Bakıya gəlmiş erməni xalqı və ölkəni təhqir etdi: Acıqla Dağlıq Qarabağa gedəcəyəm - FOTO
Dunya
Oxunub: 4 499
7 iy 2018 | 13:02
Bakıya gəlmiş erməni xalqı və ölkəni təhqir etdi: Acıqla Dağlıq Qarabağa gedəcəyəm - FOTO














"Bir də heç zaman Azərbaycana qayıtmayacağam! Burada kimsə rus dilində danışa bilmir. Heç ingilis dilini də yaxşı bilmirlər. Rüsvayçılıqdır! Siz ki, mənə belə elədiniz, belə davrandınız, mən də gedirəm Dağlıq Qarabağa".

Belarus vətəndaşı Vladimir Mosesov belə deyir.

O, internetdə "Vlad Maqa" kimi tanınan səyyah-bloqerdir. YouTube-da "Magashow" adlı kanalı da var.

Bakıya gəlmiş erməni xalqı və ölkəni təhqir etdi: Acıqla Dağlıq Qarabağa gedəcəyəm - FOTO

24 yaşlı V.Mosesovun və ya "Vlad Maqa"nın son videosu Azərbaycan barədədir. "Dağıstandan Azərbaycana bir gün. Erməni Bakıda" adlı 36 dəqiqəlik videosu ölkəmizin, xalqımızın aşağılanmasından ibarətdir.

Özünü "turistlərin baş çəkmədikləri, turistlərə göstərilməyən məkanlara səyahət edən bloqer" kimi təqdim edən V.Mosesov Azərbaycana Belarus vətəndaşı kimi gəlib, sərhəddə də Belarus pasportunu göstərib.

O, Bakını dolaşandan sonra cənuba, Lənkəran və Astara rayonlarına yollanıb.

Ucqar dağ kəndlərini gəzən "Maqa" burada yerli sakinlərin rus dilində sərbəst danışa bilməmələrinə "təəccüblənib" və bunu ironiya ilə şərh edərək "Təsəvvür edin - bu insanlar rus dilini bilmirlər! Ümumiyyətlə, bilmirlər!"

Azərbaycan-İran sərhədinə yaxın kəndləri gəzən "Maqa" burada ondan sənədlərini göstərmək istəyən insanları ələ salır, "Bu adamlar niyə polis kimi davranırlar?" söyləyib gülür

Bakıya gəlmiş erməni xalqı və ölkəni təhqir etdi: Acıqla Dağlıq Qarabağa gedəcəyəm - FOTO

"Bloqer" anlamır və anlamaq da istəmir ki, istənilən ölkənin həmsərhəd bölgəsində, sərhədə yaxın yaşayış məntəqəsində peyda olan yad adam bütün hallarda diqqət çəkir, şübhə doğurur.

"Maqa" sonda Gəncəyə yollanır və bunu, "yaxın insanın xahişi" ilə izah edir.

Məsələ isə çox sadədir: Vladimir Mosesovun atası ermənidir və o, babasının evini görmək üçün Gəncəyə gedib. Özünün dediyinə görə, milli mənsubiyyətini yəqinləşdirməkdə çətinlik çəkdiyindən "böyüklərinin bir zaman yaşadıqları evə baş çəkmək" istəyib.

Gəncədəki sabiq Fioletov, idiki Əziz Əliyev küçəsindəki 127 saylı evi axtaran "Maqa" istədiyini tapır. Amma gəncəlilərin onunla davranışından narazı qalır.
Bakıya gəlmiş erməni xalqı və ölkəni təhqir etdi: Acıqla Dağlıq Qarabağa gedəcəyəm - FOTO

"Ermənilər barədə niyə belə pis danışırsınız?! Lənət olsun, siz niyə ermənilərə belə deyirsiniz?! Bax, lap mən erməniyəm, sonra?!" söyləyən "bloqer" sanki münaqişə yaratmağa can atır, sakinləri aqressiyaya təhrik edir.

"Gəncə dəyişib, insanlar dəyişib. Mən tolerantam, amma belə adamları görəndə sanki içdən partlayıram. Evə daxil ola bilmədim. Ev yiyəsi yoxdur, arvadı da haradasa veyillənir. Əşşi, nə isə... Deyəsən, indi kim olduğumu anlayıram. Ora, Qarabağa getməsəm, özümü bağışlaya bilmərəm. Nifrət içimi dağıdır".

Video Dağlıq Qarabağda "Maqa"nın görüntüləri ilə başa çatır.

Bakıya gəlmiş erməni xalqı və ölkəni təhqir etdi: Acıqla Dağlıq Qarabağa gedəcəyəm - FOTO

Dağlıq Qarabağdakı terrorçu rejimin və Ermənistan ordusunun səngərlərini, mövqelərini çəkən "Maqa" özündən razı şəkildə deyir: "Artıq buradayam. Bura Dağlıq Qarabağdır".
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib