Paşinyanın arvadı: Azərbaycanlı əsgərlərə baxanda başa düşdüm ki ...
Dunya
Oxunub: 656
27 iy 2018 | 13:43
Paşinyanın arvadı: Azərbaycanlı əsgərlərə baxanda başa düşdüm ki ...














Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, jurnalist Anna Akopyan Moskvada səfərdə olub və Dövlət Tretyakov qalereyasına baş çəkib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 24-də Akopyan Tretyakov qalereyasında müxtəlif sferalarda fəaliyyət göstərən bir sıra rusiyalı qadın-xadimlərlə görüşüb.

Görüşdə Anna Akopyan iştirakçılara bildirib ki, o, Qarabağa görə "Qadınlar sülh naminə” kampaniyası başladır. Paşinyanın arvadı bu bəyanatı müstəsna olaraq qadın və ana sözü kimi qəbul etməyi xahiş edib. Anna Akopyanın dediyinə görə onun təşəbbüsünün əsas məqsədi Qarabağ münaqişəsinin dinc nizamlanmasına dəstək olmaqdır. Ermənistanın birinci xanımı bunları deyib: "Əslində mən hesab edirəm ki, bu münaqişənin mənşəyinin əhəmiyyəti yoxdur. Mühüm olanı insan həyatıdır, bu münaqişəyə görə qurban gedən gənc insanlardır”.

A.Akopyan çıxışında 2016-cı ilin aprelindəki dörd günlük müharibəni xatırladıb. Deyib ki, həmin günlərdə o, KİV rəhbəri kimi həm erməni, həm azərbaycan KİV-lərini izləyirdi, bütün reportajlara baxırdı. "İnanın mənə, azərbaycanlı əsgərlərə baxanda, onların baxışlarını görəndə başa düşdüm ki, bu uşaqlar bizim əsgərlərdən fərqlənmir. Onların da baxışlarında həmin həyəcan və qorxu ifadəsi yer alırdı”-Akopyan bildirib.

Paşinyanın arvadı: Azərbaycanlı əsgərlərə baxanda başa düşdüm ki ...










"Mən demək istəyirəm ki, heç bir siyasət, heç bir siyasi mənfəət həyata yeni atılmış uşaqların zorakı ölümünə, valideyinlərin ağrısına və yetim uşaqların əzablarına dəyməz”-Ermənistan baş nazirinin arvadı, bu günlərdə oğlunu Qarabağda ön xətdə xidmətə yola salan Anna Akopyan deyib.

Əlavə edib ki, hazırda dövlət başçısının arvadı rolunda olduğuna görə susa və öz səsini ucaltmaya bilməz. Anna Akopyan bütün tərəfləri atışmaların dayandırılması üçün mümkün olan hər şeyi etməyə çağırıb, görüş iştirakçılarından xahiş edib ki, təmas xəttinin hər iki tərəfində dayanan gənc insanların həyatını qorumaq naminə onun sülhə yönəlmiş təşəbbüsünə qoşulsunlar.

Bu məqsədlə Anna Akopyan görüş iştirakçılarını Ermənistana və Dağlıq Qarabağa səfər etməyə, oradan səslərini ucaltmağa çağırıb. Habelə o xahiş edib ki, görüşdə iştirak edən qadınlar öz imkanlarından istifadə edərək bu mühüm mesajı sərhədin digər tərəfinə-Azərbaycana çatdırsınlar. Bildirilir ki, görüş iştirakçıları Anna Akopyanın çıxışına və təşəbbüsünə dəstək veriblər, onun başlatdığı kampaniyaya qoşulacaqlarını və regionda sülh naminə səslərini birləşdirəcəklərini deyiblər.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu