Şəmkirdə ŞOK ÖZBAŞINALIQ - FOTOFAKT
Dunya / Bolge
Oxunub: 640
3 avq 2018 | 18:15
Şəmkirdə ŞOK ÖZBAŞINALIQ - FOTOFAKT
















Şəmkir şəhəri, Səttərxan küçəsi, 19 ünvanında yaşayan Elman Zamanov “Azəriqaz” İstehsalat Birliyini 1600 manatlıq fırıldaqda ittiham edir. Virtualaz.org-a müraciət edən şikayətçi deyir ki, qışdan bəri istifadə etdiyi qaza görə cəmi 200 manat borcu olub və onu da avqust ayının sonuna qədər ödəməyi planlaşdırıb. Amma günlərin birində qaza görə 1600 manat borcunun olduğunu abonentə çatdırıblar. Onun sözlərinə görə, qaz operatorunun birdən-birə bu qədər “borc”u haradan çıxarması müəmmalıdır.

“Səhər yuxudan ayıldıq ki, bizə bu ilin iyul ayının 1-dək olan qaz sərfinə görə 1815 manat borc gəlib. Bunun 200 manatı əvvəlcədən var idi və avqustun sonuna qədər ödəyəcəyik. Əlavə 1600 manatı görəndə şok keçirdik və hələ də özümüzə gələ bilmirik...”, - deyə şikayətçi bildirir.

E. Zamanov qeyd edir ki, 2 ay əvvəl Şəmkir Regional Qaz İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinin işçiləri onun mənzilindəki qaz sayğacının köhnə olmasını əsas gətirərək çıxarıb aparıblar və yerinə yenisini quraşdırıblar.

Köhnə sayğac aparılanda işlək vəziyyətdə olub, üzərində plomb var imiş və ona heç bir kənar müdaxilə olunmayıb: “Amma indi məlum olub ki, guya sayğacın ekspertizası nəticəsində cihaza müdaxilə aşkarlanıb və nəticədə bizim bu qədər borcumuz yaranıb. Bu borc necə yığıla bilər axı? Mən 2017-ci il ərzində qaz sərfinə 1083 manat görə pul ödəmişəm. Qoy araşdırsınlar ki, bir abonent bundan artıq nə qədər qaz işlədə bilər?”

Şikayətçi deyir ki, eyni aqibətlə üzləşən təkcə o deyil, qonşuluqda yaşayan Eyvaz Məmmədov adlı abonent də üzləşib, ona 1700 manat borc yazılıb.

E. Zamanov problemi araşdırmaq üçün Şəmkir Regional Qaz İstismar İdarəsinə müraciət etsə də, ona borcun ekspertiza nəticəsində təyin olunduğunu və məsələnin onlara aid olmadığını bildiriblər. Şikayətçi Şəmkir və Respublika prokurorluğuna, SOCAR-a, dövlət başçısına rəsmi məktubla müraciət etdiyini deyir.

Prokurorluqdan isə şikayətin mülki iddia olduğu əsas gətirilərək məhkəməyə müraciət etməli olduğunu deyiblər: “Şəmkir Məhkəməsinə də müraciət eləmişəm. O qədər sənəd tələb edirlər ki, inanın başımı itirmişəm, heç bilmirəm onları necə tapıb düzəldəcəyəm. Oturduğumuz yerdə bizi zülmə salıblar. Bizə gələn bildirişdə də deyilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, borcu 3 gün ərzində ödəməliyik, əks halda qazımız kəsiləcək. Belə çıxır ki, haqlı olduğumuzu sübut eləyənə qədər 9 nəfərdən ibarət ailə qazsız qalacaq”, - deyə E. Zamanov bildirir.

Şəmkirdə ŞOK ÖZBAŞINALIQ - FOTOFAKT









Problemi araşdırmaq üçün “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org-a bildirdi ki, şikayətləri araşdırmaq üçün Şəmkir Regional Qaz İstismar İdarəsinin tərkibində şöbə var. Oradan şikayətə nə cavab verilibsə, o da əsasdır.

Xatırladaq ki, oxşar problemlə bağlı bir neçə gün əvvəl Svetlana və Sergey Şulindinlər də müraciət etmişdilər. Onlar ASAN xidmət vasitəsilə ödəniş etmək istəyərkən 1339,2 manat borcla qarşılaşıblar. Ailə iddia edir ki, indiyə qədər sərf etdikləri qaza görə bütün ödənişləri edib və bu qədər borcun yaranması mümkün deyil.

Son vaxtlar “Azəriqaz” İstehsalat Birliyinin qaz itkilərini ört-basdır etmək üçün abonentlərə kütləvi şəkildə iri məbləğdə cərimələr və borclar yazdığı haqda məlumatlar var. Bir müddət əvvəl Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı “Azəriqaz”ın abonentləri kütləvi cərimələməsinə dair sənədin surətini yaymışdı.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər