Sabiq prokuror qızının səyahət fırıldaqları - DƏLƏDUZLUQ
Dunya / Hadise
Oxunub: 662
12 iy 2018 | 19:14
Sabiq prokuror qızının səyahət fırıldaqları - DƏLƏDUZLUQ















Bakıda bir neçə nəfəri səyahətə göndərmək adı ilə dələduzluqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.



Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Nailə Hüseynova ifadəsində bildirib ki, Sinqapura səyahət üçün G.Şıxıyevaya pul verib: "Ucuz qiymətə səyahət təklif etməsi diqqətimi cəlb elədi, pulu verdim, amma biletləri ala bilmədim”.




Prosesdə zərərçəkmiş "Start travel" turizm şirkətinin təsisçisi və direktoru A.D. da ifadə verib. O, qeyd edib ki, G.Şıxıyeva rəhbərlik etdiyi şirkətə gələrək onunla əməkdaşlıq etmək istəyib .



"Müştəri bazası da var idi. Şirkətə müştərilər də cəlb edirdi. Əvvəlcə nağd işləyirdik. Sonra biletləri sifariş verdikdən sonra ödənişləri etməməyə başladı. Bu problemlər isə həmin ərəfədə yay aylarında, müştərilərin çox olduğu ərəfədə baş verdi. Ödənişləri etmədi, mən dəfələrlə ona zəng edib səbəbini soruşdum. Müxtəlif bəhanələr gətirdi. Atası Oqtay müəllimlə görüşdüm. Keçmiş prokurorluq əməkdaşıdır. O, mənim və zərərçəkmiş Kəmalə xanımın pulunu verəcəyini dedi. Əvvəlcə 5 min dollar ödədi. Dedi ki, obyekti var, oradan aldığı pulla borcları ödəyəcək. Amma sonradan ödəmədi”.



Şirkət rəhbərinin sözlərinə, G.Şıxıyeva onu aldadarkən müştəriləri şirkətə yönləndirib: "Bizə ən çox zərər həmin ərəfədə dəydi. 2-3 ay çox əziyyət çəkdik. Biz müştəriləri inandıra bilmirdik ki, dələduzluq etməmişik. Günel aldatdığı şəxslərə deyib ki, biletləri, sənədləri şirkətdədir”.



Şirkət rəhbəri G.Şıxıyevanın fəaliyyəti haqda əlavə olaraq bildirib ki, ümumilikdə şirkətə 53 min 700 manat zərər dəyib.



Digər zərərçəkmiş Mehriban Əliyeva bildirib ki, Günelin tanışı olan Kamran Əhmədovla işgüzar münasibəti olub:



"Onların arasında sevgi münasibəti vardı. Bu səbəbdən Güneli tanımışam. Sinqapura səyahət üçün Günelə 667 dollar pul vermişəm. Amma məni aldatdı. Bilet işində də eyni vəziyyət oldu. Mən işlə bağlı səfərə gedəcəkdim. Məni bu gün-sabah edərək aldatdı. Min nömrəsi var idi. Birinə zəng edirdin, söndürürdü. Digərinə zəng edirdin, onu da söndürürdü. Axırda Kamrana zəng elədim. Uzun zaman sonra Kamran vasitəsi ilə bilet üçün verdiyim pulu 80 manat ziyanla ala bildim. Günel xanım bizə mənəvi olaraq çox əzab verib. Mən öz işimdə 3 manatlıq işə belə qəbz tələb edən adamam. Amma Kamrana elə inanırdım ki, aldandım. Günel dəfələrlə pulu qaytaracağını deyib. Zəng edəndə görüş təyin edirdi. Dediyi yerə getsəm də gəlmirdi. Sonra mən onu, o məni hədələməyə başladıq. Mənə deyirdi ki, arxam güclüdür, heç nə edə bilməzlər. Bu sözləri bütün zərərçəkmişlərə deyib”.



Məhkəmədə zərərçəkmiş Azər Əliyev də ifadə verib. O, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri olduğunu söyləyib.



Azər Əliyev 7999 manat zərər gördüyünü və pulunu tələb etdiyini bildirib.



Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva ali təhsillidir. Ailəli olub, azyaşlı uşağı var. O, bir çox şəxsin etibarında sui-istifadə edərək, külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...