Qarabağda yaralandı, erməni əsirliyində qaldı – İndi isə parklarda gecələyir – DƏHŞƏT DOLU HEKAYƏ (FOTOLAR)
Dunya / Medeniyyet
Oxunub: 741
16 iy 2018 | 19:44
Qarabağda yaralandı, erməni əsirliyində qaldı – İndi isə parklarda gecələyir – DƏHŞƏT DOLU HEKAYƏ (FOTOLAR)














Dağlıq Qarabağ münaqişəsi zamanı başından güllə yarası alan, Xocalıda 2 ilə yaxın erməni əsirliyində olan Leyla Sayadova həyat yoldaşı və 4 azyaşlı uşağı ilə birgə küçələrdə yaşayır.

Onlar 3 aydır ki, çətinliklər içərisində ömür sürür. 6 nəfərdən ibarət ailə Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində yerləşən parkda, binaların girişində və yaxınlıqdakı zeytunluq bağında gecələyirlər. Onlar bundan əvvəl 8 il “Heydər” məscdinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı yarım tikilidə yaşayıblar. Həmin bina söküldükdən sonra yenidən əziyyətlərə qatlanıblar.

Ailənin başçısı Tarverdi Sayadov deyir ki, döymədikləri qapı, üz tutmadıqları dövlət qurumu qalmayıb. Lakin onların səsinə hay verən, imdadına yetişən olmayıb. Onun sözlərinə görə, bu ilin yanvar ayında bina söküldükdən sonra onları Binəqədidə köhnə “Sərdarov” zavodunun arxasında yaşayış evlərindən birinə kirayə köçürüblər:

“Bizə dedilər, burada qalın, sizin kirayə pulunu da verəcəyik, müəyyən müddətdən sonra yaşayışla təmin edəcəyik. Vaxt tamam oldu, amma vədlərinə əməl etmədilər. Qaldığımız evin sahibi Rusiyada yaşayır, onun bacısı ilə məsul şəxslər danışıb bizi oraya köçürmüşdülər. Kirayə pulu ödəmədikləri üçün evdən çıxarıldıq. Müəyyən xırda əşyalarımız həmin ünvanda qalıb. İndi isə harada gəldi yaşayırıq”.

Sayadov deyir ki, müvafiq qurumlarda onları qəbul ediblər. O, Şamaxı şəhərində qeydiyyatda olduğu üçün həmin ərazi üzrə yönləndirilib. Lakin problemlərinin həlli üçün heç bir addım atılmayıb.

“Vallah, “Qaçqınkom” daxil olmaqla bütün qurumlara müraciət etmişik. Bizə yalnız burada yaşayan insanlar kömək edir. Biri çörək, digəri su verir, başqası paltar gətirir. Belə çətin vəziyyətdə yaşayırıq, sənə qurban olum” – Tarverdini qəhər boğur.

Qarabağda yaralandı, erməni əsirliyində qaldı – İndi isə parklarda gecələyir – DƏHŞƏT DOLU HEKAYƏ (FOTOLAR)











O deyir ki, ikinci sinfə getməli olan qızı təhsilsiz qalıb, balaca oğlu Miryusif isə hepatit xəstəliyindən əziyyət çəkir.

Bu yerdə Leyla Sayadova asta səslə bir gözünün görmə qabilliyyətini itirdiyini, kəllə sümüyünün yarısının süni plastmasla əvəzləndiyini söyləyir. Digər gözünün isə çox zəif gördüyünü, həkimlərin ona dediyinə görə, gələcəkdə tamamilə işıqlı dünyadan məhrum olacağını bildirir.

O, başını aşağı salaraq fikirli halda “Başım bu vəziyyətdə olmasaydı, kimlərinsə qarşısında özümü alçaltmazdım. Balalarıma gün ağlayardım. Bir müddət bizim kimi problemi olan ailələrlə birgə idarələrə getdik, sonra hamının hər şeydən əli üzüldü” deyir.

Qarabağda yaralandı, erməni əsirliyində qaldı – İndi isə parklarda gecələyir – DƏHŞƏT DOLU HEKAYƏ (FOTOLAR)











Leyla xanım işləyib pul qazanmaq və kirayədə yaşamaq üçün məşğulluq idarəsinə müraciət edib. Amma ona əlilliyindən dolayı bunun mümkün olmadığını bildiriblər.

“Məsləhət görürlər ki, uşaqları kimsəsizlər evinə yerləşdirim. Körpələrimi neçə illərdir çətinliklə böyütmüşəm, necə onları yad əllərə verə bilərəm?! Mənə söz verən vəzifəli şəxslərə səslənmək istəyirəm. Balalarımı çöllərə tökdülər, axı söz vermişdilər…” – Leyla xanım göz yaşlarını saxlaya bilmir.

Ailə xeyirxah insanların köməyindən əlavə Sayadovanın əsirlikdə aldığı ağır yaraya görə, ona ayrılan 140 manat pensiya ilə dolanır.

Onlar ümidsizlikdən yalnız xeyirxah insanlardan kömək umur. Ailənin dövlət qurumlarının imdadına yetəcəyinə inamı qalmayıb.

Qarabağda yaralandı, erməni əsirliyində qaldı – İndi isə parklarda gecələyir – DƏHŞƏT DOLU HEKAYƏ (FOTOLAR)Qarabağda yaralandı, erməni əsirliyində qaldı – İndi isə parklarda gecələyir – DƏHŞƏT DOLU HEKAYƏ (FOTOLAR)
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...