AST Telmanın möhtəşəm oteli xarabalığa çevrilir – FOTOLAR
Dunya
Oxunub: 629
9 iy 2018 | 11:00
AST Telmanın möhtəşəm oteli xarabalığa çevrilir – FOTOLAR















2009-cu ildə Riçard Gir, Şeron Stoun, Monika Belluççi, Paris Hilton kimi simaların qatıldığı, dünyanın ən dəbdəbəli oteli adı ilə qapılarını müştərilərin üzünə açan azərbaycanlı iş adamı Telman İsmayılovun “Mardan Palas” oteli bərbad vəziyyətdədir. Bütün dünyanı heyrətə gətirən 560 otaqlı möhtəşəm otel bu günlərdə xarabalığa çevrilmək üzərədir. Borclarına görə bağlanan oteldə hazırda yalnız 30 nəfərlik təhlükəsizlik əməkdaşı fəaliyyət göstərir.

Bu barədə “Hürriyyət” müxbiri Səlim Uzun yazıb. Uzunun sözlərinə görə, 15 gün əvvələ kimi suları belə gəlməyən oteldə peyzaj təsvirlərinin demək olar ki, hamısı quruyub. Oteli əhatə edən bürünc rəngli barmaqlıqların böyük hissəsi oğurlanıb. Baş verən oğurluq hadisələrinə görə dəmir barmaqlıqlar sökülüb və anbara qoyulub.

Otelin nişanəsi sayılan əqrəb formasındakı əsas körpü və körpünün qanad hissəsində quraşdırılmış VİP kabinələr çökmək üzrədir. Otelin qarşısındakı məşhur çimərliyin vəziyyəti heç də fərqli deyil. Misirdən gətirilən, yandırmayan və yapışmayan xüsusiyyətlərə sahib 9 min ton qızıl rəngli qumdan demək olar ki, əsər-əlamət qalmayıb. Otelin ən dəbdəbəli hissəsi sayılan əsas girişdəki işıqlı hovuz boşaldılıb, pilləkən və hovuz ətrafındakı mərmərlərin əksər hissəsi baxımsızlıqdan saralıb. Əsas girişdəki ot örtüyü də uzun müddət sulanmadığı üçün quruyub.

Xatırladaq ki, “Mardan Palas”ın açılış mərasimi 25 milyon dollara başa gəlmişdi. Açılış mərasimində 151 jurnalist iştirak etmişdi. Açılış mərasimində iştirak edənlər arasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də yer almışdı. Otelin özünün inşasına isə 1,5 milyard sərf olunmuşdu. (axar.az)

AST Telmanın möhtəşəm oteli xarabalığa çevrilir – FOTOLARAST Telmanın möhtəşəm oteli xarabalığa çevrilir – FOTOLARAST Telmanın möhtəşəm oteli xarabalığa çevrilir – FOTOLAR
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib