu tarixində əhali ilk dəfə olaraq Qum şəhərində küçələrə çıxıb, hakimiyyətin getməsini tələb edir. Düşünürəm ki, İrana qarşı sanksiyalara qoşulmayan bəzi Avropa ölkələri gizli şəkildə bu qərarı dəstəkləməyə davam edəcək. Artıq bu ölkələrdən bəzilərinin şirkətləri İranı tərk etməyə başlayıblar. Fransa, Böyük Britaniya və Almaniya kimi ölkələr rəsmi Tehranla üstüörtülü oyun oynamağa başlayacaqlar. İranın hazırkı siyasi elitası vəziyyəti düzgün dəyərləndirib, danışıqlara getməlidir. Cənub qonşumuzda ciddi diqqətçəkən vəziyyət yaranıb. Bu vəziyyətin inkişafı İran dövlətçiliyi üçün heç də xoş olmayan gələcək vəd edir. Çıxış yolu yeni nüvə sazişinin əldə olunması üçün danışıqların başlanmasından gedir. İran inad etməməli, Rusiya və Çinin dəstəyindən istifadə edərək yeni nüvə sazişi üzərində düşünməlidir”.

Politoloq sanksiyaların Azərbaycana mümkün təsirlərindən də söz açdı: “Zənn etmirəm ki, mövcud vəziyyət Azərbaycanın işini yüngülləşdirsin. İstənilən halda İran qonşu ölkədir, əlaqələrimiz ciddi səviyyəyə çatıb. Məsələn, İranda avtoqayırma sənayesinə vurulan zərbə Neftçalada İranın texniki dəstəyi ilə fəaliyyət göstərən avtomobil zavoduna mütləq təsir göstərəcək. Cənub qonşumuzla inşaat sektorunda ciddi əməkdaşlıq edirik, oradan xeyli inşaat materialları alırıq. Ən qorxulusu İrana qarşı hərbi əməliyyatların başlaması olar ki, bu Azərbaycan üçün heç də arzuolunan olmaz. Orada çoxsaylı soydaşlarımız var. Yarana biləcək durumu hərtərəfli dəyərləndirdikdən sonra belə qənaətə gəlməkdən başqa yol görmürəm”.
“Yeni Müsavat”
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib